NATO genişlənəcək  

 

 

Rusiya Ukraynaya qarşı başlatdığı müharibəni bu ölkənin Şimali Atlantika Alyansına ehtimal olunan üzvlüyünün qarşısını almaq istəyi ilə izah edir. Rusiya rəhbərlərinə görə, Ukrayna NATO-ya daxil olsa, ABŞ raketləri Moskva Sankt-Peterburqa bir neçə dəqiqəlik uçuş məsafəsində yerləşəcək ki, Kreml buna imkan vermək istəmir. Moskva Sankt-Peterburqa bir neçə yüz kilometr məsafədə yerləşən Ukraynanın NATO-ya üzvlüyünə yol verməyəcəyini bəyan edən bunun üçün müharibəyə başlayan Rusiya rəhbərliyi çox böyük sürprizlə qarşılaşıb. Avropa qitəsində mövcud olan bitərəf dövlətlərdən ikisi, Finlandiya İsveç NATO-ya üzv olmaq niyyətində düşüb. Xüsusilə Finlandiyanın Şimali Atlantika Alyansına üzvlüyü Rusiya üçün kabusa çevrilə bilər. Çünki Finlandiyadan Sankt-Peterburqa məsafə Ukraynadan olan məsafədən bir neçə dəfə azdır. İsveç Finlandiyanın NATO-ya üzv olması Baltik dənizində qüvvələr nisbətini kəskin şəkildə dəyişəcək. Rusiyanın çox böyük önəm verdiyi Baltik dənizi faktiki olaraq NATO-nun daxili su hövzəsinə çevriləcək. Finlandiyanın NATO-ya üzvlüyü nəticəsində Rusiyanın Şimali Atlantik Alyansı ilə 1300 kilometrlik ümumi sərhədi yaranacaq ki, bu da Moskvada ən arzuolunmaz vəziyyətdir.

 

İsveç Finlandiyada NATO-ya üzvlük məsələsi son zamanlara kimi diqqətçəkən mövzulardan olmayıb. Bu ölkələrin əhaisi hərbi bloklara qoşulmamaq siyasətini daha yüksək qiymətləndiriblər. Buna görə uzun müddət NATO-ya üzvlük tərəfdarları İsveç Finlandiyada çox ciddi azlıqda idilər. Məsələn, Krımın ilhaqından öncə İsveç Finlandiyada əhalinin cəmi bir-iki faizi NATO-ya inteqrasiyanın tərəfdarı idi. Ona görə İsveç Finlandiyada siyasi partiyalar bu məsələni seçki proqramlarına daxil etmirdilər. Lakin Rusiyanın Krımı ilhaq etməsi ilə İsveç Finlandiyada əhalinin rəyi dəyişməyə başladı. Artıq 2017-ci ildə Finlandiya əhalinin 22 faizi NATO-ya üzvlüyün tərəfdarı kimi çıxış edirdi. Rusiyanın Ukraynaya son hərbi müdaxiləsinə qədər NATO-ya üzvlük məsələsi aparıcı xəttə çevrilmirdi. Ancaq fevralın 24-də Rusiyanın Ukraynaya qəfil hücumu vəziyyəti kəskin dəyişdi. Finlandiyada rəyi soruşulanların 62, İsveçdə isə 59 faizi NATO-ya üzvlük tərəfdarı kimi çıxış edir.

 

İctimai rəyin belə kəskin dəyişməsi İsveç Finlandiya hökumətlərini hərəkətə gətirib. Artıq bu ölkələrin siyasi dairələrində NATO-ya üzvlük məsələsi fəal şəkildə müzakirə olunur. İsveçin xarici işlər naziri Ann Linde bildirib ki, siyasi partiyalar arasında danışıqlar yaxın iki-üç həftə ərzində başa çatacaq üzvlüklə bağlı NATO-ya müraciət edəcəklər. İsveç bu prosesi yaxın müttəfiqi olan Finlandiya ilə birlikdə aparmaq niyyətindədir tərəflər bu məsələdə öz addımlarını əlaqələndirməyə çalışırlar. Çox böyük ehtimalla İsveç Finlandiya may ayının ikinci yarısında üzvlüklə bağlı NATO-ya müraciət edəcək.

 

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, müraiət edəcəkləri halda Finlandiya İsveçə qısa zamanda Şimali Atlantika Alyansına qoşulmaq imkanı veriləcək. Çünki bu iki ölkə NATO-ya üzvlük üçün bütün kriteriyalara uyğundur. Ukraynadan fərqli olaraq Finlandiya İsveçdə demokratiya, siyasi institutlar, iqtisadi hərbi meyarlar, hüquq-mühafizə orqanlarına mülki nəzarət NATO standartlarına uyğun gəlir. Digər tərəfdən, hər iki ölkənin NATO-ya üzvlüyü bütünlükdə Avro-Atlantik regionun təhlükəsizliyinə töhfə vermiş olar. Bu da NATO-ya üzvlük üçün əsas tələblərdən biridir. Bundan əlavə, Finlandiya İsveçin NATO-ya üzvlüyü Alyansın üzvləri - Estoniya, Latviya Litvanın təhlükəsizliyinin təmin olunmasına da müstəsna töhfə verə bilər.

 

 

 

Finlandiyaİsveçin NATO-ya üzv olması ilə Alyansın üzvlərinin sayı 30-dan 32-ə artmaqla yanaşı, həm də çox önəmli coğrafilarda möhkəmlənmiş olacaq. Digər tərəfdən, Ukraynadan fərqli olaraq İsveçFinlandiya ən müasir silahlar almaq imkanlarına da malikdir. Finlandiya hələ bir neçə ay öncə - NATO-ya üzvlük məsələsi gündəmə gəlməzdən əvvəl beşinci nəsil F-35 qırıcı təyyarələrinin alınması üçün ABŞ-la müqavilə imzalamışdı. Həmin müqaviləyə görə, Finlnadiya ABŞ-dan birinin qiyməti 82 milyon dollar olmaqla 64 ədəd F-35 təyyarəsi alacaq. Çox maraqlıdır ki, ABŞ bir sıra vergi güzəştləri hesabına F-35 təyyarələrinin Finlandiyaya ən aşağı qiymətə satılmasını təmin edib. Halbuki, F-35 təyyarəsinin biri ABŞ ordusuna 135 milyon dollara alınıb. ABŞ özünün ən yaxın müttəfiqi olan İsrailə F-35 təyyarəsini 100 milyon dollara satıb, NATO-da ən güclü müttəfiqlərindən olan Türkiyəyə isə F-35 təyyarələrin satmaqdan imtina edib. Hətta Türkiyənin həmin təyyarələrin alınması üçün ödədiyi 1.5 milyard avans da geri qaytarılmayıb. Belə bir vəziyyətdə ABŞ-ın Finlandiyaya F-35 təyyarələrini ən aşağı qiymətə satması maraq doğurur.

 

İsveç və Finlandiyanın NATO-ya üzvlük ehtimalına Rusiya çox kəskin reaksiya verib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Finlandiyaİsveçin Şimali Atlantika Alyansına daxil olması hərbi-siyasi vəziyyəti kökündən dəyişəcək. Moskva rəsmiləri bildirirlər ki, Baltik dənizinin hərbiləşdirilməsi, Leninqrad vilayətində, Kareliyada quru qoşunlarının sayının artması və texniki cəhətdən gücləndirilməsi, eləcədə Kalininqradda nüvə silahının yerləşdirilməsi gündəmə gələcək. Bütün bunlar isə Avropada onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirəcək.

 

Göründüyü kimi, Ukraynanın NATO-ya üzvlüyün qarşısını almaq üçün hərbi əməliyyatlara başlayan Rusiya tamamilə əks vəziyyətlə üzləşib və Şimali Atlantika Alyansının Rusiya ətrafında həlqəsi daha da genişlənib.

 

 

Xaqani CƏFƏRLİ

 

525-ci qəzet.- 2022.- 23 aprel.- S.8.