Günay Əfəndiyeva Azərbaycanın
Braziliyadakı səfiri ilə görüşüb
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunda təşkilatın
prezidenti Günay Əfəndiyeva Azərbaycan
Respublikasının Braziliya
Federativ Respublikasındakı
fövqəladə və
səlahiyyətli səfiri
Elxan Poluxovla görüşüb.
525.az xəbər verir ki, görüşdə
Günay Əfəndiyeva
Fondun fəaliyyətindən,
təşkilat tərəfindən
türk xalqlarının
mədəni irsinin mühafizəsi və beynəlxalq aləmdə təbliği məqsədilə
həyata keçirilən
layihələrindən söz
açıb. Fondun prezidenti
mədəniyyətlərarası dialoqun, müxtəlif mədəniyyətlərin bir
araya gətirilməsinin
rəhbəri olduğu
təşkilatın fəaliyyətində
önəmli yer tutduğunu bildirib.
Azərbaycan Respublikasının Braziliya
Federativ Respublikasındakı
fövqəladə və
səlahiyyətli səfiri
Elxan Poluxov görüşdə Azərbaycanın
və bütövlükdə
Türk dünyasının
maddi-mədəni dəyərlərinin
dünyada tanıdılmasında
Fond tərəfindən görülən
işləri yüksək
qiymətləndirib. Səfir Türk
xalqlarının çoxəsrlik
tarixinin, zəngin mədəniyyətinin təbliğ
və təşviqinin
önəmindən bəhs
edərək, birgə
layihələrin keçirilməsinə
dəstək verəcəyini
qeyd edib.
Görüş fikir mübadiləsi ilə davam edib.
525-ci qəzet.- 2022.- 5 avqust.- S.2.