İstedadlı pianoçuQəlblərin fatehi”ni təqdim edib  

 

 

Heydər Əliyev Sarayında istedadlı yeniyetmə pianoçu, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Cəmil SədizadəninQəlblərin fatehiadlı solo konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdə C.Sədizadə P.Çaykovskinin “Fortepiano orkestr üçün 1 saylı konserti”ni Fikrət Əmirov Elmira NəzirovanınƏrəb mövzusunda fortepiano simfonik orkestr üçün konsertəsərlərini səsləndirib.

Qəlblərin fatehikonsertində yeniyetmə pianoçu gözəl ifası ilə, həqiqətən , musiqisevərlərin qəlbini fəth etməyi bacarıb. Onun çıxışı musiqisevərlərin böyük alqış sevgisi ilə qarşılanıb.

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Rauf Hacıyev adına 15 nömrəli Musiqi məktəbində Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovanın sinfində təhsil alan Cəmil Sədizadə bu günə kimi İspaniya, Estoniya, Bolqarıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri Rusiyada keçirilən müsabiqələrdə ölkəmizi uğurla təmsil edib.

2017-ci ildə Cəmilin adı Azərbaycanın gənc istedadlarınınQızıl kitabı”na yazılmaqla Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb.

Pianoçu ölkəmizdə ilk geniş konsertini 10 yaşında olarkən Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında verib. Bundan öncə o, 2017-ci ildə Moskvada, Kreml Sarayında V Beynəlxalq uşaq musiqi festivalında Rusiya Prezident Orkestrinin müşayiəti ilə çıxış edib.

 

525-ci qəzet.- 2022.- 26 aprel.- S.8.