Təlimə Dəstək Mərkəzinin
tədbirləri: səmərəli məktəb ideyası
addım-addım gerçəkləşir
Məktəblərdə təlim-tərbiyə prosesinin
düzgün təşkili,
keyfiyyətin daha dayanıqlı olması, təhsilin hamı üçün əlçatanlığı
kimi prinsipləri əsas götürərək
Bakı Şəhəri
üzrə Təhsil İdarəsi (BŞTİ) səmərəli
məktəb ideyasını
reallaşdırmağa çalışır. Təhsilin bütün
meyarlar üzrə müasir tələblər
səviyyəsinə qaldırılması
və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi əsas
prioritet istiqamətlərindən
biridir. Bunları
nəzərə alaraq,
BŞTİ-nin nəzdində
Təlimə Dəstək
Mərkəzi (TDM) ümumi
təhsil müəssisələrində
pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi,
yeni yanaşmaların
məktəblərdə çevik
tətbiqinin təmini,
məktəbdaxili və
məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin
keyfiyyətinin artırılması
və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün
istiqamətləndirilməsi yönündə kompleks işlər görür.
Bakı
Şəhəri üzrə
Təhsil İdarəsi
Təlimə Dəstək
Mərkəzinin direktoru
İlkin Həsənovun
dediyinə görə,
Mərkəzdə inzibati
idarəetmə, təlimin
təşkili və idarəetmə, tədrisin
idarəolunması, təhsilalanlarla
işin təşkili
və idarə olunması, fənn kurikulumlarının tətbiqi
bölmələri fəaliyyət
göstərir. TDM
BŞTİ-nin tabeliyində
olan ümumi təhsil müəssisələrinə
müasir təhsil proqramlarının tələblərinə
əsaslanan metodiki
(mentor) dəstək verir
və məktəblərdə
keyfiyyətin təmin
edilməsinə nail olmaq
üçün müvafiq
istiqamətlər üzrə
köməklik göstərir.
TDM tərəfindən ümumi təhsil məktəblərində mütəmadi
olaraq görüşlər
keçirilir. Müəllimlərin fəaliyyətinə (açıq və nümunəvi dərslər,
dərsdənkənar fəaliyyət,
müəllimlərin müxtəlif
məsələlərlə bağlı məruzələri
və s.) diqqət yetirilir, metodbirləşmələrin
fəaliyyətini və
metodiki işi daha səmərəli təşkil etmələri
üçün müxtəlif
(yazılı və şifahi) tövsiyələr
verilir.
Həmçinin tədris ili ərzində məktəblərdə metodiki
xidmətin səmərəli
təşkili, yeni fənn proqramlarının
tətbiqi, təhsilalanların
biliyinin düzgün qiymətləndirilməsi ilə
bağlı müzakirələr
təşkil edilir.
Direktor və müavinləri üçün təlimlər
İlkin Həsənov bildirib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə
direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsindən uğurla
keçərək fəaliyyətə
başlayan şəxslər
üçün təlimlər
keçirilib. "Məktəb
rəhbərlərinin peşəkar
inkişafı" adlı
təlimlərin təşkil
olunmasının əsas
məqsədi məktəb
idarəetməsində müasir
yanaşmalar, hesabatlılıq
və monitorinq, elektron idarəetmə, kargüzarlığın təşkili,
məktəblərdə psixoloji
xidmət və sağlam psixoloji mühitin yaradılması,
təhsil müəssisələrinin
həyatındakı yeniliklərin
ictimaiyyətə çatdırılması
və vahid informasiya mübadiləsinin
təmin olunması ilə bağlı müvafiq yanaşmaların
formalaşdırılmasından ibarətdir.
Gənc
müəllimlər üçün
adaptasiya proqramı
TDM tərəfindən ümumi təhsil müəssisələrinə işə
yeni qəbul olunmuş gənc müəllimlər üçün
adaptasiya proqramı çərçivəsində təlimlər keçirilib. Onlayn təşkil
olunan təlimlərin
əsas məqsədi
gənc müəllimlərin
məktəb mühitinə
uyğunlaşmasına təkan
vermək, müəllim-şagird-valideyn
münasibətlərinin düzgün
qurulması baxımından
onları istiqamətləndirmək,
tədris prosesində
ünsiyyət mədəniyyətini
yüksəltmək və
təhsilin keyfiyyətinin
artırılmasında müəllimin
rolunu vurğulamaqdan ibarətdir.
Təlimlərdə müəllimlər kurikulum
əsasında keyfiyyətli
dərsin təşkili,
müəllim-şagird münasibətlərinin
tənzimlənməsi, müəllimlərin
etik davranış qaydaları və sinfin idarəolunması ilə bağlı məlumatlandırılıb.
Məktəb rəhbərliyi üçün
təlim
Mərkəz direktoru qeyd edib ki, elektron
dərs cədvəllərinin
hazırlanması vacib
məsələlərdən biridir. Bu baxımdan ümumi təhsil müəssisələrinin direktor
və təlim-tərbiyə
işləri üzrə
direktor müavinləri
üçün "Microsoft Teams" platforması vasitəsilə
təlim keçirilib.
Təlimin əsas məqsədi təhsil müəssisələrində
tədrisin daha səmərəli təşkilinə
töhfə vermək
və dərs cədvəllərinin tərtib
olunması işini optimallaşdırmaqdan ibarətdir.
Təlimdə elektron dərs cədvəlinə nümunə
olaraq dünyanın bir çox ölkəsində geniş
yayılmış "ASC Timetable" proqramının yüklənilməsi
və tam istifadəsi
qaydaları nümayiş
olunub.
Məktəbin İnkişaf Planı
hazırlanır
İlkin Həsənovun söylədiyinə
görə, Məktəbin
İnkişaf Planının
hazırlanması ilə
bağlı TDM tərəfindən
görüşlər keçirilir. Görüşlərdə
TDM-in metodistləri məktəblərdəki
real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparır,
təlim-tərbiyə prosesinin
inkişafı istiqamətinə
yaxından dəstək
göstərmək məqsədilə
məktəb kollektivi
ilə müzakirələr
təşkil edirlər.
Məktəb heyəti ilə birgə Məktəbin İnkişaf Planının
hazırlanmasının əsas
məqsədi Təhsildə
Keyfiyyət Təminatı
Agentliyinin inspeksiya nəticələrinə əsasən
aşkarlanmış çatışmazlıqların
aradan qaldırılmasından
ibarətdir.
"Təhsilin rəqəmsal çevrilməsi" mövzusunda
onlayn seminar
Mərkəz direktoru vurğulayıb ki, "Təhsilin rəqəmsal çevrilməsi"
mövzusunda onlayn
seminar keçirilib.
Seminarın əsas
məqsədi təhsildə
rəqəmsal çevrilmənin
tətbiq edilməsi, təhsilalanlara müstəqil
öyrənmənin aşılanması,
müstəqil öyrənmə
vasitəsilə təhsilə
əlçatanlığın təmin edilməsi, STEAM dərslərini tədris edəcək müəllimlərin
müvafiq istiqamətdə
peşəkar inkişafa
sövq edilməsi, müxtəlif proqramlaşdırma
dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə qabiliyyətinin yüksəldilməsindən
ibarətdir.
Seminarda
STEAM təlim texnologiyaları,
VEB2 alətlərinin tədrisdə
tətbiqinin təsiri,
təhsilverənlər üçün
Microsoft Peşəkar Sertifikatının
vacibliliyi, pandemiya dövründə tədrisin
daha səmərəli
qurulması yolları
və digər mövzularla bağlı geniş məlumatlar verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb,
iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Pedaqoji heyət üçün təlimlər keçirilir
TDM ümumi təhsil
müəssisələrinin pedaqoji heyəti üçün təlimlər
keçirir.
Təlimlərin əsas məqsədi
müəllimlərə metodiki
dəstək göstərilməsi,
təlim strategiyaları,
gündəlik planlaşdırmanın
mahiyyəti və strukturu barədə məlumatların verilməsi,
tədrisdə kurikulumun
tətbiqi, müasir təlim texnologiyalarından
istifadə, formativ qiymətləndirmənin düzgün
aparılması, konstruktiv
rəyin verilməsi və dərs prosesinin təşkilində
yüksək nəticələrin
əldə olunmasından
ibarətdir. Həmçinin, tədris prosesində
ünsiyyət mədəniyyətini
yüksəltmək və
təhsilin keyfiyyətinin
artırılmasında müəllimin
rolunu vurğulamaq da əsas hədəflərdəndir.
Təlimlər zamanı müəllimlərə
keyfiyyətli dərsin
təşkili, müəllim-şagird
münasibətlərinin tənzimlənməsi,
müəllimlərin etik
davranış qaydaları
və sinfin idarə olunmasına dair müvafiq tövsiyələr verilir,
həmçinin, müəllimlər
diaqnostik və formativ qiymətləndirmənin
təşkili, onların
nəticələrinin təhlili,
planlaşdırmanın düzgün
aparılması ilə
bağlı məlumatlandırılır.
Eyni zamanda təlim çərçivəsində
TDM tərəfindən valideynlərlə
görüşlər keçirilir. Görüşlər zamanı məktəb-valideyn
münasibətlərinin düzgün
tənzimlənməsi, şagirdlərin
sağlamlığının və təhlükəsizliyinin
təmin edilməsi, müəllim-şagird-valideyn əməkdaşlığının
əhəmiyyəti haqqında
tövsiyələr verilir.
Təlim çərçivəsində TDM-in metodistləri dərs dinləmələrdə də
iştirak edirlər.
"Gələcəyə ümid"
layihəsi
Mərkəz direktorunun dediyinə görə, TDM-in təşkilatçılığı
ilə "Gələcəyə
ümid" layihəsi
həyata keçirilir. Layihənin məqsədi
yeniyetmələrin zərərli
vərdişlərdən uzaqlaşdırılması,
onların akademik, sosial bacarıqlarının
inkişaf etdirilməsi
və psixoloji dəstəyin təmin olunmasından ibarətdir.
"Gələcəyə ümid"
layihəsi BŞTİ-nin
tabeliyində olan ümumi təhsil məktəblərinin 8-ci sinif
şagirdləri arasında
bir akademik tədris ili
üçün nəzərdə
tutulur.
"Gələcəyə ümid" layihəsinə
cəlb olunmuş şagirdlər üçün
ADA Universitetində seminar da
keçirilib. Seminarda gənclərə xəyallara, məqsədlərə
çatmaq üçün
şəxsi inkişafın
vacibliyi, maliyyə savadlılığının faydaları
barədə tövsiyələr
səsləndirilib. Şagirdlərə
iş və karyera arasındakı fərq, şəxsi maraq və dəyərlərə
uyğun karyera seçimi məsələlərinə
aydınlıq gətirilib.
Eyni zamanda, iş, karyera anlayışları və
düzgün peşə
seçimi prosesinin mərhələləri də
müxtəlif nümunələr
əsasında müzakirə
olunub.
İnformatika müəllimləri üçün təlimlər
Ümumi təhsil müəssisələrinin
informatika müəllimləri
üçün "Proqramlaşdırma
və alqoritm" mövzusunda onlayn təlimlər keçirilib.
TDM tərəfindən təşkil olunan təlimlərin əsas məqsədi informatika fənninin tədrisi prosesində müasir təlim texnologiyalarından
istifadə, dərs planlaşdırması, informatika
müəllimlərinin proqramlaşdırma
və alqoritm bacarıqlarının inkişafı,
peşəkarlıq səviyyələrinin
artırılmasından ibarətdir.
Təlimlərdə şagirdlərin müvafiq
istiqamətdə hazırlıq
səviyyəsinin düzgün
istiqamətlənməsini təmin
etmək əsas hədəflərdəndir.
"Erasmus+" proqramı
İlkin Həsənov deyib ki, TDM-in əməkdaşları Avropa İttifaqı tərəfindən Almaniyada təşkil olunmuş "Erasmus+" proqramının "Gənclərin mobilliyi" istiqaməti üzrə qalibi olublar. Proqram çərçivəsində Azərbaycanın tarixi, multikultural və milli dəyərləri, təhsili, adət-ənənələri, mədəniyyəti, incəsənəti və musiqisi haqqında təqdimatlarla çıxış edərək müzakirələrdə iştirak ediblər.
TDM-in əməkdaşları tərəfindən "Erasmus+" proqramı ilə bağlı paytaxt məktəbliləri ilə görüş keçirilib. Görüşdə IX-XI sinif şagirdlərinə "Erasmus+" proqramı haqqında ətraflı məlumat verilib.
Sonda qeyd edək ki, təhsildə keyfiyyətin artırılması, müasir təcrübənin düzgün tətbiqi, yaradıcı yanaşmaların elmi-pedaqoji əsaslandırılması, inkişafetdirici təlim və seminarların davamlı təşkili, məktəblərdəki psixoloji mühitin müvafiq meyarlara uyğunlaşdırılması və digər istiqamətlər üzrə həyata keçirilən tədbirlərin siyahısı burada diqqətə çatdırılanlardan daha genişdir.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 22 aprel.- S.10.