İsmayıllıda azsaylı xalqların
mədəniyyəti nümayiş etdirilib
Aprelin 29-da İsmayıllı
Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı
ilə etnik qrupların mədəniyyətinin
təbliğinə həsr
olunmuş “Azərbaycan
doğma diyarımdır”
adlı tədbir keçirilib.
525.az xəbər verir ki, azsaylı xalqların mədəniyyətin,
incəsənətinin tanıdılması
və təbliğ edilməsi məqsədi ilə keçirilən tədbirdə İsmayıllı
Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov,
RİH-in əməkdaşları, digər idarə və müəssisələrin
əməkdaşları iştirak
ediblər.
Tədbirdə bildirilib ki, Azərbaycan müxtəlif
sivilizasiyaların qovuşduğu,
ayrı-ayrı millətlərin,
azsaylı xalqların
sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma
və dostluq şəraitində yaşadığı
bir məkandır. Burada əsrlər boyu azsaylı xalqlar və etnik qruplar
öz adət-ənənələrini,
dillərini, dini baxışlarını, özünəməxsus
həyat tərzlərini
qoruyub saxlamışlar:
“Ölkəmizdə multikulturalizm
siyasətinin əsasını
Ümummilli Lider Heydər Əliyev qoyub. Müasir dövrdə isə
Azərbaycan Respublikasında
multikulturalizm siyasətinin
uğurla həyata keçirilməsi Prezident
İlham Əliyevin adı ilə bağlıdır. Ölkəmizin başçısı multikulturalizmi
dövlət siyasəti
səviyyəsinə yüksəldərək
Azərbaycanda multikulturalizm
ənənələrinin qorunub
saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə
2016-cı ili “Multikulturalizm
ili” elan etmişdi”.
Daha sonra tədbirdə müxtəlif etnik qruplara məxsus mətbəx nümunələri
sərgilənib, “Lahıc”,
“Hapıt”, “Ləzgi” Xalq, “İvanovka” folklor
kollektivləri çıxış
ediblər. Çıxış edən folkor
kollektivləri mahnıları
öz dilərində
səsləndiriblər.
525-ci qəzet.- 2022.- 30 aprel.- S.17.