Mir Cəlal irsi ilə bağlı yeni nəşrlərin təqdimatı keçirilib

 

Aprelin 22-də “Ədibin Evi”ndə XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın hekayə və romanlarının yer aldığı üç kitabının – “Qayğılar”, “Mir Cəlal dünyası” və “Â òåíè ïîä èâîé” kitablarının təqdimat mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, təqdimat mərasimində tanınmış elm və mədəniyyət xadimləri, habelə ədibin doğmaları iştirak ediblər.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb, yazıçı-alim Mir Cəlalın bənzərsiz yaradıcılığından və yeni işıq üzü görən kitabların məziyyətlərindən danışıb.

Sonra “Ədibin Evi”ndə görülən işlər haqqında məlumat verən Ş.Mehrəliyeva, yaxın gələcəkdə həyata keçiriləcək layihələrdən də bəhs edib.

Mir Cəlal dünyası” kitabının müəllifi Qafar Hüseynov çıxış edərək kitabla bağlı fikirlərini bölüşüb, görkəmli yazıçı-alimin zəngin yaradıcılığından söz açıb.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Təhsin Mütəllibov vurğulayıb ki, Mir Cəlal zəngin, mənalı, şərəfli bir müəllim, alim, yazıçı ömrü yaşayıb.

Mir Cəlalın üç kitabının təqdimatı olub - Foto

Kitablar haqqında fikirlərini bölüşən T.Mütəllibov hər üç nəşrin orijinal əsər olduğunu söyləyib. Bildirib ki, belə işlərin ərsəyə gəlməsi Mir Cəlal müəllimin zəngin yaradıcılığı üçün qiymətli nəticədir.

Mir Cəlalın əsərlərinin qısa bir zamanda rus dilinə tərcümə olunduğunu deyən yazıçının qızı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Ədibə Paşayeva diqqətə çatdırıb ki, o, “Bir gəncin manifesti” romanını 1938-ci ildə yazmasına baxmayaraq, əsər artıq ilk dəfə 1937-1939-cu illərdə hissə-hissə “Revolyusiyakultura” jurnalında dərc edilib. Mir Cəlalın əsərləri çox qısa bir zamanda rusdilli oxucuların marağına səbəb olurdu: “Onun hekayələri öz aktuallığını bütün zamanlarda saxladığı üçün biz qərara gəldik ki, onun hekayələrini yeni rus oxucusuna çatdıraq. Hər tərcüməçi Mir Cəlal müəllimin dərinliyini olduğu kimi, oxucuya çatdıra bilməz. Ona görə də biz bu məsələyə çox diqqətlə yanaşmışıq. Çalışmışıq ki, tərcümə məsələsində onun üslubuna toxunmadan, orijinallığı qoruyaq”.

Xalq yazıçısı Elçin Əfəndiyev deyib ki, XX əsr Azərbaycan ədəbiyyatşünaslığının ən görkəmli simalarından biri olan Mir Cəlal, həm də Azərbaycan pedaqoqluğunun ən dəyərli nümayəndələrindəndir.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanov və Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxış edərək görkəmli yazıçı, alimpedaqoq Mir Cəlal elmi irsindən, bənzərsiz yaradıcılığından, böyük insani keyfiyyətlərindən danışıblar.

Dünyaşöhrətli pianoçu, Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva xatirə tədbirinin sonunda Vaqif Mustafazadənin əsərlərini ifa edib.

 

525-ci qəzet.- 2022.- 26 aprel.- S.9.

9.