Açıq kitabxanada Doğma Şuşatədbiri

 

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxanadaDoğma Şuşa” adlı tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açıb. O, 2022-ci ilinŞuşa İlielan olunması ilə bağlı Milli Kitabxanada bu kimi tədbirlərin tez-tez təşkil olunduğunu vurğulayıb. Həmçinin Kərim Tahirov Şuşa şəhərinin xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkan olduğunubu şəhərə olan sevginin, bağlılığın hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğunu qeyd edib. Eyni zamanda Şuşa şəhərinin milli mədəniyyətimizin, incəsənətimizin beşiyi olduğunu da tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbirdə Milli Konservatoriyanın tələbələri çıxış edərək “Çahargah” muğamını, “Ay Laçın” və “Ey Vətən” mahnılarını səsləndiriblər.

Tədbirin davamında “Şuşanın dağları” və “Qarabağ” rəqsləri ifa olunub.

Daha sonra Nərimanov rayonu 45 nömrəli orta məktəbin şagirdləri “Azərbaycan” şeirini səsləndiriblər.

Tədbirin fəal iştirakçıları fəxri fərman və təşəkkürnamə ilə təltif ediliblər.

 

525-ci qəzet.- 2022.- 22 aprel.- S.16.