“Kitabi-Dədə
Qorqud” "un özbəkcə nəşrinin təqdimatı keçirilib
Beynəlxalq
Muğam Mərkəzində özbək dilinə tərcümə
edilmiş “Kitabi-Dədə Qorqud” dastanının təqdimat
mərasimi keçirilib.
MANERA.AZ
xəbər verir ki, tədbirdə mədəniyyət
nazirinin birinci müavini Elnur Əliyevlə yanaşı, bir
sıra dövlət və mədəniyyət xadimləri də
iştirak ediblər.
E.Əliyev “Kitabi-Dədə Qorqud” dastanında türk xalqlarının tarixi coğrafiyasının əhəmiyyətindən danışıb: "Hər mədəniyyət sözlə başlayır, söz cümlə, cümlə isə kitab olur. Böyük xalqlar isə bu kitabı dastana çevirir. "Kitabi-Dədə Qorqud" dastanı böyük türk toplumunu, türk xalqlarını özündə ehtiva edir".
Qeyd olunub ki, "Kitabi-Dədə Qorqud" dastanının özbək dilində nəşri Azərbaycan və Özbəkistan dostluğuna fayda verəcək.
Tədbirdə çıxış edən professor İsa Həbibbəyli bildirib ki, bu gün türk dünyasının böyük ədəbi nümunəsi olan "Kitabi-Dədə Qorqud"un özbək dilinə tərcümə olunması Azərbaycan ve Özbəkistan arasında xüsusi əhəmiyyətli mədəni hadisədir: "Bu dastana dünyada böyük maraq yaranıb. Dünya dastanlarını və "Kitabi-Dədə Qorqud" dastanını tərəzinin gözünə qoysaq, ikincisi ağır gələr".
Qeyd edək ki,
xalqımızın qədim tarixi, zəngin
mədəniyyəti, adət və ənənələrini təbliğ
etmək məqsədilə “Kitabi-Dədə Qorqud”
dastanı haqqında vikipediada özbək
dilində bölmə də yaradılıb.
525-ci qəzet.- 2022.- 22 aprel.- S.8.