Özünü yenidən
yaratmaq
Amerikada
edam hökmünə məhkum edilmiş bir müttəhimə hökmün asmaq yolu ilə yox,
zəhərli iynə
ilə həyata keçiriləcəyini deyirlər.
Bunun müqabilində
ailəsinə çoxlu
pul veriləcəyini öyrənən məhkum
az da
olsa, təskinlik tapır.
Və o gün
gəlib çatır. Həkim
ona deyir: "Bax bu yaşıl
maye bitəndə öncə ayaqların keyiyəcək, mavi maye bitəndə qolların, sarı maye bitəndə bütün bədənin
keyləşəcək və
qırmızı maye
bitəndə beyin ölümün gerçəkləşəcək".
Elə də olur. Müttəhim öncə ayaqlarını,
sonra qollarını, sonra isə bütöv bədənini
hiss etmir. Və nəticədə
ölür.
Ölüm səbəbi - ürək
partlaması. Sistemdəki isə sadəcə
rəngli su olur. Bu, insan
üzərində bir
eksperiment imiş.
Müttəhim əvvəlcədən şüuraltına yeridir
ki, sistem bitəndə öləcək
və ona görə də ölür.
Düşüncələrin nədirsə, sən
"o"san. Bir şeyə şüuraltını
inandırsan, beynin bunu reallıq kimi qəbul edəcək. Beynindəki bütün
neqativ düşüncələri
yeni pozitiv fikirlərlə əvəzlə.
İnanc
deyə yerləşdirdiyin
hər şeyin əslində, cəfəngiyyatdan
ibarət olduğunu
21 gün sonra anlayacaqsan. Bəli, insan beyni yeni inancı 21 günə qəbul edir. Bütöv bədənin dəyişməsi,
inancların təzələnməsi,
ruhun yenilənməsi
isə maksimum 11 ay çəkir.
Sən hər yaşda özünü 18 yaşındakı
kimi hiss edə bilər, çılğınca
sevə bilər, ərköyünlük, şıltaqlıq
edə bilərsən.
Cılız bədəninlə ağırlıq qaldıra,
nəfəsini dəqiqələrcə
suyun altında tuta, hətta qaranlıq otaqda həftələrlə qala
bilərsən.
Toyuq hininə
düşən qartal
balası ölənə
kimi bir dəfə də olsun qanad çırpmaz. Çünki o, toyuq olduğuna inanar, qanadlarının olduğunun fərqinə varmaz. Bədənin, gördüyün işlər, düşüncələrin,
sözlərin və bütün varlığın
sənin əsərindir.
Dəyişmək, yenilənmək, həy şeyi silib başdan başlamaq üçün
heç vaxt gec deyil.
İnsanın dəyişmək prosesi ən sancılı proseslərdən biridir. Necə ki
ağaclar qabıq dəyişir, necə ki bəzi canlılar
dərisini dəyişir,
hər insan da dəyişimə məruz qalır. Bu proses mərhələli şəkildə baş verir.
İlk mərhələ
- fərqində olmaqdır. Səhvlərinin, yanlışlarının fərqinə
varmaq. Olmaq istədiyinlə indi olduğun insan arasında körpü yaratmaq.
İkinci mərhələ - azad etməkdir. Səni geri salan yanlış vərdişlərindən
azad olmaq. Sadəcə
vərdiş deyil, xarakter və xüsusiyyətlərdən də.
Xarakter dəyişməz fikri tamamilə cəfəngiyyatdır.
Həm də elə dəyişər ki, özünü sən belə tanıya bilməzsən. Dəyişməkdə xarici amillər kimi, daxili amillərin
də rolu böyükdür.
Şəxsi təcrübəmə əsaslanaraq
deyə bilərəm
ki, müsbət təlqinlər daxili güclə birləşəndə
yeni bir MƏN ortaya çıxır.
Üçüncü mərhələ isə kodlaşdırmadır. Keçmişə dair yanlış düşüncələri, neqativ
fikirləri və doğru olmayan vərdişləri azad etdikdən sonra onun yerinə səni irəli aparacaq müsbət fikirləri, doğru vərdişləri kodlaşdırırsan.
Unutma, bu, çox uzun, ağrılı prosesdir. Bəli, ruhun
ağrıyacaq, dəyişməməkdə
israrlı olacaq, bəzi vərdişlərin
səni tərk etməmək üçün
müqavimət göstərəcək.
Amma sən daha inadkar
olacaqsan. Unutma, bir
damla su israrla axarsa, daşı belə deşə bilir.
Yenidən yaranmağa, yeni SƏN yaratmağa
hazırsanmı?
Leyla
CAMAL
525-ci qəzet.- 2022.- 23 aprel.- S.21.