Mir Cəlal Paşayev Gəncədə yad edilib

 

ANADAN OLMASININ 114 İLLİYİ MÜNASİBƏTİLƏ BÖYÜK ƏDİB VƏ ALİMİN EV-MUZEYİNDƏ TƏDBİR KEÇİRİLİB

Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, görkəmli ədib alim Mir Cəlal Paşayevin anadan olmasının 114 illiyi tamamlandı. Bununla əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə tədbir keçirilib. Gəncənin ziyalı ictimaiyyətinin, alimlərin, yazıçı ədəbiyyatşünasların, gənc tədqiqatçıların qatıldığı görüşdə Azərbaycanın görkəmli yazıçısı ictimai xadimi,  ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor  Əməkdar elm xadimi Mir Cəlal Paşayevin həyat yaradıcılığından ətraflı şəkildə bəhs olunub.

Çıxışında Mir Cəlal Paşayevin yaradıcı insani keyfiyyətləri barədə ətraflı söhbət açan AMEA Gəncə Bölməsinin rəhbəri, akademik Fuad Əliyev onu Azərbaycanın ziyalı elmi mühitinin ən parlaq simalarından biri kimi xarakterizə edib, həmçinin, bu böyük ədib alimimizin Gəncə ilə bağlılığından, burada onunla bağlı yaşayan xatirələrdən, bu şəhərin tərəqqipərvər elmi-mədəni ruhunun formalaşdırılmasında Mir Cəlal məktəbinin rolundan danışıb.

 

Digər çıxışlarda da Mir Cəlal Paşayevin qiymətli ədəbi-elmi irsi ilə yanaşı, onun nəcib insani keyfiyyətlərindən söhbət açılıb. Musiqiçilər muğam ifası ilə tədbirə xüsusi rəng qatıblar.

 

Tədbirə qatılanların bir qismi vaxtilə Mir Cəlalın tələbələri olmuş şəxslər idi.

 

"Mən hələ orta məktəbdən onun əsərləri ilə tanış olmuşam. "Bir gəncin manifesti" mənim, eləcə gənclik dostlarımın ən sevdiyi kitab olub. Bəzən həmin kitabı oxuyub, ağlamışam. Sonra 1955-ci ildə mən Bakı Dövlət Universitetinə daxil oldum. Orada Mir Cəlalın tələbəsi olmaq şərəfini yaşamışam. Elə universitetdə tədrisə başlayarkən, bizim qrupa ilk dərsi Mir Cəlal müəllim keçib. Bu bizim üçün tarixi bir an kimi yadda qalıb. Mir Cəlal müəllim böyük alim olmaqla yanaşı, böyük bir şəxsiyyət, həssas qəlbli, nadir xüsusiyyətlərə malik insan idi", - deyə tanınmış Nizamişünas alim, professor Xəlil Yusifli öz müəllimi ilə bağlı xatirələrini bölüşüb.

 

"Bu gün, Mir Cəlal Paşayevin doğum tarixində bu görüşə qatılanların böyük qismi onun dərs dediyi adamlardır. Bu böyük şəxsiyyət öz yaradıcılığı, ictimai elmi fəaliyyəti ilə tariximizdə əbədi iz qoyub. Onun Gəncədəki ev-muzeyi bu şəhərin  ziyalılıq ənənələrini təbliğ edən bir ocağa çevrilib", - deyə Mir Cəlal Paşayevin ev-muzeyinin direktoru İradə İbayeva bildirib.  

 

Unudulmaz ədib, alim pedaqoq Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. 1918-ci ildə - Mir Cəlal 10 yaşında ikən atası vəfat edib, o, böyük qardaşının himayəsində yaşayıb. O, 1918-1919-cu illərdə yerli xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra isə Gəncə Darülmüəllimininə daxil olub. Oranı bitirdikdən sonra bir müddət Gədəbəydə yeddiillik məktəbdə müəllimlik edib, 1929-1930-cu illərdə isə 1 saylı Gəncə şəhər orta məktəbinin direktoru olub. Sonra Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində təhsil alıb. Bakıya qayıdaraq Azərbaycan Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdiib. 1947-ci ildə filologiya elmləri doktoru, 1948-ci ildə professor adı alıb.

 

Özünün yorulmaz məhsuldar yaradıcı, elmi pedaqoji fəaliyyəti ilə Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatına ədəbiyyatşünaslıq elminə bu sahədə milli kadrların yetişməsinə əvəzsiz töhfələr verib.

 

 Zakir MURADOV,

Gəncə

 

525-ci qəzet.- 2022.- 28 aprel.- S.9.