Əyyub Quliyev Kazanda Sevgi şərbətinə drijorluq edib

 

Tatarıstan Dövlət Akademik OperaBalet Teatrının dəvətilə Əməkdar artist, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş dirijorumusiqi rəhbəri Əyyub Quliyevin rəhbərliyi ilə dahi italyan bəstəkarı Qaetano DonisettininSevgi şərbəti” (L’elisir d’amore) operasının uğurlu nümayişi olub.

AZƏRTAC xəbər verir ki, üç nüfuzlu teatrın solistlərinin yer aldığı tamaşa böyük səbirsizliklə gözlənilirdi. Biletlər artıq bir neçə həftə öncədən tam olaraq satılıb. 2014-cü ildə tanınmış rus rejissoru Yuriy Aleksandrovun quruluş verdiyi tamaşada əsas rolları Mixaylovski Opera Teatrının solisti Damir Zakirov (Nemorino), Tatarıstanın Əməkdar artistləri Gülnora Qatina (Adina), Yuriy İvşin (Belkore), İrek Fattaxov (Dulkamara) və Venera Protasova (Canetta) təqdim ediblər. İstedadlı müğənnilər və azərbaycanlı dirijorun məharətli ifası dinləyicilər tərəfindən böyük alqışlarla qarşılanıb.

Qeyd edək ki, Tatarıstan Dövlət Opera Teatrının direktoru Raufal Muxamedzyanov tamaşadan sonra dirijor Əyyub Quliyevi uğurlu tamaşa münasibətilə təbrik edərək dahi rus opera müğənnisi Fyodor Şalyapinin 150 illiyinə həsr olunmuş beynəlxalq festivala dəvət edib.

 

525-ci qəzet.- 2022.- 30 aprel.- S.17.