Əli Nəzminin arxivi
haqqında dəyərli nəşr
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
əməkdaşı, filologiya
üzrə fəlsəfə
doktoru Könül Bağırova ilə Aytən İmanovanın birlikdə nəşrə
hazırladıqları "Əli Nəzmi arxivinin təsviri" adlı kitab bir müddət əvvəl "Elm" nəşriyyatında
çap olunub. Kitabda mollanəsrəddinçi şair
Əli Nəzminin
(1878-1946) institutumuzun arxivlər
şöbəsində mühafizə
olunan 11 saylı fondundakı materialların
izahlı təsviri təqdim edilib. Kitabın redaktoru arxivlər şöbəsinin müdiri
filologiya elmləri doktoru Nailə Səmədovadır. Kitabın əvvəlində
Nailə xanımın
geniş ön sözü və təsvirçilərin "Əli
Nəzmi irsi ilkin mənbələr əsasında" adlı
əhatəli yazısı
verilib. Hər iki yazıdan
Əli Nəzminin həyat və yaradıcılığı haqqında
zəngin məlumat almaq olar.
Kitabın "Tərcümeyi-hal və xatirələr" adlı
bölümündə rus
dilində "Tərcümeyi-hal",
Azərbaycan dilində
ərəb əlifbasında
"Keçmiş günlər"
(2) və "Xatirələr"
adlı yazıların
təsviri verilib. "Əsərlər"
bölümündə "Şeirlər" başlığı
altında bir plan,
"Reystaqda" adlı
şeir, 24 şeir dəftəri, şeirlər
(6), "18 şeir" adlı
materialın təsviri,
"Mənzum əsərlər
və nağıllar"
başlığı altında
"Ana", "Aida", "Aradan çıxanların bazarı",
"Balaca hökmdar"
(3), "Böyük Stalin kiçik
ikən", "Çalışqan
Əşrəfin hekayəsi",
"Dəyirmançının nağılı", "General Həzi Əhəd oğlu Aslanov", "Geniy Qalinov", "Hacı və Sufi",
"Xanlar", "Xəlifə
Harun və axsaq kəndli", "Həsən bə nənəsi", "Təlxək"
adlı xalq nağılları, "İbrahimin
nağılı", "İskəndərin balıqlardan
bac alması",
"İskəndər və
fəqir ailə",
"İsanın nağılı",
"Əliyar və dovşan", "Adam, ilan,
tülkü" adlı
mənzum hekayələr
yer alıb. Bu başlıq "Kəl Həsənin nağılı",
"Kolya", "Qara
vəzir", "Qəhrəman
Əşrəf", "Mənzum
əsərlər" (7), "Mehriban dostlar", "Muştuluq", "Nadinc
Bəşir və yaxud əski tərbiyə", "Nardan
qızın nağılı",
"Ona", "Simanın
nağılı", "Sual-cavab", "Şirindil",
"Təlxək", "Tənbəl uşaq",
"Tülkü və
şir", "Üç
məşhədi", "Üç şəhzadə",
"Valeh və Saleh", "Zalım padşah və haziq həkim" (2) kimi əsərləri də ehtiva edir. "Pyes və felyetonlar" başlığı altında
"Felyetonlar" (3), "İntiqam" adlı materialların təsviri
var. "Tərcümələr" başlığı "Ağıllı
düşmən ağılsız
dostdan yaxşıdır"
(2), "Ala-bula qoyunlar",
"Bəhramın əjdaha
öldürüb xəzinə
tapması" (2), "Çin
padşahı Fəxfurun
Bəhramın üstünə
qoşun çəkməsi"
(2), "Gözəl bağ
sahibinin hekayəsi",
"Xəlifə Məmun
və dəllək"
(2), "İki uşaq",
"Qurd və balası", "Mahan", "Nuşirəvan və Büzürgmehr", "Padşah
və düzdanışan
zahid" (2), "Rumlu
Bəşər", "Slavyan
qızı", "Səyavuş
dastanı", "Şahnamə"
(2), "Üç molla",
"Zeyd və Zeynəb" adlı əsərlərin təsvirini
əhatə edir. Tərcümə əsərlərinin bəzilərinin Əli Nəzminin əsərləri
ilə eyni adda olması təəccüb doğursa
da, səbəbini araşdırmaq imkanımız
olmadı. Kitabın
"Əli Nəzmiyə
yazılmış məktublar"
bölümündə A.Jurbenkodan,
Mirzə Muxtardan, naməlum şəxsdən,
"Dirilik" və
"Babayi-Əmir" məcmuələri
redaksiyalarından, "Yeni
nəsil" qəzeti
redaksiyasından göndərilmiş
məktubların təsviri
verilib. "Əli
Nəzminin şəxsiyyətinə
aid sənədlər" bölümündə
buraxılış vərəqəsi
(2), kitabça, şəhadətnamə,
təltifləri, üzvlük
kitabçası (2) və
şairin təqaüd
vəsiqəsinin təsviri
yer alıb. "Müxtəlif sənədlər" bölümündə
arayış (8), dəftərçə,
ərizə (3), fərman,
qeydlər, qeyd, qərardad, müqavilə
(4), sığorta sənədi,
şəhadətnamə, təliqə
(2), təşəkkürnamə, vəkalətnamə, yoxlama
kimi sənədlərin
təsviri təqdim olunub. Kitabın "Başqalarının arxivə daxil olan materialları" bölümündə müxtəlif
müəlliflərə məxsus
qəsidə, qəzəl,
məktub kimi materialların, təsviri verilib. "Foto"
bölümündə isə
Əli Nəzminin tək fotosunun olması qeyd edilib.
Hər bir fondu
araşdırmaq, arxiv materiallarının
ayrı-ayrılıqda təsvirini vermək heç
də asan iş deyil. Bu işin
çətinliyini yalnız mətnşünaslar bilirlər. Könül Bağırova və Aytən İmanova da bu kitabın ərsəyə gəlməsində
böyük səy göstərib, çox əziyyət çəkmişlər.
Hesab edirik ki, kitab tədqiqatçılar,
doktorantlar, tələbələr üçün dəyərli vəsait olacaq. Kitabın təsvirçilərinə təşəkkür
edir, onlara yeni uğurlar
arzulayırıq.
Sona
XƏYAL
525-ci qəzet.- 2022.- 22 aprel.- S.11.