Şuşa şəhəri VIII "Muğam" Televiziya Müsabiqəsinin finalı və qala-konsertinə ev sahibliyi edəcək

 

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII "Muğam" Televiziya Müsabiqəsinin finalı qala-konsertinə Şuşa şəhəri ev sahibliyi edəcək.

"Azərbaycan Televiziya Radio Verilişləri" QSC-nin Sosial media ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, final gecəsi avqustun 5-də, qala-konsert isə avqustun 6-da keçiriləcək.

Finala qala-konsertə tanınmış sənət adamları, mədəniyyət incəsənət xadimləri dəvət olunub. Final gecəsinin açılışını Xalq artisti Mənsum İbrahimov edəcək. Ardınca iştirakçıların ifaları dinləniləcək, münsiflər heyətinin məşvərətindən sonra qaliblər elan olunacaq.

Qala-konsertdə bu günədək keçirilən səkkiz "Muğam" müsabiqəsinin qalib mükafatçıları çıxış edəcəklər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunacaq.

Müsabiqənin finalı Bülbülün ev-muzeyinin həyətində, qala-konsert isə Cıdır düzündə təşkil olunacaq. Hər iki konsert proqramı AzTV, "Mədəniyyət" TV Azərbaycan Radiosu vasitəsilə saat 16:00-dan etibarən canlı yayımlanacaq. İki saatlıq muğam ziyafətini AzTV "Mədəniyyət" TV-nin rəsmi feysbuk yutub səhifələrində canlı izləmək mümkün olacaq. Bununla yanaşı, avqustun 5-6-da saat 21:00-da Dənizkənarı Milli Parkdakı böyük monitorda VIII "Muğam" müsabiqəsinin finalı qala-konserti nümayiş etdiriləcək.

Finalın Şuşada keçirilməsi VIII "Muğam" müsabiqəsinin məhz "Şuşa İli"nə təsadüf etməsi ilə bağlıdır. Muğamın beşiyi olan mədəniyyət paytaxtımızın yarışmanın həlledici etapına ev sahibliyi etməsi QSC-nin "Şuşa İli"nə töhfəsidir.

Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası "Mədəniyyət" kanalı vasitəsilə canlı yayımlanıb.

2005-ci ildən etibarən keçirilən "Muğam" müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması mükafatlar uğrunda mübarizə aparmasıdır.

 

525-ci qəzet.- 2022.- 4 avqust.- S.8.