Yaşı bir əsrə
çatan radio
Yeni araşdırmalar
onu sübut edir ki, "danIşan qutu"nun tarixin arxivinə
göndərilməsi barədə səslənən
çağırış və iddialar əsassizdir
İndi bəziləri radioya zamanı keçmiş
gərəksiz bir vasitə kimi baxır. Belə yanaşma, şübhəsiz
ki, bir əsrlik
tarixi olan radionu tanımamaqdan, ona bələd olmamaqdan irəli gəlir.
Biz radio haqqında, onun
mahiyyəti və tarixçəsi haqqında
nə bilirik? Radionun fəza
ilə siqnal ötürən rabitə
qurğusundan KİV və
sənət sahəsinə
çevrilməsi üçün
hansı cəhdlər
göstərilib? Televiziya meydana
çıxana qədər
radionun informasiya meydanında hökmranlıq
etməsindən xəbərimiz
varmı?
Bəs ötən
əsrin 20-ci illərində
radio Azərbaycana necə
gəlib çıxıb,
bu "simsiz teleqraf" neft Bakısında necə
"dil açıb"
danışıb? Həmin illərdə
yerli mətbuatın
radio möcüzəsi haqqında
nələr yazmasından
xəbərdarıqmı? İlk radio verilişlərində nələrdən
danışılıb? Bu radioda kimlər
çalışıb, verilişləri
kimlər hazırlayıb,
mikrofon qarşısında
kimlərin danışması
barədə hansı
məlumatımız var?
Radio tariximizin tanınmış
tədqiqatçısı Sevinc Məmmədovanın
bu günlərdə
"Sabah" nəşriyyatında çapdan çıxmış
rus dilində "Qovorit Baku" kitabı məhz
bu maraqlı suallara cavab vermək üçün
yazılıb. Əslində
bu, Sevinc xanımın radio mövzusunda
ilk elmi işi deyil, əvvəllər də bu barədə
səmərəli axtarışlar
aparıb, arxivlərdə
çalışıb və
ortaya "Azərbaycan
radiosu ilk elmi araşdırmalarda" ("Elm və təhsil", 2018) adlı maraqlı monoqrafik əsər çıxarıb.
Hər iki elmi əsər ümumən radionu bizə tanıtdırmaq, onun mahiyyətini izah etmək, Azərbaycan mədəniyyətinin
tərkib hissəsi olan milli radiomuzun
tarixini vərəqləmək
baxımından çox
maraqlıdır. Bu mənada
"Qovorit Baku" kitabı
bizə məlum və məşhur deyimi xatırladır ki, radio mahiyyətcə səslər dünyasından
və bu səsləri dinləyicilərə
çatdıran elektromaqnit
dalğalarının qovuşmasından
ibarətdir. Burada
həm səslər, həm də dalğalar mahiyyətcə
eyni ani əlaqələr sisteminə
aiddir. Məhz bu cəhət,
yəni ani əlaqələr sisteminə
mənsubluq "fonoqrafla
elektromaqnit dalğalarını
bir-birinə bağlayaraq
radionun kəsfinə gətirib çıxartmışdır"
(M.Maklüen). Amma
bəşər tarixinin
böyük kəşflərindən
olan radio artıq bu gün bizlərə
texnoloji möcüzə
kimi görünmür, çünki
insanlar radiodan sonra XX əsrin sürprizlər sandığından
çıxan daha neçə-neçə texnoloji
yeniliyin şahidi olub. Məsələn, kino inkişaf
edərək yüksək
sənət zirvəsinə
qalxıb, vizual sənətlər meydanına
televiziya (TV) kimi bir nəhəng çıxıb, robotların
bir neçə nəsli dəyişib.
Hazırda isə internet şəbəkəsi
və kompüterlər
insan həyatının
bütün sahələrini
sürətlə ağuşuna
almaqdadır.
Biz onun şahidiyik ki, informasiya və yayım sahəsində texnologiya demək olar ki, hər gün
təzələnir, kosmosdan
canlı reportajlar verilir, hava gəmiləri
Marsa enir, qoloqrafiya TV-də möhkəmlənir, rəqəmli
texnologiya əvvəlki
sistemləri
sıxışdırıb aradan çıxarır. Bütün bu texnoloji yeniliklər,
xüsusən TV-nin cazibədarlığının daha da artması
və internetin informasiya məkanını
işğal etməsi
radio üçün ciddi
problemlər yaradır.
Hərçənd, radio da yerində
saymır, yeni texnologiyaları mənimsəyərək
zamanla ilə ayaqlaşmağa çalışır.
Kosmik rabitənin inkişafı, stereonun və lazer disklərinin
tətbiqi, FM-in uğurları,
podkastlar, interaktivliyin
artması, bütün
diapozonlardan istifadə,
rəqəmli yazı,
iri həcmdə informasiyanın maneəsiz
ötürülməsi bütün bunlar çağdaş radionu rəqabət qabiliyyətli
edir.
Radio təkcə dinləyicinin
qulaq yoldaşı deyil, həm də zamanın və
təmsil etdiyi cəmiyyətin səs yaddaşıdır, o bəzən
milli ruhun ifadəçisi kimi də çıxış
edir. Bu səbəblərdən
radioya həmişə
doğurur. Bunu az qala bir əsrə yaxın yaşı olan Azərbaycan milli radiosunun efir təcrübəsi də sübut edir. Bu radionun
beşiyi başında
dayanan Ü.Hacıbəyov,
M.S.Ordubadi, M.Maqomayev kimi qüdrətli sənətkarlar efirdə,
xüsusən ədəbi-bədii
və dram verilişlərində
xalq ruhunun ifadəsi üçün
ən müxtəlif formalardan istifadə etmişlər.
Tarix şahidlik edir ki, sovet təbliğat
sisteminin içərisində
olmasına baxmayaraq, Azərbaycan radiosunun milli düşüncəli
əməkdaşları bu
"danışan qutu"nu
xalq ruhunun tərənnümçüsünə çevirməyə, efirdə
milli hisslərini oyatmağa çalışırdılar.
Yəni
radio xalqımızın tarixini,
onun milli mədəniyyətini, ana
dilimizin şirinliyini,
milli musiqimizin cazibəsini, qədim adət və ənənələrimizi daim
diqqətdə saxlayırdı.
Efirdə bu mövzularda
çoxsaylı verilişlər
gedirdi. "Muğamat
saatı", "Bulaq",
"Axşam görüşləri",
"Şəbəkə", "Lirika dəftərindən",
sonralar "Hekayə axşamı", "Poeziya
buketi, nəğmə
çələngi", "Ana dili" və s. verilişlər radio ilə dinləyici arasında etibarlı mənəvi körpü və ruhi bağlantı yaradırdı.
Tədqiqatçı-alim Sevinc Məmmədova kitabda məhz auditoriya ilə mənəvi-ruhi bağlantı yaratmaq ənənəsini yaşadan Azərbaycan radiosunun fəaliyyətinin ilk dövrünü araşdırııb. Araşdırma belə bir aktual suala cavab verir ki, müntəzəm yayıma başladığı 1920-ci illərin ortalarında Bakı radiosunun ilk addımları o dövrdə necə qarşılanıb, radionun fəaliyyətinə ictimai reaksiya necə olub, o dövrün mətbuatı bu fəaliyyəti necə və hansı formalarda işıqlandırıb?
Müəllif bu suallara cavab vermək üçün zəngin mənbələrdən, o cümlədən, respublika mərkəzi arxivinin materiallarından, Azərbaycan radiosunun arxiv sənədlərindən, rəsmi qərar və sənədlər toplusundan, həmin dövrün mətbu yazılarından istifadə edib. Təbii ki, yazılı mənbəyə istinad mülahizələrinə görə müəllif ötən əsrin 20-30-cu illərinin qəzet və jurnallarını daha geniş şəkildə araşdırır. Tarixi-xroniki hadisələri əhatə etmək və mövzunun məntiqi baxımından üç maraqlı hissəyə bölünmüş kitabın "Radionun dostları cəmiyyəti", "Azərbaycan radiosunun ilk addımları" və "Respublika mətbu orqanları Azərbaycan radiosu haqqında", "Radio müharibə illərində" və s. bölmələrində bu barədə dolğun məlumat verilir.
Radio nəzəriyyəsinin mükəmməl bilicisi olan S.Məmmədova tədqiqat işində efir yaradıcılığı problemlərinə də diqqət yetirir. Bu problemlərin mətbuatda hansı rakursdan işıqlandırılmasını ön plana çəkən müəllif, ilk növbədə radiojurnalistikanın cilalanması, proqramlaşdırma məsələləri, uşaq və gənclər üçün verilişlərin özəllikləri və s. barədə söhbət açır.
Fikrimizcə, Sevinc
Məmmədovanın bu kitabı Azərbaycan
radiosunun zəngin tarixini
vərəqləmək, onun indiyədək
bəlli olmayan səhifələrini gözdən
keçirmək, radionun mahiyyətini,
bütövlükdə radio
yaradıcılığının incəliklərini öyrənmək
baxımından faydalıdır. Ümüdvarıq ki, müəllifin radionun
yayım formatları, proqramlaşdırma, proqram
özəllikləri və efirin inkişaf tendensiyaları barədə
mülahizələri bu sahəyə maraq göstərənlərin təsəvvürlərini
xeyli genisləndirəcək.
Qulu
MƏHƏRRƏMLİ
Professor
525-ci qəzet.- 2022.- 23 aprel.- S.12.