"Sehrbaz"ın sehri ilə...  

 

(FİRUZ MUSTAFANIN "SEHRBAZ" TAMAŞASI İLƏ BAĞLI DÜŞÜNCƏLƏRİM)

 

 

Etiraf edim ki, Bakı Bələdiyyə Teatrının hazırladığı "Sehrbaz" tamaşasından aldığım xoş təəssürat olmasaydı, bəlkə bu qeydlərimi yazmayacaqdım. Həmkarlarımın çoxu bilir ki, mən vaxtı ilə bədii yaradıcılıqla, xüsusilə dramaturgiya ilə məşğul olsam da, sonradan obyektiv subyektiv səbəblərdən bu sevdiyim sənətdən uzaqlaşmışdım. Mənə elə gəlirdi ki, bir daha bu sahə ilə maraqlanmayacağam. Amma bu "soyuqluğa" baxmayaraq, tez-tez teatrlara gedər, ictimai baxışlarda iştirak edərdim.

 

Mən teatra, səhnəyə daim müqəddəs bir ocaq kimi baxmışam orda hazırlanan yaxşı tamaşalardan sözün həqiqi mənasında böyük məmnunluq duymuşam. Amma təəssüf ki, getdikcə bu ocağın şöləsi öləziməyə sönməyə başladı. Bədii dramaturji cəhətdən zəif, səhnəyə uyğun olmayan, heç bir məna mahiyyət kəsb etməyən əsərlər teatrlara yol aldı. Bu hal artıq Akademik Milli Dram Teatrına da gəlib çatmışdı. Hətta bir dəfə yaxşı tanıdığım hörmət etdiyim bir nəfər (adını demirəm) gülə-gülə mənə yaxınlaşıb dedi ki, səni tamaşama dəvət edirəm, xahiş edirəm imkan tapıb gəl. Əvvəl inanmadım, sonra dəvətnaməni çıxarıb mənə verəndə sanki quruyub yerimdə qaldım. Gözlərim qaraldı. Axı bu adamın teatra, dramaturgiyaya bir dəxli yox idi. Özümü təhqir olunmuş kimi hiss etdim. Tamaşanın quruluşçu rejissoru isə respublikanın tanınmış sənət adamlarından biri xalq artisti idi... Tamaşaya baxdım. Gərək heç baxmayaydım. Bu, mənim Akademik Milli Dram Teatrına axrıncı gedişim oldu...

 

Nəhayət, bu günlərdə yolum təzədən teatra düşdü. Əməkdar incəsənət xadimi, istedadlı yazıçı-dramaturq Firuz Mustafanın Bakı Bələdiyyə Teatrında tamaşaya qoyulmuş "Sehrbaz" əsəri sanki məni yerimdən oynatdı. Sözün həqiqi mənasında uzun illər çəkdiyim ağrı-acıları bir anın içərisində mənə unutdurdu. Ürək dolusu nəfəs aldım. Deyim ki, çox sevindim. Bir anlıq mənə elə gəldi ki, dünyanın ən qabaqcıl, ən sivil ən böyük ölkələrinin teatrlarında "Hamletə" ya "Solğun çiçəklər"ə baxıram. burda tamaşaçılar da olduqca fərqli, olduqca mədəni, olduqca həssas, hissli duyğulu idi. Tamaşa haqqında qısa da olsa öz fikirlərimi deyəcəyəm. Ancaq burda məni ən çox maraqlandıran, deyərdim ki, yaxşı mənada təəccübləndirən tamaşaçılar onların səviyyələri oldu. Sözün həqiqi mənasında heyrətimi gizlədə bilmədim. Qəlbim iftixarla döyündü. Sanki özümü Moskvada - Mayakovski Teatrında hiss edirdim. Onda vaxtilə mənim əvvəlcə ölkəmizdə tamaşaya qoyulmuş "Blizkiy meridian" ("Yaxın Meridan") pyesimin ictimai baxışına bu qədər insan gəlmişdi. Hamısı Moskvanın tanınmış ziyalıları, sənət adamları idi. Burda da belə bir mənzərəni gördüm. Aydın hiss olunurdu ki, teatra gələn tamaşaçıların əksəriyyəti ziyalılar, elm və sənət adamları, ictimaiyyətin fəal nümayəndələridir. Ancaq bir fərqi vardı: orda rus tamaşaçıları idi idi, burda isə özümüzünkülər. Bizim tamaşaçıların səviyyəsi heçonlardan aşağı deyildi. Və mən deyərdim ki, bəlkə də əksinə, bizimkilərin səviyyəsi daha yüksək idi. Əgər bu, bir tərəfdən bizim tamaşaçıların yüksək mədəniyyət sahibi olduğunun nümunəsidirsə, digər tərəfdən tamaşanın necə maraqlı olduğunun əyani göstəricisi idi.

 

Sözün həqiqi mənasında teatrda qələbəlik idi. Tamaşa zalında və lojalarda oturmağa yer yox idi. Tamaşaya olan maraq bir çox insanları ayaq üstə durmağa məcbur etmişdi. Mən bunu yalnız Firuz Mustafanın "Sehrbaz" tamaşasına olan böyük marağın, onun müəllifinə olan böyük hörmətin və sevginin məntiqi nəticəsi kimi qiymətləndirirəm. Təəssüf hissi ilə deyim ki, məni həmişə narahat edən, düşündürən bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, hələ indiyə qədər Akademik Milli Dram Teatrı Firuz Mustafa dramaturgiyasına müraciət etməmişdir. Açığını deyim ki, bu, məni çox incidir. Onun bir çox pyesləri respublikamızın müxtəlif dövlət teatrlarında, xarici ölkələrdə və o cümlədən, Rusiya və Türkiyənin aparıcı teatrlarında tamaşaya qoyulmuşdur.

 

Rusiyanın Ukraynaya təcavüzkar müharibəsindən bir az əvvəl Ukrayna Təhsil nazirinin Baş müşaviri, həmyerlimiz Elxan Nuriyev mənə zəng etmişdi. Firuz Mustafa ilə maraqlandı. Dedi ki, onun pyesini burda Böyük Teatrda tamaşaya qoymaq istəyirlər, onunla necə əlaqə saxlaya bilərəm? Sən mənim telefon nömrəmi ona verə bilərsənmi? Düzü, bu xəbərdən çox sevindim. Xoş anlar, xoş duyğular yaşadım. Dönə-dönə ona təşəkkür etdim. Bax, budur həqiqi sənətə verilən qiymət. Milliyyətindən, yerindən, yurdundan asılı olmayaraq yaxşı əsər hər yerdə oxunur, sevilir, hər yerdə qəbul olunur. Bircə bizim Akademik Milli Dram Teatrından başqa.

 

 

 

Firuz Mustafa dramaturgiyasına xalqımız tərəfindən verilən böyük qiymətdir ki, onu "Sehrbaz" tamaşasının işığına toplaşanların sayı 700 nəfərdən çox idi. Burda bir incə məsələni xüsusi vurğulamaq istəyirəm. Tamaşaya gələn insanların sayı məni nə qədər duyğulandırdısa, onların tamaşaya olan sonsuz marağı və diqqəti bir o qədər məmnunluq hissləri yaradır və sevindirirdi. Məhz ona görə məmnunluq duyursevinirdim ki, uzun illərdən bəri tanıdığım və dostluq münasibətində olduğum bir insanın uğurunu öz uğurum hesab edirdim. İkincisi isə cəmiyyətimizin fəallığı, mədəni saviyyəsinin yüksəlişi, teatra, incəsənətə və digər mədəniyyət ocaqların olan sonsuz marağı, Respublikamızın tanınmış, adlı-sanlı sənət adamları ilə ürəkdən canlı təmasda olması, sözün həqiqi mənasında mənə çox xoş təsir bağışlayırdı. Bu, ən əsas amillərdən biridir. Burda Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Baş Katibi Mişel Vaisin dediyi bir söz yadıma düşür:  "Bizim kim olmağımızı bilməyimizə böyük ehtiyacımız var, bu, özünü teatrda daha aydın şəkildə göstərir. Çünki teatr, tamaşa insanlarda fikir yaradır, onları düşünməyə vadar edir. O, yalnız bir əyləncə deyil, həm də fikrin, düşüncənin oyanışıdır". Sözün həqiqi mənasında "Sehrbaz" tamaşası bu cəhətdən çox uğurlu və təqdirəlayiqdir. Mən tamaşa haqqında nə qədər xoş sözlər desəm də, tamaşanın təsir gücünün insanlarda yaratdığı reaksiyaemosiya qədər bəlkə də inandırıcı və təbii görünməz. Düşünürəm ki, tamaşada iştirak edənlər bunun nə qədər həqiqət olduğunu öz müşahidələri, keçirdikləri hiss və həyəcanla təsdiq edərlər.

 

Təbii ki, tamaşanın uğur qazanmasının əsas səbəblərindən birirejissor işidir. Əsərin quruluşçu rejissoru respublikanın Xalq artisti, "Şöhrət" ordenli Mərahim Fərzəlibəyovdur. Mən onu müasir Azərbaycan teatr sənətinin görkəmli nümayəndələrindən biri hesab edirəm. Zəngin təcrübəyə malik çox istedadlı, elmli, bilikli, böyük fantaziyaya, dərin təxəyyülə malik hazırlıqlı və modern düşüncəli bir sənətkardır. Tamaşaya baxan kimi Mərahim müəllimin dəst-xətti, yüksək peşəkarlığı dərhal hiss olunur. Mən onu uzun illər öncə Sumqayıt Dövlət Dram Teatrının (sonralar Akademik Milli Dram Teatrının) Baş rejissoru işlədiyi dövrlərdən tanıyıram və quruluş verdiyi bəzi tamaşaların ictimai baxışında iştirak etmişəm. Dəfələrlə söhbətlərin şahidi olmuşam ki, teatra gələn tamaşaçıların əksəriyyəti tamaşaya məhz rejissor Mərahim Fərzəlibəyova görə gəlmişlər. Bu, çox böyük sevgidir. Sənətkar üçün tamaşaçı sevgisindən böyük mükafat yoxdur. Düşünürəm ki, "Sehrbaz"ın belə uğurlu alınmasının və tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmasının əsas səbəblərindən biri də məhz budur - rejissor işi.

 

Teatr tənqidçisi Fəridə Cəlilova məqalələrinin birində yazır ki, "Bizim teatrlarda hər şeyin sanki nəzərə alındığını görürük - pyesin bütün peripetiyaları düzgün müəyyənləşdirilir, rol bölgüsü uğurludur, rəssam işi, musiqi rejissor ideyasına müvafiqdir, amma tamaşa lazımi atmosferi vermir". "Sehrbaz" əsərində ilk görüşdə və ilk baxışda bir-biri ilə tanış olmayan, yad, özgə adamların qəribə, maraqlı talelərindən bəhs edilir. Tamaşada şəkillər dəyişdikcə, hadisələr bir-birini əvəz etdikcə, dərin psixoloji anlar yaşandıqca məlum olur ki, bu insanlar heç də özgə deyillər və heç də bir-birinə yad deyilər. Və bu insanların həyatı nə vaxtsa bir nöqtədə birləşmiş və müəyyən səbəblərdən taleyin ümidinə buraxılmışlar. Tamaşa boyu gərgin psixoloji hadisələr fonunda vaxtilə baş vermiş bir sıra müdhiş olayların, sirlərin üstü açılır. Gərgin, psixoloji səhnələr, aktyorların təbii, canlı oyunları tamaşaçıları öz təsiri altına alıb, sanki dramaturqun təxəyyülünun məhsulu deyil, ağrı-acılı canlı real həyat həqiqətlərini əks etdirən səhnəni həyəcanla izləməyə sövq edirdi.

 

Tamaşada obrazların daxili aləminin açılması üçün müəllifin peşəkarlığı açıq-aydın hiss olunur. Sevgi, nifrət, xəyanət səhnələri aktyorların özünün potensialını göstərmək, obrazları canlı oynamaq, öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün geniş psixoloji imkanlar yaradır. Bu imkanlardan böyük məharətlə bəhrələnən aktyorlar - İsmayıl Atakişiyev, Tural Əhməd, Zülfiyyə QurbanovaAynur Abbasova öz təbii oyunları ilə tamaşaçıların qəlbinə yol tapmağı, onların sevimlisinə çevrilməyi bacarırlar.

 

Mən tamaşa haqqında çox da geniş yazmaq istəmirəm. Bu, əslində daha geniş bir söhbətin  mövzusudur. Və düşünürəm ki, nə vaxtsa, bəlkə də çox uzaq olmayan bir zaman kəsiyində bu mövzuya yenə qayıdacağam.

 

Firuz Mustafanın yaradıcılığı çoxşaxəlidir. O, istedadlı nasirşairdir. Amma mən hesab edirəm ki, o, hər şeydən əvvəl gözəl dramaturqdur. "Sehrbaz" pyesi Firuz Mustafanın psixoloji dram əsərlərindən biridir. Onu da deyim ki, F.Mustafa peşəkar filosof olduğundan həm də oxucularını düşündürməyi sevir. Və bir dramaturq kimi, o, yazdığı səhnə əsərlərində də həmişə bu ənənəsinə sadiq qalır. Komediya janrında bir neçə pyes yazsa da, əsasən ciddi, siyasi, sosial, mənəvi-psixoloji mövzulara üstünlük verir və deyərdim ki, hər dəfə də tamaşaçılarını sevindirən möhtəşəm uğurlar qazanır.

 

Yuxarıda qeyd etdiyim kimi, bir daha vurğulamaq istərdim ki, mən getdiyim bir çox xarici ölkələrdə tamaşaçıların sakit, səssiz- səmirsiz, yerində eşələnmədən, qurcalanmadan, heç nə yemədən diqqətlə tamaşaya baxdıqlarının çox nadir hallarda şahidi olurdum. "Sehrbaz"ın tamaşaçıları isə sanki real aləmdən uzaqlaşıb yeni bir aləmə düşmüşdülər. Bu anlarda düşünürdüm ki, elə bilvaxtsa hansısa bir səbəbdən ayrı düşdüyüm, küsdüyüm, incidiyim bir aləmə yenidən qədəm qoyur, sevimli, əziz insanlarla təzədən görüşürəm. İndiyəcən özümü tənha, yad hiss edirdim.bu tənhalıq, bu yadlıq məni üzür, incidir, qəlbimi sızladırdı. Amma "Sehrbaz" tamaşası öz sehri ilə mənim bu ağrı-acılarıma, narahatlığıma son qoydu. Buna görə əziz dostum Firuz Mustafaya dərin təşəkkürümü bildirirəm.

 

 

Nizami TƏHMƏZOV

 

525-ci qəzet.- 2022.- 27 aprel.- S.16.