Məktəblilər üçün
olimpiada və müsabiqələr: təhsildə inkişafa
vacib təkan
İstedadlı şagirdlərin aşkara
çıxarılması və inkişaf etdirilməsi Azərbaycan
təhsilində prioritet istiqamətlərdən biridir. İstedadlı
şagirdləri həvəsləndirmək,
yaradıcılığa və elmə olan marağını
artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək,
şagirdlərin məntiqi biliklərinin artmasına təkan
vermək təhsilin əsas hədəfləri kimi diqqət mərkəzində
saxlanılır. Dövlətin iqtisadi və siyasi cəhətdən
daha güclü inkişafı üçün
düşünən beyinə, istedadlı, zəkalı elm
sahiblərinə həmişə ehtiyac var. Bu məqsədlə
xüsusi qabiliyyəti və istedadı olan uşaqların
aşkara çıxarılıb onlarla hərtərəfli
iş aparılması təhsil işçilərinin
qarşısında qoyulan aktual məsələlərdəndir.
Bu
baxımdan Təhsil Nazirliyi və Bakı Şəhəri
üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən
2021-2022-ci tədris ili ərzində məktəblilərin
elmi və yaradıcılıq fəaliyyətinin
stimullaşdırılması, onlara beynəlxalq, yerli
olimpiadalar və bu kimi digər intellektual yarışlarda
iştirak təcrübəsinin qazandırılması məqsədilə
bir çox müsabiqə və olimpiadalar keçirilir.
İdarənin
İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata
görə, Təhsil Nazirliyinin təşkilatçılığı
ilə keçirilən Lütfi Zadə adına Məktəblilərarası
Məntiq Olimpiadası, Respublika fənn olimpiadaları,
"Sabahın alimləri" müsabiqəsi istedadlı, məntiqi
təfəkkürü ilə fərqlənən, elmi tədqiqat
işinə meyli olan şagirdlərin aşkar edilməsi, məktəblilərin
beynəlxalq olimpiadalarda uğurlu
çıxışlarının təmin edilməsi,
onların rəqabət mühitində öz bilik və
bacarıqlarını nümayiş etdirməsi və
şagirdlərdə fənlərə olan marağın
artırılması baxımından mühüm əhəmiyyətə
malikdir. İstedadlı şagirdləri
aşkara çıxarıb rəğbətləndirmək məqsədilə
keçirilən müsabiqələr arasında bədii qiraət,
şeir, rəsm, videotəqdimat müsabiqələrinin də
rolu danılmazdır.
Orta məktəbi
vaxtından əvvəl bitirmək istəyənlər
üçün imkan
Uşaqların vaxtında aşkarlanması, dəstəklənməsi
və inkişafının təmin edilməsi əsas hədəflərdəndir. Cəmiyyətimiz
bir sıra məsələlərin həllini məhz bu
cür uşaqlardan gözləyir.
Bu
baxımdan Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq
edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi
orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl
bitirilməsi Qaydaları"na əsasən,
ümumi təhsilin hər hansı səviyyəsini
vaxtından əvvəl bitirmək istəyən şagirdlər
üçün BŞTİ tərəfindən eksternat
imtahanları təşkil olunub. İmtahanlarda
şagirdlərin hazırda təhsil aldıqları sinfin
ikinci, növbəti sinfin birinci yarımili üzrə fənn
proqramlarını mənimsəmə səviyyələri,
psixoloji dayanıqlığı, yaradıcı potensialı,
ümumi dünyagörüşü yoxlanılıb.
Eksternat qaydasında keçirilən imtahanların nəticələrinə
əsasən, ibtidai təhsil səviyyəsi üzrə 1
(bir) şagird uğur əldə edib. Belə ki, Bakı
şəhəri 24 nömrəli tam orta məktəbin III
sinif şagirdi Abbaslı Duyğu Ramil qızı IV sinfin II
yarımilindən təhsilini davam etdirmək imkanı
qazanıb.
Qeyd edək ki, təhsil səviyyələrini
vaxtından əvvəl bitirmə ibtidai təhsildə III,
ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif
şagirdlərinə şamil olunur. Hər bir şagird
ümumi təhsil pilləsində oxuduğu müddətdə
təhsil səviyyələrindən yalnız birini
vaxtından əvvəl bitirə bilər.
"Aşıq
Ələsgər və Azərbaycan folkloru" mövzusunda
yaradıcılıq müsabiqəsi
Tədris
prosesində və dərsdənkənar vaxtlarda Azərbaycan
elminin, ədəbiyyatının, incəsənətinin,
dövlətçiliyinin inkişafında böyük xidmətləri
olan tarixi şəxsiyyətlər, o cümlədən,
qüdrətli Azərbaycan hökmdarları və sərkərdələri,
Vətənin müdafiəsi, torpaqlarımızın azad
olunması yolunda qəhrəmanlıqlar göstərmiş
şəxslər haqqında şagirdlərin məlumatlandırılması
və onların anım günlərinin keçirilməsi
prioritet məsələlərdəndir. Bütün
bunlara uyğun olaraq, paytaxtdakı ümumi təhsil müəssisələrində
müvafiq tədbirlərin həyata keçirilməsi təşəbbüsü
ilə çıxış edirik.
Bu
baxımdan "Aşıq Ələsgər və Azərbaycan
folkloru" mövzusunda yaradıcılıq müsabiqəsi
"Aşıq Ələsgərin
200 illik yubileyinin qeyd
edilməsi ilə bağlı Təhsil
Nazirliyinin Tədbirlər Planı"nın
icrasını təmin etmək,
təhsilalanları ustad sənətkarın həyat və
yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının
mühüm hissəsi olan aşıq sənəti ilə
tanış etmək, xüsusi istedada malik olan şagirdləri
üzə çıxarmaq, onların bədii-estetik
zövqünü formalaşdırmaq və məktəblilərin
yaradıcılıq səviyyələrinin yüksəldilməsinə
dəstək vermək məqsədilə təşkil olunub.
İki mərhələdən ibarət müsabiqə
"Şeir", "Mahnı" və "Yaradıcı
iş" olmaqla 3 nominasiya üzrə keçirilib. Müsabiqədə BŞTİ-nin tabeliyində olan
ümumi təhsil məktəblərinin VII-X sinif şagirdləri
iştirak edib. Qaliblər BŞTİ-nin diplom və hədiyyələri
ilə mükafatlandırılıb.
"Düşünən
oxucu"
müsabiqəsi
Şagirdlərin bir şəxsiyyət kimi
formalaşması, mənəvi aləminin zənginləşməsi,
bədii təxəyyülünün, obrazlı və məntiqi
təfəkkürünün, idraki bacarıqlarının
inkişafında mütaliə mədəniyyətinin və
kitabın mühüm rolunu təbliğ etmək artıq ənənəyə
çevrilib.
Bu baxımdan Təhsil Nazirliyi tərəfindən "Düşünən
oxucu" müsabiqəsi təşkil edilib.
Müsabiqə təhsilalanların mütaliə və
müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi,
onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün
inkişafı, rəy bildirmə mədəniyyətinin
formalaşdırılması məqsədilə təşkil
edilib. Müsabiqənin BŞTİ tərəfindən
keçirilən şəhər mərhələsində
paytaxt məktəblərinin 362 nəfər V-IX sinif
şagirdi iştirak edib.
12 şagird müsabiqənin ölkə mərhələsində
iştirak etmək hüququ qazanıb. Bakı şəhəri 212, 285 nömrəli tam
orta məktəblərin və Məktəb-Lisey
Kompleksinin şagirdləri
respublika mərhələsinin
qalibi olub.
"Heydər
Əliyev irsinin öyrənilməsi" mövzusunda dərslər
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin
XI sinif şagirdlərinin iştirakı ilə "Heydər
Əliyev irsinin öyrənilməsi" mövzusunda
keçirilən dərslər böyük maraq doğurub.
Dərslərin
keçirilməsində əsas məqsəd Azərbaycan
respublikasının tarixinə aid seçilmiş mövzular
üzrə müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində ulu
öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti,
bu yolda qarşıya
çıxan maneə və çətinliklərin dəf
olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması,
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması,
həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan
uğurlar barədə şagirdlərə ətraflı məlumatlar
verməkdən ibarətdir.
Bakı Elm Olimpiadası BŞTİ-nin tabeliyindəki
ümumi təhsil müəssisələrinin şagirdləri
arasında keçirilən bilik yarışlarından biri
Bakı Elm Olimpiadasıdır.
Olimpiadanın keçirilməsində əsas məqsəd
şagirdlərin təbiət elmlərinə (fizika, kimya,
biologiya) olan marağını daha da artırmaq, bu sahədə
nəzəri-təcrübi biliklərini təkmilləşdirmək,
onların praktik və yaradıcılıq
bacarıqlarının inkişaf etdirilməsinə şərait
yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar
etməkdən ibarətdir.
Olimpiada
VIII, IX, X sinif şagirdləri arasında 2 mərhələdə
təşkil olunacaq. Olimpiadanın I mərhələsində
(30 aprel) iştirak edəcək komandalar aprelin 15-də elektron
qeydiyyatdan keçiblər. Olimpiadanın I
mərhələsində ən yüksək nəticə
göstərən 12 komanda olimpiadanın final mərhələsində
(25-26 may) iştirak üçün vəsiqə qazanacaq.
"Şuşa
İli" ilə bağlı olimpiada və müsabiqələr
Prezident
İlham Əliyev 2022-ci ili
"Şuşa İli" elan etməklə milli-tarixi-mədəni
və ictimai-siyasi yaddaşımızı təzələyir,
gənc nəslə vətənpərvərlik, zəngin mədəni
irsimizə bağlılıq hissi aşılayır, milli-mənəvi
dəyərlərimizə sahib çıxmaq nümunəsi
göstərir. Bu baxımdan paytaxtdakı təhsil
müəssisələrində "Şuşa İli" ilə
bağlı bir sıra tədbirlər keçirilməkdədir.
Həmçinin
təhsil müəssisələrində "Şuşa
İli" ilə bağlı "Zəfər"
olimpiadasının keçirilməsi, məktəblilər
arasında "Əziz Şuşa, sən azadsan!",
"Şuşa Qarabağın döyünən ürəyi"
mövzularında inşa yazı müsabiqəsinin təşkili
nəzərdə tutulur.
Eyni
zamanda YUNESCO Assosiativ Məktəblər Şəbəkəsinə
üzv olan təhsil müəssisələrinin,
"Qardaşlaşmış məktəblər" təşəbbüsünə
qoşulmuş yerli və xarici ölkə məktəblərinin "Şuşa İli" ilə
bağlı birgə tədbirlərinin keçirilməsi
planlaşdırılır.
Bundan əlavə,
Şuşada yaşamış görkəmli şəxsiyyətlərin
həyat və yaradıcılığına həsr olunan tədbirlər
təşkil olunacaq, yuxarı sinif şagirdləri arasında
Şuşanın 270 illik yubileyinə həsr olunan "Ən
yaxşı elektron təqdimat" müsabiqəsi
keçiriləcək.
Ümumi
təhsil müəssisələrində işə qəbul
Son illər
ümumi təhsil müəssisələrinin yüksək səviyyəli
kadrlarla təmin edilməsinə nail olmaq, işə qəbulun
daha səmərəli və şəffaf həyata
keçirilməsi məqsədilə işə qəbul
müsabiqə qaydasında həyata keçirilir. İşə qəbulun müsabiqə şəklində
həyata keçirilməsinin ictimaiyyət tərəfindən
razılıqla qarşılanmasını müşahidə
edirik. Belə ki, bunun nəticəsi olaraq
son dövrlərdə vətəndaşlar tərəfindən
işə qəbulla əlaqədar birbaşa BŞTİ-yə
edilən müraciətlərin sayı artmaqdadır.
BŞTİ
tərəfindən 2021-2022-ci tədris ili
üzrə ümumi təhsil müəssisələrində
təlim-tərbiyə işləri üzrə direktor
müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric
tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə
işə qəbul üzrə müsabiqə keçirilib.
BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində
təlim-tərbiyə işləri üzrə direktor
müavini və uşaqlarla məktəbdənkənar və
sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı
vəzifəsinə işə qəbul üzrə
keçirilmiş müsabiqənin nəticələrinə əsasən,
109 nəfər müvafiq vəzifələrə təyin
olunub.
Həmçinin, BŞTİ-nin tabeliyində fəaliyyət
göstərən ümumi təhsil müəssisələrində
psixoloq vəzifəsinə işə qəbul prosesi müəssisələrin
daha yüksək səviyyəli kadrlarla təmin edilməsinə
nail olmaq məqsədilə müsabiqə qaydasında həyata
keçirilib.
BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində
psixoloq vəzifəsinə işə qəbul üzrə elan
edilmiş müsabiqənin yekun nəticəsinə əsasən
müsahibə mərhələsini müvəffəqiyyətlə
başa vuran 220 namizəd vakansiya seçimi prosesinin nəticələrinə
uyğun olaraq işə qəbul hüququ qazanıb.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 20 aprel.- S.10.