Xalq artisti Munis Şərifovun
60 illiyi keçirildi
Beynəlxalq Muğam Mərkəzində
(BMM) görkəmli kamança ustası, Xalq artisti Munis Şərifovun
60 illik yubileyinə həsr olunmuş gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə
tanınmış elm və mədəniyyət xadimləri
iştirak ediblər.
Gecədə dünyanın bir
çox ölkəsindən tanınmış mədəniyyət
xadimlərinin yubilyarın ünvanına səsləndirdikləri
videotəbriklər təqdim edilib.
Tədbirdə
çıxış edənlər yubilyarı təbrik edərək,
tanınmış kamança ustası Munis Şərifovun
milli musiqi mədəniyyətimizin inkişafına verdiyi
töhfələrdən söhbət açıblar.
Daha sonra BMM-nin solistləri, Qədim
Musiqi Alətləri Dövlət Ansamblı və
ifaçının tələbələrinin və bir
sıra mədəniyyət xadimlərinin
çıxışları təqdim olunub.
Qeyd edək ki, Xalq artisti Munis Şərifov
həm də dünyada yeganə çəqanə
ifaçısıdır.
525-ci qəzet.- 2022.- 21 aprel.- S.8.