Səhnə uğurları,
yaradıcılıq planları
Akademik Milli Dram Teatrında pandemiyadan sonra Eduardo de Fuilipponun "Filunena Marturano"
tamaşası nümayiş
olundu. Bu əsər
pandemiyaya qədər
tamamlanmaq üzrə idi. Pandemiya işlərə fasilə
verdi. Pandemiyadan sonra
yaradıcılıq işləri
davam etdirildi və qısa bir müddətdə tamaşa hazır oldu. Maraqlı, baxımlı və cəlbedici tamaşa sənətsevərləri
biganə qoymadı. Tamaşaçılar tamaşaya maraqla
baxırlar. Hər
bir tamaşa haqqında fikirlər müxtəlif ola
bilər və bu normaldır. Lakin bütün hallarda son söz tamaşaçınındır.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətovdur. Tamaşanın quruluşçu rəssamı
İlham Əsgərov,
işıq rəssamı
Rafael Həsənov, musiqi
tərtibatı Kamil İsmayılovdur.
N.Kazımov bu əsərə qədər həm Azərbaycan Dövlət Gənc Tamaşaçılar,
həm də Akademik Milli Dram Teatrında bir neçə əsərə
maraqlı quruluşlar
verib. Adı çəkilən tamaşa da istisna deyil. Haşiyə
çıxıb deməliyəm
ki, mən bu tamaşanın internetdə neçə-neçə
müxtəlf versiyasını
izləmişəm. Bu
nümunələrdən xoşuma
gələni, zövqümü
oxşayanı da olub, olmayanı da. Nə etməli, sənətdə
belə işlər olur. Rusiyanın neçə-neçə teatrları bu əsərə pandemiyadan
əvvəl müraciət
ediblər. Bu gün də müraciət edirlər.
Əsər yazıldığı dövrdən bu günə qədər aktuallığını itirməyib.
Əsərin yaddaşlarda qalan neçə-neçə parlaq
səhnə versiyaları
və kino nümunəsi var. Dünya
kino ulduzu Sofi Lorenin Filumena
Marturano, Marçello Mastroyaninin Dominiko Soriano obrazları yaddaşlardan silinmir. Dünyanın kino şedevri
sayılan filmə bu gün də
maraqla baxılır.
Amma təbii ki, bütün bunlara baxmayaraq, sənət adamları özlərində cəsarət
tapıb, müasir dövrdə bu məşhur nümunəyə
müraciət edirlər.
Dövr dəyişir, nəsillər
bir-birini əvəz edir. Klassik nümunənin yeni
versiyasını səhnədə
nümayiş etdirib, həm əsəri, həm də rejissor və aktyorların yaradıcılıq
imkanlarını tamaşaçılara
nümayiş etdirmək
lazımdır. Vaxtı
ilə bu əsərin dünya miqyasında məşhur nümunəsi olub deməklə, heç nəyə nail ola
bilmərik. Məgər Şekspir əsərlərinin
dünya miqyasında neçə-neçə yüksək
səviyyəli tamaşa
və film nümunələri
var deyə, bir daha ona
müraciət edilməməlidir.
Əlbəttə yox, Şekspir
yaradıcılığına müraciət olub və həmişə də olacaq.
Onu da qeyd etməliyik ki, Eduardo de Filippo heç bir əsərində "Filumena
Marturano" əsərində
olduğu kimi psixoloji baxımdan hərtərəfli dolğun
və parlaq obrazlar qalereyası yaratmağa nail olmayıb. Əsər sanki
yüksək peşəkar
səviyyədə işlənmiş
hər bir rəngi və cizgisi yerində olan rəngarəng rəssam tablosunu xatırladır. Təsvir olunmuş
obrazlar xarakter baxımından bir-birindən
maraqlı, baxımlı
və cəzbedicidirlər.
Amma daha kaloritli və canlı söz yox ki,
Filumena Marturano və Dominiko Sariano obrazlarıdır.
Əsər az
qala həyatda olduğu kimi adi bir hadisənin
təqdimi ilə başlayıb, hadisələrin
qeyri-adi təqdimi ilə sona çatır.
Zəngin Dominiko Sariano
özündən xeyli
cavan bir qızla evlənmək istədiyini elan edir. Bu xəbər
25 il qulluq
ona edib, həyatını ona fəda edən Filumena Marturanonu özündən çıxarır
və əvəz çıxmağa vadar edir. Hadisələr sürətlə bir-birini əvəz edir və ən
böyük gizlinlər
üzə çıxır.
Tamaşada Filumena Marturano obrazını Xalq artisti Bəsti Cəfərova, Dominiko Soriano obrazını Xalq artisti Ramiz Novruz ifa edir. Digər obrazlar teatrın orta və gənc aktyor heyətinin təqdimatındadır. Yaradıcı heyətin zəhmətini qiymətləndirməmək düzgün olmaz. Ramin Şıxəliyevlə Cümşüd Zeynalovun Alfredo Amorozo, İlahə Həsənova ilə Fəridə Şahbazovanın Diana, Firuzə Balayevanın Luçiya, Elnur Qədirovun Umberto, Corc Qafarovun Rikardo, Vüsal Mustafayevin Mikele, Cavidan Novruzla Elsevər Rəhimovun Noçella, Sevinc Əliyevanın Terezina və Xədicə Novruzlunun Ofisiant obrazları baxımlı və cəlbedicidir. İki hissədən ibarət olan tamaşa rəngarəng və zəngin tərtibatı, zövq oxşayan musiqi seçimi, müəllif ideyasına uyğun tapılmış mizan-hərəkət toplusu və əlbət ki, ilk gəlişdən tamaşaçı diqqətini cəlb edən aktyor ifaları ilə diqqəti cəlb edir. Hər bir tamaşanı bəyənən tamaşaçılar olduğu kimi, bəyənməyənlər də olur və bu təbiidir. İnsanlar müxtəlif olduğu kimi zövqlər də müxtəlifdir. Tamaşaya tamaşaçı marağı böyükdür və əsas olan da budur.
Hazırda teatrda 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizə həsr olunmuş "Zəfər yolu" tamaşası üzərində gərgin məşqlər gedir. Ümidvarıq ki, tarixi qələbəmizə ərmağan olaraq hazırlanacaq "Zəfər yolu" tamaşası möhtəşəmliyi və fərqli quruluşu ilə tamaşaçılarımızı sevindirəcək. Akademik Milli Dram Teatrı ölkə teatrları arasında ilk dəfə olaraq tarixi qələbəmizə həsr olunmuş "Zəfər yolu" tamaşasını səhnəyə gətirir. Tamaşanın müəllifi və quruluşçu rejissoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənova, rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı, Xalq artisti Siyavuş Kərimidir. Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı və Əli Nurzadə, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Mətləb Abdullayev, Rəşad Bəxtiyarov, Elşən Rüstəmov çıxış edirlər. Tamaşada Ayşad Məmmədov, aktyorlar Elçin Əfəndi, İlahə Həsənova, İlyas Əhmədov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Rada Nəsibova, Vüsal Mustafayev, Xədicə Novruzlu, Cavidan Novruz, Afət Məmmədova, Aylin Haşimova, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov da rol alıb.
Teatr Azərbaycanın 44 günlük Vətən müharibəsində misilsiz tarixi qələbəmizlə 30 illik işğala son qoymasına həsr olunmuş, vətənpərvərlik ruhu aşılayan bu tamaşanın premyerasını 28 May Müstəqillik günündə nümayişini planlaşdırıb.
Bundan əlavə, teatrda paralel olaraq daha bir
neçə tamaşanın məşqləri gedir. Vaxtaşırı bu
barədə də sənətsevərlərə məlumat
veriləcək.
Çingiz
ƏLƏSGƏRLİ
Akademik
Milli Dram Teatrının ədəbi hissə müdiri
525-ci qəzet.- 2022.- 27 aprel.- S.17.