Milli estetik təfəkkürdə Xurşidbanu Natəvan obrazı  

 

TARİXİMİZDƏ MÜSTƏSNA YERİ OLAN NATƏVAN AZƏRBAYCAN TƏSVİRİ İNCƏSƏNƏTİNİN MƏRDANƏLİK SİMVOLUNA ÇEVRİLİB

 

 

 

Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının müəllimi

Azərbaycan xalqının yeni tarixi, prinsip etibarilə, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin bu möhtəşəm şüarı ilə başlayır: "Qarabağ Azərbaycandır!" Qarabağ deyəndə isə bir çox böyük şəxsiyyətlərin Vətən uğrunda mücadiləsi, mübarizələrlə dolu tərcümeyi-halları göz önünə gəlir. Artıq əsr yarımdan çox bir müddətdir ki, estetik təşəkkürümüzdə Xurşidbanu Natəvan imzalı fenomenal bir şəxsiyyətin müstəsna yeri vardır. Xüsusən  müstəqillik dövrü Azərbaycan rəssamlıq sənətində Qarabağ mövzusuna, eləcə Xurşidbanu Natəvan mövzusuna müraciət edilməsi ənənə halını alıb bu da təsadüfi deyil.

 

 Əslində Qarabağ deyəndə, ilk növbədə yada düşən şəxsiyyətlərdən biri Qarabağın sonuncu hakimi Mehdiqulu Xanın qızı, hətta taleyi çar tərəfindən müəyyənləşdirilən Xurşidbanu Natəvandır. Müstəqillik dövrü Azərbaycan rəssamlıq sənətində , Xurşidbanu Natəvan mövzusuna dönə - dönə müraciət olunduğunu görürük.

 

Xeyirxah əməlləri nəcibliyi ilə xalq içində çox böyük hörmət qazanmış, "Xan qızı" adı ilə tanınan, görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvan gözəl şair ictimai xadim kimi tanınmaqla bərabər, həm çox incə dərin zövqə malik rəssam bədii tikmə ustası olmuşdur. Rəssamlıq fəaliyyəti ilə poetik yaradıcılığı vəhdət təşkil edən Natəvanın bizim dövrə gəlib çatmış yaradıcılıq irsi bir o qədər çox olmasa da, onlar Azərbaycan incəsənətini yeni bədii çalarlarla zənginləşdirən sənət əsərləri kimi qəbul olunur. Yaşayan tariximiz Xurşidbanu Natəvanın Qafqazda, o cümlədən, Bakıda səfərdə olmuş böyük fransız yazıçısı Aleksandr Dümaya özünün heyrətamiz tikmələrini bağışladığı faktını yaşatmaqdadır.

 

Xurşidbanu Natəvanın rəssamlıq qabiliyyəti bir neçə cəhətdən diqqəti cəlb etməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, onun ərsəyə gətirdiyi qrafik əsərlər XIX əsr Azərbaycan təsviri sənətinin inkişaf tarixini özünəməxsus bədii xüsusiyyətlərlə yeniləşdirmək baxımından mühüm əhəmiyyətə malikdir. Bir cəhəti xüsusilə diqqət önünə çəkmək lazımdır ki, orta əsrlərdə intibah mərhələsini yaşayan Azərbaycan miniatür rəssamlığı tədricən qazandığı özünəməxsus bədii-estetik əlamətləri XIX əsrdə artıq Qərb Şərq komponentləri ilə birləşdirən yeni ənənələrlə zənginləşməyə başlamışdı. Bu mühüm prosesdə Naxçıvan Şuşa rəssamlıq məktəbi nümayəndələrinin çox böyük rol oynadıqlarını xüsusilə vurğulamağı özümüzə borc bilirik.

 

 

 

Əgər mədəniyyət paytaxtımız Şuşada cərəyan edən bədii proseslərə nəzər yetirsək, onda rəssamlığın müxtəlif sahələrində Mir Möhsün Nəvvab, Usta Qəmbər Qarabaği ilə yanaşı, Xurşidbanu Natəvanın da səmərəli fəaliyyət göstərdiyini qeyd etmək yerinə düşər. Onun ərsəyə gətirdiyi rəsm əsərləri bədii həllinə görə o dövrdə yaradılan təsviri sənət nümunələri arasında özünəməxsus yaradıcılıq tərzi manerası ilə seçilir.

 

Qeyd etdiyimiz kimi, Xurşidbanu Natəvanın bədii yaradıcılığı həm çoxəsrlik tarixə malik Azərbaycan təsviri sənətinin yeni bədii-estetik zövqlə yeniləşməsinə xidmət edir. Əgər Mir Möhsün Nəvvab bunu daha çox Şuşada, Usta Qəmbər isə Şəkidə gerçəkləşdirdikləri divar rəsmlərində ifadə etmişdisə, Natəvan bu özünəməxsusluğu qrafika sahəsində reallaşdırmışdı. Bunu da mühüm vurğulayaq ki, şairə-rəssamın bu sahədə özünü təsdiq edən Mir Möhsün Nəvvab Usta Qəmbərin müxtəlif funksiyalı binaların interyerinə gözəllik bəxş edən divar rəsmləri daha çox bədii ifadənin monumental-dekorativ xüsusiyyətlərinin qabarıq ifadə edilməsinə istiqamətlənmişdisə, onun özü əsərlərinin lirik duyğu daşıyıcılığına yüksəlməsinə çalışmışdı. Bu mənada Xurşidbanu Natəvanın möhtəşəm yaradıcılıq irsi özündə bütövlüklə ənənə müasirliyi birləşdirdiyini əyani şəkildə görürük.

 

Xurşidbanu Natəvanın rəsm əsərləri, eyni zamanda, bədii şərhinə görə kifayət qədər realdır. Azərbaycan poeziyasında dərin iz saldığını bənzərsiz qəzəlləri ilə özünü təsdiqləyən şairə o vaxta qədərki, milli təsviri sənətimizdə yer almış əfsanəvi obrazlar dünyasına yeni simalar gətirmək baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

 

 

 

Xurşidbanu Natəvanın bədii yaradıcılıq nümunələri arasında tarixi əhəmiyyətə malik digər rəsmlər də mövcuddur. Bunların arasında məşhur Şeyx Şamilin evininQunib qalasının rəsmi diqqət çəkir. Ehtimal edilir ki, bu rəsmlər şairənin həyat yoldaşı Xasay xan Usmiyevlə birlikdə Dağıstana səfərləri zamanı çəkilib.

 

Xurşidbanu Natəvanın Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində qorunan dörd rəsm əsəri özünün ifadəli görünüşünə və incə bədii duyumuna görə olduqca maraq doğurur. İncə zövqlü qadın olan Natəvanın muncuqlu tikmə üsulunda gözoxşayan tikmələrinin bəziləri vaxtilə dövlət muzeyləri üçün alınıb. Məlumat üçün bildirək ki, məişətdə istifadəsi nəzərdə tutulan həmin tikmələr Milli Azərbaycan TarixiMilli Azərbaycan İncəsənəti Muzeylərində mühafizə olunmaqdadır. Xüsusilə vurğulamaq lazımdır ki, muncuqlarla bəzədilmiş belə nəfis tikmələrdən birini Natəvanın həyat yoldaşı Xasay xan Usmiyev 1858-ci ildə Bakıya gəlmiş böyük fransız yazıçısı Aleksandr Düma ilə görüşündən sonra, qonağa hədiyyə edib. Ehtimal olunur ki, məşhur azərbaycanlı şairə-rəssamın həmin əl işi bu gün də Dümanın Fransadakı ev muzeyində saxlanılır.

 

(Ardı var)

 

Toğrul CƏFƏRLİ

 

525-ci qəzet.- 2022.- 26 aprel.- S.13.