Azərbaycan əlifbası və Azərbaycan
dili günü qeyd olunub
Avqustun 1-i Nizami
rayonu İcra Hakimiyyəti və Nizami rayon Mədəniyyət
Mərkəzinin təşkilatçılığı
ilə Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub. Tədbir Nizami rayonunda
yerləşən Kimya-biologiya
təmayüllü respublika
liseyində baş tutub.
Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirildikdən
sonra ölkəmizin bütövlüyü uğrunda
canından keçən
şəhidlərin ruhu
1 dəqiqəlik sükutla
yad edilib. Mədəniyyət mərkəzinin metodisti Tənzilə Lətifova tədbiri açıq elan edərək bu əlamətdar günün əhəmiyyəti
barədə söhbət
açıb, Ümummilli
lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı naminə gördüyü
işlər barədə
tədbir iştirakçılarına
məlumat verib.
O qeyd edib ki, Prezident İlham
Əliyevin 2018-ci ildə
Azərbaycan dilinin inkişafı ilə bağlı imzaladığı
sərəncam da dövlətin dilə qarşı həssas münasibətinin bariz nümunəsidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutunun aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qətibə Mahmudova ana dilimizin inkişaf
tarixi barədə məlumat verib. O, Azərbaycan dilinin keçdiyi mərhələləri
müqayisə edərək
müxtəlif dövrlərdə
tərtib olunan əlifbalar barədə söhbət açıb.
Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Prezident təqaüdçüsü, yazıçı
Nadir Yalçın Azərbaycan
dilinin aktual problemlərinə toxunub, bu problemlərin həlli istiqamətində
cəmiyyətin üstünə
düşən məsuliyyət
barədə söhbət
açıb. Dilimizin zənginliyi barədə
fikirlərini bölüşən
gənc yazıçı
dil təəssübkeşliyinin
zəruri olduğunu vurğulayıb.
Nizami rayonu İcra Hakimiyyətinin ictimai-siyasi-hümanitar
məsələlər şöbəsinin
müdir müavini Bəhmən Hüseynov, Nizami rayonu Ağsaqqallar
şurasının sədri
Mayıl Əliyev, İcra Hakimiyyətinin məsul işçisi, Müsavat partiyasının
idarə heyətinin üzvü Könül İsmayılova çıxış
edərək gəncləri
dil məsələləri
ilə bağlı mühafizəkar olmağa
çağırıblar, öz
tövsiyələrini bölüşüblər.
Sonda Nizami
rayon Mədəniyyət Mərkəzinin
direktoru Laura Quliyeva Azərbaycan dilinin zənginliyi və zərifliyi barədə fikirlərini bölüşüb,
bütün qonaqlara minnətdarlığını bildirib.
ÜMİD
525-ci qəzet.- 2022.- 2 avqust.- S.8.