Vətən qayəsinə, ülvi amallara sədaqətlə...
ŞANLI
TARİXƏ MALİK "ŞƏRQ QAPISI" QƏZETİ
ƏN AĞIR SAVAŞ DÖNƏMİNDƏ DƏ
ƏDƏBİ-İCTİMAİ MÜHİTİMİZƏ
QİYMƏTLİ TÖHFƏLƏR VERİB
Bir neçə ay əvvəl
100 illik yubileyi geniş qeyd edilən, doğma Naxçıvanımızın ən uzunömürlü
mətbuat orqanı olan "Şərq qapısı" qəzeti
bölgədəki ədəbi
mühitin də inkişafına mühüm
təsir göstərib.
Müxtəlif adlar altında
davamlı fəaliyyət
göstərən bu qəzet Naxçıvanda
yazıçı və
şairlərin əsərlərinin
müntəzəm çapına
meydan verməklə qalmayıb, burada ədəbi mühitin inkişafına əhəmiyyətli
yön və istiqamət verib, öz ətrafında geniş bir ədəbi çevrə
yaradıb. "Şərq
qapısı" qəzetinin
100 illik yubileyinin qeyd olunması barədə Naxçıvan
Muxtar Respublikası
Ali Məclisi Sədrinin
Sərəncamında da
qeyd edildiyi kimi: "1921-ci il noyabrın 9-da nəşrə
başlayan qəzet Naxçıvanda maarifin, elmin vəictimai fikrin inkişafına mühüm töhfələr
vermiş, peşəkar
jurnalist kadrların hazırlanmasında baza rolunu oynamışdır...
"Şərq qapısı"
qəzeti Naxçıvanın
tarixini və keçdiyi inkişaf yolunu
gələcək nəsillərə
çatdıran salnamədir.
Qəzet
bu gün dəmuxtar respublikanın sosial-iqtisadi vəmədəni
inkişafına öz
töhfəsini verir".
Bu dəyərli mətbuat
orqanı sayəsində
bölgənin ədəbi
qüvvələri yaradıcılıq
işinə daha da həvəslənir, ictimai tribunaya çıxır, öz fəaliyyətlərini daha
da püxtələşdirir
və düzgün istiqamətləndirirdilər. Uzunömürlü fəaliyyət dönəmində
bir mətbuat orqanı olaraq "Şərq qapısı"
qəzeti ədəbi
missiyanın həyata
keçirilməsində başlıca
və aparıcı rol oynayıb. Çox dəqiq və ədalətli fikirdir ki: "Fəaliyyətinin əksər
mərhələlərində"Şərq
qapısı" həm
də regionun "Ədəbiyyat qəzeti"
funksiyasını yerinə
yetirmişdir" (Akad.
İ.Həbibbəyli). Bu mətbuat orqanı
bölgənin ədəbi
mühitinin inkişafına
ciddi təsiri olduğu kimi, ona rəhbərlik edən yazıçı
və şairlərin
fəaliyyət təsirilə
qəzet də daha çox ədəbi missiya həyata keçirərək
bölgənin ədəbiyyat
ağırlıqlı mətbuat
orqanına çevrilib.
Bunu da mütləq qeyd etmək lazımdır ki, "Şərq qapısı" qəzeti
1941-45-ci illər müharibə
dönəmində ictimai
təbliğatın ruporuna
çevrilib, bölgənin
ədəbi qüvvələrinin
bu istiqamətdə dəfəallaşmasına imkanlar
yaradıb. Yazıçı və alimlər
ya əllərindəki
qələmi qoyub odlu silahla "müsəlləhəsgər" kimi döyüşlərəqatılıb,
ya da döyüşçülər
arasında əhval-ruhiyyəni
artırmaq, onlara mənəvi dayaq durmaq məqsədilə jurnalist vətəbliğatçı
kimi fəaliyyət göstəriblər. Eləcə də
həm müharibəillərində,
həm dəmüharibədən
sonra Naxçıvan ədəbi mühitindəmüharibəmövzusunda
olduqca layiqli əsərlər yazılıbdır.
Müharibə illərində "Şərq
qapısı" qəzetində
ardıcıl olaraq yerli ədəbi qüvvələrin müxtəlif
mövzuda, xüsusilə
də müharibəmövzulu
əsərləri çap
olunub, xalqın mənəvi təbəddülatına
təsir imkanları diqqət mərkəzində
saxlanılıb. Şair-tənqidçi
Müzəffər Nəsirlinin
qeyd etdiyi kimi: "II Dünya müharibəsi Naxçıvanda
yaradıcılıq sahəsinə
atılmış gənclərimizin
ədəbi fəaliyyətini
dayandırdı. Gənclər Vətənin çağırışı
ilə cəbhəyə
getdilər. Lakin buna
baxmayaraq, arxa cəbhədə qalan yazıçı və şairlər çox mürəkkəb bir şəraitdə qələmi
yerə qoymadılar".
Qəzetin müxtəlif illərdəki
nömrələri nəzərdən
keçirilərkən bu
mətbuat orqanında
mövzuya uyğun həm Azərbaycan, həm də rus ədəbiyyatı nümunələrindən əsərlər
dərc edildiyini görə bilərik. "Şərq
qapısı" qəzetində
Azərbaycanın Xalq
şairi Səməd Vurğun başda olmaqla yerli ədəbi
qüvvələrdən İslam
Səfərlinin, Məmmədəli
Tarverdiyevin, Əsgər
Səfərovun, Hacı
Əsgərovun, Nuriyyə
Babayevanın, Həsən
Fətullayevin, Hüseyn
Əzimin, Ənvər
Əylislinin, Əli Məmmədovun və başqalarının müxtəlif
mövzulu əsərlərinin
çap olunduğunu görürük. Hətta bu
əsərlərdən bəziləri
müəlliflərin ilk mətbu
əsəri kimi onların tərcümeyi-halında
xüsusi yer tutur. "Şərq
qapısı" qəzetinin
11 mart 1942-ci il tarixli nömrəsində böyük
Azərbaycan şairi,
xalqın sevimlisi və Xalq şairi
Səməd Vurğunun
bütün zamanlar üçün aktual və əhəmiyyətli
olan "Azərbaycan balası" şeiri çap olunmuşdu.
1941-ci ildə Sovetlər
birliyində müharibə
başlayandan sonra başqa mətbuat orqanlarında olduğu kimi, "Şərq qapısı" qəzetindədə
başlıca mövzu
müharibə əhval-ruhiyyəsini
gündəmdəsaxlayaraq insanları
qələbəyə və
zəhmətə səsləmək
olub. Bununla əlaqədar olaraq
qəzetdə digər
janrlı məqalələrdən
başqa ədəbi-bədii
məqalə və əsərlər də çap edilib. Bu əsərlərin çoxunda qəhrəməan
və zəhmətkeş
Azərbaycan övladları
öyülür, onların
qəhrəmanlığı, əmək və zəhməti təqdir edilirdi. "Şərq
qapısı" qəzetinin
22 mart 1942-ci il tarixli nömrəsində
3-cü səhifədə Ə.Hacı
imzalı müəllifin
(imza sahibinin Hacı Əsgərov olduğu Əziz Şərifin ədəbi-tənqidi
yazısından da məlum olur) naxçıvanlı qəhrəman
minaatan Cəboş Şıxəliyevə həsr
edilən "Alqış
vətənimin sadiq oğluna!" başlıqlı
şeiri verilib. ŞeirdəAzərbaycan övladının qəhrəmanlığı və
şücaətini öyən
yüksək bədii
pafos var. Ümumiyyətlə,
qəzetin bir sıra nömrələrindəNaxçıvandan
olan bu qəhrəman
Azərbaycan övladının
rəşadəti haqqında
çoxsaylı məqalələr
dərc edilmişdi.
Müharibəmövzusunda Azərbaycan
döyüşçüsünün qəhrəmanlıqlarına həsr
olunan esse janrında dərc olunmuş maraqlı yazılardan biri də"Şərq qapısı"
qəzetinin 24 mart 1942-ci il tarixli nömrəsində dərc
olunan məqalədir.
Məqalə azman döyüşçülərimizdən
olan Cəlilov familiyalı Azərbaycan övladı haqqındadır.
Məqalənin müəllifi A.Rutman
"Cəlilov kimi vuruşun" adlı bu yazısında məqaləsində hamını
bu qəhrəman Azərbaycan övladının
rəşadətindən örnək
götürməyə səsləyib
və onun nadir qəhrəmanlığından bəhs açıb.
Qəzetin birinci səhifəsində
dərc olunan məqalə Azərbaycan övladlarının qəhrəmanlıq
və döyüş
qabiliyyətlərinin Sovet
İttifaqında necə
təqdir edildiyini bir daha nümayiş
etdirir və tarixi yaddaşa çevirir.
Qəzet özünün nömrələrində
müharibə mövzusunu
daim diqqətdəsaxlayaraq
bədii əsərlərə
də ardıcıl olaraq yer verir
və oxucuların qəlbini qəhrəmanlıq
və vətənpərvərlik
duyğuları ilə
doldurmağa çalışıb. 3 aprel
1942-ci il tarixli nömrədə çap edilən "Azərbaycan fəxr edir" adlı şeir də məhz belə səciyyə daşıyırdı.
Qəhrəmanlığı tərənnüm ruhlu bu şeir
Naxçıvanın gənc
yazarlarından olan Həsən Fətullayevin
ilk mətbu əsəri
idi. Əsər qəhrəman Azərbaycan
döyüşçüsü naxçıvanlı Bəxtiyar
Kərimova həsr edilib. Şeirdə qəhrəman döyüşçü
Bəxtiyar Kərimovun
rəşadəti, qəhrəmanlığı
tərənnüm olunub.
13 iyun 1942-ci il
sayında "Arzum"
adlı bir şeir çap olunub ki, o da
qələbə və
zəfər ümidlərilə
yazılmışdı. Şeirdə mübariz bir döyüşçü, qəhrəman
bir vətəndaşın
qələbə arzuları
özünə yer tapmış, tərənnüm
edilmişdi.
Şeirin altından imza olaraq "Qızıl əsgər Ə.Əylisli"
yazılmışdı. Bu, o vaxtlar Naxçıvan ədəbi mühitinin ən gənc yazarlarından olan ordubadlı şair Ənvər Əylisli idi.
Beləliklə, "Şərq qapısı"
qəzeti müharibə
illərində müharibəmövzulu
əsərləri çap
etdirməklə ictimai
rəyə təsir etmiş, həm dəəsərlərin çapına
göstərdiyi dəstəklə
ədəbi mühitin
pərvazlanması və
inkişafına da öz köməyini göstərmişdi. "Şərq
qapısı" qəzetinin
ədəbi-bədii əsərlər
çap etdirməsi həm bəzi peşəkar, həm də bəzi həvəskar yazarların
yaradıcılıq fəaliyyəti
nümayiş etdirməsinə
dəstək vermiş
və ədəbi mühitə bir parlaqlıq gətirmişdi.
Bu mənada qəzetin
səhifələrində bədii
yazıları çap
edilən müəlliflər
arasında adları sonralar məşhurlaşan
bir sıra peşəkar yazıçılarla
bərabər, ardıcıl
ədəbi fəaliyyət
göstərməyən bəzi
həvəskar yazarların
da əsərlərinin
çapına rast gəlirik.
Göründüyü kimi, müharibə dövründə ən çətin şəraitdə beləədəbi mühitdə yaradıcılıq əhval-ruhiyyəsi yüksək tutulur, zamanla səsləşən əsərlərin çapına xüsusi qayğı göstərilir, yazıçıların da fəaliyyətinə stimul verilirdi. Naxçıvan ədəbi mühitinin gənc istedadlarından olan şair Hüseyn Razinin "Şəlalə" adlı əsərindən bir parça "Şərq qapısı" qəzetinin 16 iyun 1942-ci il tarixli nömrəsində dərc edilmişdi. İlham adlı azərbaycanlı döyüşçünün xəyal aləmi və düşüncələrinin təqdim olunduğu şeirində faşizm zülmünə qarşı nifrət, qəzəb yağdıran şair, qələbəyə inam hisslərini ümumiləşdirir və zəfər ümidlərini ifadə edir.
Qəzetin 23 iyun 1942-ci il tarixli nömrəsində "Bipərva" imzalı müəllifin satirik bir şeiri də dərc edilmişdi. "Aman, dadıma gəl" adlanan bu satirada Hitler Almaniyası və faşizmin iç üzü ifşa vətənqid olunmuş, gülüş, tənqid obyektinə çevrilmişdi.
"Şərq qapısı" qəzeti müharibədən sonrakı dönəmlərdə dəbölgənin istedadlı yazarlarının əsərlərinin çapına yer verib, onların inkişafına öz köməyini əsirgəməyib. Qəzet bəzən müəyyən bir rubrika altında bir neçə müəllif və əsərlər dətəqdim etmiş, ədəbi prosesin inkişafına dəstək nümayiş etdirmişdi. "Şərq qapısı"nın 4 iyul 1945-ci il tarixli nömrəsində"Gəncliyin səsi" rubrikası təqdim edən qəzet dövrün gənc yazarlarından olan İslam Səfərlinin, Siddiqə Abbasovanın, Əhməd Mahmudlunun əsərlərinə yer verib. İ.Səfərlinin "Təbiətdən bir mənzərə", Siddiqə Abbasovanın "Stalin", Ə.Mahmudlunun "Zəfər bayrağı" başlıqlı şeirləri oxucuların diqqətinə çatdırılıb. 8 iyul 1945-ci il tarixli nömrədə N.Nuriyyəimzalı müəllifin "Ana, oğlun Berlindədir" şeirinə, 17 iyul 1945-ci il tarixli nömrədə isə artıq öz imzası ilə tanınmış yazıçı vəqəzetin məsul redaktorlarından olan Məmmədəli Tarverdiyevin "Zaman" adlı dram əsərindən pərdələrə yer verilib. Əsər bu nömrədən etibarən qəzetin 20 iyul və 22 iyul tarixli nömrələrində də çap olunaraq tamamlanır və tam şəkildəoxucuların ixtiyarına verilir. M.Tarverdiyevin "Berlin-Naxçıvan" adlı esse-hekayəsi isə qəzetin 29 sentyabr 1945-ci il tarixli nömrəsində dərc edilərək oxucuların ünvanına çatdırılmışdı.
Bütün bunlar bir daha göstərir ki, yüz ildən artıq yaşı olan, uzun bir
tarixi inkişaf yolu keçərək bu
müddətdə Naxçıvanın mətbuat aləmində
Üzünü və İzini
parlaq şəkildə əks etdirən
"Şərq qapısı" qəzeti, ən ağır
savaş illərində belə, bölgənin
ədəbi-ictimai mühiti ilə də
bağlı əvəzsiz xidmətlər ortaya
qoyub.
Ramiq
QASIMOV
Filologiya
üzrə fəlsəfə doktoru,
dosent, AMEA Naxçıvan
Bölməsinin əməkdaşı
525-ci qəzet.- 2022.- 29 aprel.- S.15.