İkinci Milli Yaylaq Festivalı başa çatıb

 

 

Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq elat mədəniyyətinin yaşadılması beynəlxalq miqyasda tanıdılması məqsədilə 29-31 iyulda keçirilən İkinci Milli Yaylaq Festivalı başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival iştirakçıları üç gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olublar.

Festivalın keçirildiyi etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi digər müxtəlif mövzulu sahələr qurularaq qonaqların ixtiyarına verilib. Festivalın ilk günündə türk dünyasının Avropa ölkələrinin rəğbətini qazanan festivalda 22 ölkədən 300-ə yaxın qonaq iştirak edib.

İkinci Milli Yaylaq FestivalıCavad XanTarix Mədəniyyət Fondunun “Kap.az” – Fərqli Turizm MMC–nin təşəbbüsü, Mədəniyyət Nazirliyi, Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gənclər İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası digər dövlət özəl qurumların tərəfdaşlığı dəstəyi ilə keçirilib. AZƏRTAC bu festivalın informasiya tərəfdaşlarındandır.

Xatırladaq ki, Birinci Milli Yaylaq Festivalı 2019-cu il iyulun 26-28-də Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilib. İlk festivala 3 gün ərzində 50 mindən artıq ziyarətçi, 16 ölkədən 100-dən çox iştirakçı qatılmışdı.

 

525-ci qəzet.- 2022.- 2 avqust.- S.8.