"Kino Agentliyinə böyük ümidlər bağlayırıq"  

 

PROFESSOR RAFİQ QULİYEV: "BU TƏŞKİLATIN YARANMASI İLƏ AZƏRBAYCAN KİNOSUNDA CİDDİ DÖNÜŞ BAŞLANACAQ"

 

Bu günlərdə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Mədəniyyət Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kino Agentliyi" (ARKA) publik hüquqi şəxs yaradılıb. Bununla bağlı sözügedən konsepsiyanın müəlliflərindən biri, Avropa Film Akademiyasının üzvü, kinorejissor, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin "Kino-televiziya sənətləri" kafedrasının müdiri, Əməkdar İncəsənət xadimi, professor Rafiq Quliyevlə həmsöhbət olduq.

 

***

 

- Rafiq müəllim, Azərbaycan kinosunun bugünkü mənzərəsi necədir Kino Agentliyini yaratmaq ideyası hansı ehtiyacdan qaynaqlandı?

 

- Artıq neçə ildir ki, Azərbaycan kinosunun ümumi vəziyyəti ürəkaçan deyildi. Baxmayaraq ki, ayrı-ayrı müəlliflərin ayrı-ayrı filmləri müxtəlif festivallarda iştirak edir, mükafatlar alır, Azərbaycanı tanıtdırırdı. Bütövlükdə isə kinematoqrafiya tənəzzül dövrünü yaşayırdı. Daha doğrusu, hələ o tənəzzüldən çıxmamışdı. Bunun qarşısını almaq Azərbaycan kinosunun növbəti illərdə inkişafını təmin etmək üçün, xüsusilə ölkə Prezidentinin sənət adamlarıyla görüşündə söylədiklərini əsas tutaraq ayrı-ayrı kino qurumları fərqli konsepsiyalar üzərində işləyib ölkə rəhbərinə təqdim etmək qərarına gəldilər. O cümlədən, bir qrup aparıcı kino sənətçisi Azərbaycanın professional kinorejissorlar Gildiyasının nəzdində işçi qrup təşkil etdi Azərbaycan kinosunun inkişafını təmin edəcək konsepsiya üzərində işləməyə başladı. Biz başa düşürdük ki, Azərbaycanda kino industriyasını təmin etmək üçün pul-əmtəə-pul dövriyəsi işləməli, kiçik kino burjuaziyası yaranmalı kinonun inkişafını təmin edəcək strukturlar yaranıb, konkret mexanizmlər əsasında kinematoqrafın inkişafını təmin edəcək gələcək mühit formalaşmalıdır. Kino daim dövlətin inhisarında qala bilməz. Onun inkişafını təmin edəcək əsas qüvvə, yəni industriyanın ayrılmaz, təkanverici kütləsi tamaşaçısıdır. Yəni tamaşaçı kütləsinə çıxa biləcək filmləri çəkək ki, onların zövqünü oxşayaq, auditoriyanı genişləndirək gələcək filmlərin istehsalını təmin edəcək maliyyə vəsaiti əldə edək.

 

Həmçinin, kinonun gələcək inkişafını təmin etmək üçün o, üç dayağa söykənməlidir: kino yaradıcılıqdır; kino biznesdir; kino ideologiyadır. Bu baxımdan gələcək Azərbaycan kinosunun həmin tələblərə cavab verəcək səviyyədə olması üçün konkret mexanizmlər işlənməli idi. Bu mexanizmlər işləndi digər aparıcı kino ölkələrinin təcrübəsinə əsaslanaraq cilalandı, ölkə rəhbərliyinə təqdim olundu. Prezident Administrasiyasında müsbət yanaşdılar biz bu konsepsiyanı Mədəniyyət Nazirliyinin kino şöbəsinə təqdim etdik. Təəssüf ki, bir neçə dəfə görüşüb konsepsiyamızı müdafiə etsək , bu, ögey münasibətlə qarşılaşdı, uzun müddət onu dolabda saxladılar heç bir səs çıxmadı. İstər Nazirliyin, istərsə , həmin şöbənin rəhbərliyi dəyişəndən, yeni, fərqli fikirli insanlar gələndən sonra bir neçə görüşdə bu konsepsiyanı xatırlatdıq, üzərində söhbətlər getdi uzun ayların nəticəsində ortaq bir inkişaf proqramı hazırlanaraq ölkə rəhbərliyinə təqdim edildi. Həmin sənəddə vurğulayırdıq ki, kino mütləq Mədəniyyət Nazirliyindən ayrılmalı hüquqi şəxs kimi ayrıca qurum olmalıdır. Çünki çevik istehsal prosesi konkret mexanizmlərin işlənməsini, bu mexanizmləri hazırlayacaq qurumun öhdəlik hüquqlarını, məsuliyyət dairəsini dəqiq əhatələməlidir. Kinonun istehsal prosesi mövsümə bağlıdır. Bu baxımdan çevik işləyəcək qurum yaradılmalı idi sonradan ARKA adlanacaq təşkilatın yaradılmasını məqbul gördük. Nəhayət, xoş xəbət eşitdik. Kinematoqrafiyanın gələcək inkişafını təmin edə biləcək ilkin ünsürlər formalaşmaqdadır, qərar verilib. Yaxın aylarda kino ictimaiyyətinin təklif etdiyi bir sıra məqamlara diqqət yetirilib, bu qurumun işləməsi, strukturu üzərində işlər gedəcək. Düşünürəm ki, çevik peşəkar prosesini, pul-əmtəə-pul dövriyyəsini təmin edəcək istehsal münasibətlərini təşkil edə biləcək peşəkarlar komandası hazırlanaraq kino rəhbərliyinə dəvət olunacaq, onların sözü istənilən səviyyədə eşidiləcək, dəyərləndiriləcək, kinoya ögeylik kənara qoyulacaq Azərbaycanın səsini, sənətini, ideologiyasını, etno-psixoloji məqamlarını dünyaya tanıtdıracaq filmlərimiz ərsəyə gələcək. Siyasət adamlarından biri demişdi, Azərbaycanın siyasəti bir ölkəyə getməmiş mədəniyyəti artıq orda özünə yer eləməlidir ki, onu tanıyandan sonra siyasətimizi qəbul etsinlər. Kino qədər kütləvi, təsirli, ideoloji vasitə hələ ki, yoxdur. Çünki film ümumiləşdirilmiş poetik obrazlar şəklində beyinlərə, beyinlərdən qəlblərə yol tapır. Ona görə kinonun dəyərini düzgün qiymətləndirməli onun inkişafına ölkə rəhbərliyindən tutmuş sıravi vətəndaşlara qədər hamımız öz yardımımızı əsirgəməməliyik. Məsələn, hansı Avropa təşkilatlarında Azərbaycanın adı bu qədər yüksəkdə səsləndirilib? Amma Avropa Kino Akademiyasının sıralarına baxsanız, ən azı 5-ə qədər azərbaycanlının adı orada yer alıb. Orada Azərbaycan rejissorları tərəfindən yaradılan filmlərin onların müəlliflərinin adı şərəf lövhəsindədir. Biz bununla fəxr etməliyik.    

 

Ümidvaram ki, bu təşkilatın yaranması ilə Azərbaycan kinosunda ciddi dönüş başlanacaq istər obyektiv, istərsə subyektiv amillər biz istəyən səviyyədə olacaq.

 

- Heç kimə sirr deyil ki, bir çox sahələr kimi, kinoda da şəxsi maraqlar digər məqamları üstələyirdi. ARKA şəxsi maraqlardan necə yayınacaq?

 

- Bu, daha çox subyektiv faktorlarla bağlı olacaq. Sənət adamları gözütox olur. Çünki onlar son məhsulun keyfiyyətində maraqlıdır. Amma bu keyfiyyəti təmin edəcək müəyyən resurslar olmalıdır. Əvvəllər subyektiv faktor bizə ciddi problemlər yaradırdı. Məsələn, maliyyə ayrılırdı, amma o maliyyə gəlib bizə çatmırdı. Fikrimcə, biz gələcəkdə buraxılan investisiyaları istehsalata mənimsəyəcəyik bunu dünya səviyyəsinə çatdıracağıq. Kino adamlarının arzusu budur. Azərbaycanda peşəkar rejissorların sayı çox deyil. Ona görə onlara dəyər verilməli sayğıyla qarşılanmalıdırlar. Sənət adamı qulağıyla xoşbəxt olur. Onun işinə dəyər vermək özünə dəyərdir.

 

- Sizin professoru kafedra müdiri olduğunuz Mədəniyyət İncəsənət Universitetinin öndərliyiylə hər il kino sahəsində çalışa biləcək ixtisaslaşmış kadrlar yetişdirilir. Bu gənclərin prosesə cəlb edilməsi aktiv mexanizmə çevrilməsi üçün nələr ediləcək?

 

- Artıq edilir. 2014-cü ildən bu yana çox şey dəyişib dəyişməlidir. Əlbəttə, mexanizmlər birdən-birə dəyişə bilməz, bu, canlı orqanizmdir. Azərbaycan kino televiziyasında hazırda çalışan gənclərin əksəriyyəti bizim tələbələrimizdir biz bununla fəxr edirik. Hansı sahəyə diqqət etsək, görəcəyik ki, orda yetirmələrimiz uğurlu fəaliyyət göstərir. Ötən il "Xarıbülbül festivalı"nın çəkiliş estetikasına fikir versəniz, necə mükəmməl olduğunu görəcəksiniz. O estetikanı təmin edənlər xaricilər deyildi, bizim balalarımız idi. Onların işinə baxdıqca fəxr edirdim ki, 4 ilimi boşa verməmiş, məni sevindirəcək kadrlar yetişdirmişəm. Professor-müəllim heyətimizin əksəriyyəti bu istiqamətdə fəaliyyət göstərir. Biz zamanla bir çox şeyləri dəyişmişik. Birincisi, tələbəyə münasibət. Çünki onun arzusu, istəyi önəmlidir. İkincisi, fəaliyyətdə olan sənətçiləri dəvət etmişik. İldən-ilə mədəni estetika, model dəyişir. O modeli dəyişdirən insanları dəvət etmişik ki, gələcəkdə onlar modelin dəyişdirilməsində ciddi fəaliyyət göstərsinlər.

 

Artıq, əxlaq dəyişməlidir, Sovet psixologiyasını kənara qoymalıyıq. "Mən yoxamsa, dünya yoxdur" prinsipindən imtina etməliyik. Mən gedəndən sonra bu dünyanı, ölkəmi yaşadan, xalqın inkişafını təmin edən insanlar gəlməlidir. Deməli, onları biz yetişdirməliyik. Bunlarla yanaşı, ilk olaraq vətəndaş yetişdirməliyik. Sənətkar olmaya bilər, vətəndaş olmalıdır. Çünki gələcək nəsillərimizi onlar yetişdirəcək və bizim həqiqətləri digər xalqlara çatdıraraq bizi tanıdacaq. Bu xüsusda hər ixtisasda çox işlər görülür, tədris dəyişir, proqram dəyişir, donorlar gətirilir, sənətçilər dəvət olunur. Nəzəriyyəylə yanaşı, təcrübəyə ciddi önəm veririk. Tələbələrimiz son kursda konkret istehsalat bazalarına gedirlər. Müqavilə belədir ki, əgər tələbələr qane edərsə, həmin yerlər onları saxlayıb öz işçisi kimi yer ayırırlar. Bu il Azərbaycanın aparıcı teleşirkətinə 10 nəfər təcrübəçi göndərdik, 10 nəfərdən 5-nə təklifi etdilər və onlar diplomlarını almadan işləyirlər. Bununla tələbənin özünün də marağı artır və tələbə bilir ki, buranı bitirəndən sonra harda işləyəcək. Beləcə nəticə var deyə, hazırda abituriyentlərin 90 faizi konkret ixtisas seçimi edərək gəlirlər. Əlbəttə, çatışmazlıqlar yenə də var, amma bunların aradan qalxması üçün sürətli, ümidverici gedir. Digər ölkənin aparıcı qurumlarıyla əlaqə saxlayırıq, onların mütəxəssisləri master-klaslar keçirlər. Məqsəd birdir: son nəticədə peşəkar səviyyədə kadrın yetişdirilməsi.

 

- ARKA son zamanlar geniş vüsət alan, amma elə də ürəkaçıcı olmayan serial sektoruna təsir edəcəkmi?

 

- Serial sektoru fərqli industriyadır. Onun inkişafını təmin edəcək dövriyyənin bir elementi çatışmır: müstəqil televiziyalar. Müstəqil televiziyalar öz maddi bazasını reklamdan əldə edir. Deməli, reklamın keyfiyyətində maraq olmalıdır. Kinodakı kimi pul-əmtəə-pul dövriyyəsini təmin etmək lazımdır. Bunu təkcə ailədaxili intriqaları göstərməklə qazanmaq olmaz. Bunun üçün zaman keçməli, məktəb formalaşmalıdır. Bu məktəbin formalaşmasında həm Mədəniyyət və İncəsənət Universiteti, həm də kino sənayesi çox görə bilər. Kino sənayesində fəaliyyət göstərən insanlar filmdən filmə qədər olan yaradıcı fasilələrdə serial industriyasında çalışa bilərlər. Əlbəttə, bu, ona çətin olacaq. Çünki kino adamlarının özünün ətaləti varserial bunu məqbul saymır. Orda həftəyə 1 seriya verməlisən. Ssenarilərin hazırlanması özü bir industriyadır. Hədəf kütləsinə işləməlisən. Kanallar səviyyəli serialların çəkilməsinə maraqlı olmalıdır, çünki sifarişçi odur və əlbəttə, kadr potensialı da önəmlidir. Onun maliyyə təminatı istehsalı ödəyəcək səviyyədə olmalıdır. ARKA-nın fəaliyyətinə böyük ümidlər bağlayırıq. Bu sahədə görülməli çox var. Düşünürəm ki, ARKA-nın əlbəttə, yardımı ola bilər ki, bəzi proyektlər dövlət səviyyəsində maliyyə yardımıyla çəkilsin. Belə bir təcrübə var. İctimai Televiziyanın bəzi proyektlərində bu, həyata keçirilir və onların səviyyəsi digərlərindən təbii ki, fərqlənir. Fikrimcə, ARKA serialların çəkilişində maliyyə dəstəyi olmaqla yanaşı, yaradıcı potensialın dəstləşdirilməsi üçün çox görə bilər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 30 aprel.- S.9.