Samuray mənəvi ruhu yaşayır
(Əvvəli
ötən çərşənbə sayımızda)
Şiryu həm də faydalı misalları
götürüb, sadə bir cilddə toplamış,
onları gənc adamlara göstərmək istəmişdi. O yazır ki,
"Yaxşı qılınclı adam gec
getsə də, tez gəlir. Bu o deməkdir ki, sən
yavaş-yavaş tələni qur, çünki rəqib
vuruşdan imtina etsə, bu, səmərəli olmayacaqdır.
Mən onu xeyli uzaq məsafədə
darmadağın etdim. İrəli çıx, dəli
kimi hərəkət et.
Vurduqlarının, məhvə yaxınlaşanların
hamısını məhv et".
Müharibə cığırı heç bir titrəməyə
və tərəddüdə, inamsızlığa və
özünə şübhəyə, qərar verməməyə
və qətiyyətsizliyə malik olmayacaqdır. Bu, ona hərəkəti sonraya saxlamağa da imkan verməyəcəkdir.
Fərasətli heyvan ətrafında olan hər
tərəfə dönüb baxır, yoxlasan ki, onu izləyən
varmı, çünki həmin izləyənlər onu tutub məhv
edə bilərlər. Səfeh heyvan isə
ətrafa nəzər salır ki, özünün
buraxdığı səhvlərə baxsın. Bütün qılınc gəzdirənlər tərəddüddən
və şübhə etməkdən əzab çəkirlər.
Əgər sən müdriksənsə, hərəkət
etməkdən özünü qətiyyən saxlama.
Sadə
bir quldur başında əməlinin qiymətinin
düşünməklə, açıq yerdə
görünməmək üçün gizlənir,
çünki onu minlərlə adam ovlamaq
istəyir. Burada biri vardır ki, o, kənara da
ehtiyatla baxır, istəyir ki, canavarı müşahidə edə
bilsin. Hər bir adam qorxur ki, əgər
zorakılığa başlasa, kiməsə bir xətər
toxundura bilər. Əgər sən buna diqqət
versən, sadə bir vuruş vəziyyəti yaranacaqdır.
Əgər biri düşünür ki, qələbəsi ilə
özünə ad qazansın, bu vaxt digəri isə bilir ki,
ayaqlarının altındakı torpaq onun qəbri ola bilər. Ona görə də
addım-addım irəli gedir. Misal gətirdiyimiz
həmin adamların arasındakı fərq, əlbəttə
ki, nəhəng ölçüdədir.
Bir döyüşçü qılıncı ilə
özü haqqında şərqi oxuyur. Şəhərin
mərkəzindəki on min adamdan biri isə öz təhlükəsizliyinə
məhəl qoymur. Buna səbəb o
deyildir ki, biri igidliyə malikdir və adamların qalan hissəsi
isə bu keyfiyyətə cavab vermir. Çox
vaxt bu, onların yaşamaq və ya ölmək məqsədindən
asılı olur. Əgər bir igid adam ölsə, o,
ölümünə qədər yəqin ki, on adamla
rastlaşmışdı, on adam isə yüzü ilə,
yüzü də mini ilə, min də öz növbəsində
on min nəfərlə qorxu hiss etmədən görüşə
bilərdi və bu on min adamla sən dünyanı fəth edə
bilərsən.
Çox-çox
əvvəllər əsgər artıq qılınca
bağlı adam kimi
düşünülürdü, ləng hərəkət etməyə
və tərəddüdə də qorxaqlıq əlaməti
kimi baxılırdı. Geri çəkilməyi isə
vuruşan adam hansısa bir öz
marağı ilə izah edirdi. Bu eqoizm, ya qətiyyətsizlik
baş verdikdə, yaxud da sürət itirildikdə qərar
vermək şansı artıq əldən çıxır.
Bu ac quzğunun quşu tuta bilməməsinə,
acgöz pələngin ələ keçirdiyi ovunu itirməyinə
bənzəyir.
Nə vaxt sən möhkəm qaydada qərara gəlmisən
ki, yəqin ki, ölümlə üz-üzə gələcəksən,
aşıb-daşan qorxu düşüncələri sənin
ağlında yoxa çıxacaqdır və sən
özün üçün cəsarətli möhkəmlik
ruhu yaradacaqsan.
Beləliklə, sən irəli gedəcək və
imkan olsa, geri çəkiləcəksən. Sən özün üçün mühakimənin
qəribə bir vəziyyətinə çatacaqsan. Şübhələr səni niyə narahat edirdi?
"İrəli getmək" ifadəsi ilə
biz düşmənlə üz-üzə gəlməyi və
ona təzyiq göstərməyi nəzərdə tuturuq.
"Geri çəkilmək" sözü
altında isə biz düşməni öldürmək və
geri dönmək mənasını ifadə edirik. Bu, irəliləməkdə və geri çəkilməkdə
həlledici bir məsələdir. Düşmənin
güclü olduğu baş versə, səni geri çəkilməyə
məcbur etdikdə, bu, özlüyündə irəliləmək
və geri çəkilmək deyildir. Prinsip
etibarilə, bu, ən böyük səhvdir. Cəngavər yalnız igidlik baş vermədikdə
əzab çəkir, görən onda qabiliyyət yoxa
çıxmadımı? Cəngavərin
igidliyinin yoxa çıxması xəstəlik hesab olunur.
O, fərqlənmək üçün heç bir ada malik
deyilsə, təşviş hissi keçirməməlidir. Döyüş başlayan vaxt mükafatı almaq
naminə qılınc düşmənin bədəninə
soxulmalıdır.
Çin tarixindən bir əhvalat yada düşür. Çu kralı bir gün
öz bağında gəzəndə orada bir ağ
meymun gördü. Kral istedadlı oxatan idi,
meymunu oxla vurmaq istədi, lakin atdığı çox sayda
ox ona dəymirdi. Meymun buna
gülürdü və ağaca dəyən oxları
çıxarıb kənara tullayırdı. Kral öz cəsur oxatanını
çağırtdırdı. O, yayını əlinə
götürəndə meymun budaqdan yapışıb
narazı bir səs çıxardı. Deməli,
ən zəif rəqibinin də potensialını nəzərə
almalısan.
Qalib
orduya gəldikdə, o, suya bənzəyir, su yumşaq və zərif
olmasına baxmayaraq, onun təsiri ilə qaya da qum
kimi dənəvərləşib, toza çevrilir. Burada heç bir qəribəlik yoxdur, su öz təbiətinə
uyğun olaraq hərəkət etdikdə, onun yalnız
toxunması kifayətdir. Təsadüfi deyil ki, ona sitayiş
edənlər Taonu suya bənzədirdilər, su kimi fərqənməməklə
Çin dilində bu, "yol", "cığır" mənasını
verən Tao və ya Dao nəhayətsiz olaraq özünü
doldurur, yumşaq və sakitdir, nəhəng qüdrətə
malikdir, qərəzsiz qayada əliaçıqdır. Qalib ordunu da suya bənzətmək bu mənanı
verir. Yumşaq və zəif olan su quru qayaya toxunanda, onun
xırda qum dənələrinə
parçalanmasına səbəb olur, çünki yalnız
bir cığırla getmək suyun təbiətindədir. Onun digər cisimlərə toxunması da təmizdir.
Döyüşçü də bunu intuitiv
qaydada anlayacaqdır. Yeni döyüş sənətlərini
və peşələrini yaxşı öyrənənlər
heç də tezliklə öz rəqibi ilə üz-üzə
gəlməyəcəkdir, ancaq özünü elə
göstərəcəkdir ki, zərbə vurur, bununla onu
qorxutmağa çalışacaqdır.
Elələri də vardır ki, muşketlə yüz
addımlıqdan söyüd yarpağını vurub yerə
salır, evin damına qonmuş quşları yalnız
onların səsini eşitməklə vura bilir. Durna öz
uzun ömürlülüyünə, daxilində durğunluq
enerjisi olmadığına görə nail olur. Hamı eyni ideyaya malikdir, bu ideya
işıqlaşmış sakitliyə və ruhi hərəkətə
əsaslanır. Tələbələr
buradakı işıqlanma yolunu tapanda, ondan həvəslə
istifadə edir və həyat imkanlarına uyğun hərəkət
edirlər.
Bu, qılınca sahib olmanın həm düzgün, həm
də səhv yoludur. Əgər sən səhv yola düşmüsənsə,
qələbəyə nail ola bilməyəcəksən.
Çünki bu yol saxtadır. Kimsə
öz müəlliminin sözlərinə (yaponların sensey
adlandırdıqları müəllim böyük nüfuz
sahibi olur - müəllif) azacıq da olsa şübhə edirsə,
bu sənətin daxili sirlərini öyrənmək sahəsində
usta olmaqda hökmən uğursuzluğa düçar
olacaqdır. Ancaq qılıncın texnikasına inanan adam hətta toplara da qalib gələ bilər. Axı uzun qılıncdan da yalnız bir əllə
istifadə olunur.
Üç cığır vardır ki, sən onlarla
yaxşı texnikaya yiyələnməlisən. Həmin cığırlar
bunlardır:
ağıl, forma, qılınc
forma,
qılınc, ağıl
qılınc, forma, ağıl
Belə
bir şeir də vardır:
Min rəngi
görə bilərəm
Əsməsindən
küləyin mən
Payız
yarpaqları görən
Bilirmi ki, töküləcək?
Bu sözlərin nə məna
daşıdığını sən başa düşməlisən. Külək
üçün xarakterik olan xüsusiyyətdən istifadə
etmək yolu ilə. Döyüşü udmaq elə bir şeydir ki, rəqib
onu görə bilməz. Bu yalnız o vaxt
həyata keçəcəkdir ki, sən döyüşü
udduqdan sonra onlar öz uduzduqlarını görəcəklər.
Təcrübənin
vacibliyi
Konfutsi
adamları xarakterizə edərkən demişdi: "Fövqəl
adam başqasını yüksək
hörmətə malik olmaqda saxlaya bilməz, çünki
öz sözündən istifadə etməklə belə
aşağı qiymətə düşməsindən də
onu qoruya bilməz". Texnika terminində əllərin,
ayaqların, ağılın və bədənin hərəkətlərini
bütöv dəqiqliklə tətbiq etmək nəzəriyyəsi
mövcuddur. Bu nəzəriyyənin həyata keçməsi
qılıncın yaxşı hərəkət
trayektoriyasına nail olmaq üçün vacibdir ki, əzələlər
dəqiq hərəkət etməkdən ötəri inkişaf
etdirilsin. Əgər sənin təcrübən
yoxdursa, dəqiq hərəkət etməyə qadir olan əzələlərə
malik olmayacaqsan.
Müəllim çalışacaqdır ki, özü tərəfindən
səni idarəetməsi prosesi ciddi xarakter daşısın. Sən də
buna qayğıkeşliklə yanaşmalısan, sənətin
dərin cəhətlərini mənimsəməlisən.
Sən düşünəcəksən ki,
çarpazlasan qılınclar həqiqətən də
müstəsna dərəcədə vacibdir. Ancaq buna sən bir qədər sonra gəlib
çatacaqsan. Qılıncı
başqasının bədəninə soxmaq yalnız final səhnəsinin
hədəfidir. İlk əvvəl sən
ona zərbə vurmağı bilməlisən, rəqib hərəkət
etmişdirsə, onu yenidən sınamalısan. Qılıncdan istifadədə sadə adamla texniki
terminlərlə danışmaq lazım deyildir. Qılınclı adamların alnında tər
görünməyə başlayır. Bu tər
heç də başqasının naminə meydana gəlmir.
Ürəkdə daşınanlar bu vaxt sifətdə
də aşkara çıxır.
Men-Tszı (Menqzi) deyirdi: "Ölmək və ölməmək vaxtları vardır (Onun bu sözləri Bibliyanın "Ekliziast" kitabındakı çar Solomonun həyatın dilemmaları barədə söylədiyi mülahizələrə çox bənzəyir - müəllif). Ölüm igidliyi zəiflədir. Döyüşçü həmişə igid olmaq məqsədini güdür. Bu elə bir şeydir ki, istənilən döyüşçü onu daim söyləyə bilər. Buna baxmayaraq, döyüş başlananda ilkin səbəbə adətən şübhə ilə baxılır. Və beləliklə, qılınc texnikası heç nəyi nəzərə almadan hücum etmək üçün heç də irəli atılmağı tələb etmir. Qorxu hissindən qaçmalısan. Hər şeydə qələbənin hökmən baş verməsi həlledici vəzifədir. Bunu anlamaqla sən mübarizə aparmalısan. Sən özündən yüksəkdə dayanan adamları - atanı, sənə dərs verəni vaxtilə müşayiət etmiş qılıncı ehtiyatla gəzdirməlisən. Çünki sən silahlı olduğundan bu ehtiyatlılıq birinci növbədə öz xeyrinə istiqamətlənməlidir.
Matsura Seyzan yazır ki, "Böyük həsrətlə buddizm barədə düşünmək istəyəndə bu sözlərin deyildiyi Sutra məni valeh etdi (Sutra sanskrit dilində "sap" deməkdir, qədim hind fəlsəfi, dini, elmi və hüquqi (həmçinin tibbi) traktatlardır - müəllif).
"Səmadakı yeni ayın çevrəsi suda əks olunurdu. Ona görə də məktəb məhz "entey" ("aydın çevrə") adlanmamışdımı?"
Qılınc gəzdirmək əvvəllər Çində meydana gəlmişdi. İmperator Minin dövründə ər və arvad öz əməllərinə görə şəhid olmuşdular. Bu vaxt guya qılınclardan biri əjdahaya çevrilmişdi (Çinlilərdəki əjdaha Avropada mövcud olan onun barəsindəki mənfi, qorxunc təsəvvürlərdən tam fərqlidir, əksinə, bolluq gətirəndir, adamlara heç vaxt ziyan vurmur - müəllif).
Dünyada təbii cığır vardır, təəssüf ki, adamlar onu bilmirlər. Əgər bilsəydilər, onda münəccim adlanardılar. Bu, həm də göylə harmoniyada olan enerji adlanır. Müəllimlə kontakta girmək kişilik fazasına daxil olmaq mənasını verir. Texnika sadəcə olaraq elə bil ki, okeana düşmüşdür. Bir gün biri gəlib döyüşçü məktəblərinin möhkəmliyini və zəifliyini müzakirə etməyə başladı. Söhbətlərə maraqla qulaq asandan sonra sənətin bütöv ustalığına yiyələnməyə qadir olmayacağı qənaətinə gəldi. "Qılınc gəzdirməkdəki cahillik" kitabının müəllifi həmin əsərində öz uşaqlıq cəhalətinə xas olanları təsvir edirdi.
Böyük mütəfəkkir Lao-Tszı (bəzi Çin taoistləri düşünürdülər ki, məhz Lao-Tszıda Budda reinkarnasiya edəcəkdir - müəllif) deyirdi: "Bu prinsipin ləyaqəti ondadır ki, həmin vaxt göy üzü açıq və təmiz olur, Yer statiklik qazanır və şüurlar ilahi xüsusiyyətli olur. Ona görə dünyada hər şey daimidir, kompaktdır. Əgər onlar təmiz olmasaydı, ayrı-ayrı hissələrə parçalanardı. Əgər Yer üzü stabil deyilsə, dağılacaqdır. Əgər ruhlar heç bir könülə malik deyillərsə, onlar fəaliyyətsiz olacaqdır. Əgər vadilər münbit olmasaydı, onlar taqətdən düşənə çevrilərdilər, bütün yaradılanlar həyat ruhu ilə dolu deyildirlərsə, onlar məhv olacaqdır. Əgər çarlar və torpaq sahibləri nizama riayət etmirlərsə, onlar büdrəyəcəklər. Harda ki, münaqişə var, orada qələbə və məğlubiyyət olacaqdır. Həmçinin deyilir ki, Tao birini yaradır, bir ikisinin doğulmasına səbəb olur, iki üçüncünü meydana gətirir və üçdən bütün yaradılanlar dünyaya gəlir. Hər şey birə qayıdır, üç həm də o sayda güc deməkdir. Onların hamısı Böyük nəhayətsiz Boşluq prinsipinin heç nəyindən qalxır. On min şey Tao ilə başlanır. Tao hər şeyin mənbəyidir. Əlbəttə, bu, təbiətin özünün prinsipidir".
(Tao və ya Dao çin sözü olmaqla, "yol", "cığır" mənasını verir. Tao adətən təbiət elementləri terminlərində ifadə olunur, sintoizmə yaxındır, suya bənzəyir. Su həm təmizləyir, həm də məhvedicidir. Müasir ifadədən istifadə etsək, su olduqca sadə kimyəvi tərkibə malikdir, lakin bu sadəlikdə həm də böyük mürəkkəblik gizlənir - müəllif).
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 27 aprel.- S.21.