Şagird yerdəyişməsi: səmərəlilik,
keyfiyyətlilik və hesabatlılıq
Avqustun
4-dən etibarən 2022-2023-cü tədris ili
üzrə II-IX və
XI siniflər üçün
şagird yerdəyişməsi
prosesinə start verilib.
İmtahanla yerdəyişmə
aparılan ümumi təhsil müəssisələri
Heydər Əliyev adına lisey, T.İsmayılov adına
6 nömrəli məktəb-lisey,
132-134 nömrəli Təhsil
Kompleksi, T.Həsənov
adına 23 nömrəli
tam orta məktəb, İlyas Əfəndiyev adına Elitar gimnaziya, İ.Hacıyev adına
"Tərəqqi" texniki-humanitar
liseyi, "Zəngi" liseyi, Bakı Avropa Liseyi, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey
kompleksi, Azərbaycan Milli Konservatoriyasının nəzdində
İncəsənət Gimnaziyası
və Bülbül adına Orta İxtisas Musiqi Məktəbidir.
Sözügedən ümumi təhsil müəssisələrinin II-XI siniflərində yaranmış
vakant yerlərə şagird yerdəyişməsi
imtahanla aparılır. İmtahanlara
qeydiyyat 10 avqust saat 11:00-dan 19 avqust saat 18:00-dək aktiv olacaq. İmtahanlar ibtidai siniflər
üzrə avqustun
23-də, V-XI siniflər üzrə
isə avqustun 24-də
keçiriləcək.
Şagirdlərin yerdəyişməsi prosesi
www.sy.edu.az portalı vasitəsilə
həyata keçirilir.
Elektron xidmətin yaradılmasında
məqsəd ümumi
təhsil müəssisələrində
şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında
statistik hesabatların
dəqiq və optimal göstəricilər əsasında
formalaşdırılmasına nail olmaq, icbari təhsilin
yerinə yetirilməsinə
rəhbərlik və
nəzarəti gücləndirmək,
həmçinin, vətəndaş
məmnuniyyətini təmin
etməkdir.
Elm və Təhsil
Nazirliyindən verilən
məlumata əsasən,
övladını digər
məktəbə dəyişmək
istəyən valideyn
(digər qanuni nümayəndə), ilk növbədə,
elektron sistemdə şəxsi kabinet yaradaraq övladını
qeydiyyatdan keçirir. Valideyn (digər
qanuni nümayəndə)
övladını dəyişmək
istədiyi məktəbdə
tədris dili, xarici dil, təmayül
istiqaməti uyğun gəldikdə müvafiq qruplar və siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir. Bundan sonra
elektron sistemdə şagirdin yerdəyişməsi
barədə əvvəl
oxuduğu məktəbə
avtomatik bildiriş göndərilir. Müvafiq
sorğu və bildiriş göndərildikdən
sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin
əvvəl oxuduğu
məktəbdən şəxsi
işini götürərək
dəyişmək istədiyi
məktəbə təqdim
edir.
Azərbaycan vətəndaşları üçün
sistemdə qeydiyyat şəxsiyyət vəsiqəsinin
FİN kodu, xarici ölkənin vətəndaşları
üçün isə
miqrasiya sənədinin
seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil
telefona göndərilən
SMS vasitəsilə təsdiq
olunur. Uşaqla bağlı məlumatların
sistemə əlavə
edilməsi üçün
şəxsiyyət vəsiqəsinin
FİN kodu və ya UTİS (Ümumi Təhsil İnformasiya Sistemində şagirdə
məxsus unikal kod)
kodu tələb
olunur. Müvafiq sorğu və bildiriş göndərildikdən
sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin
əvvəl oxuduğu
məktəbdən şəxsi
işini götürərək
dəyişmək istədiyi
məktəbə təqdim
edir. Yerdəyişmə dərs ilinin
hər hansı yarımili ərzində baş verərsə, valideynə şagirdin fənlər üzrə summativ qiymətləndirmə
nəticələrinin əks
olunduğu arayış
da təqdim edilir. Müəyyən edilən müddət
keçdiyi halda müraciət ləğv
olunur və bu barədə valideynin (digər qanuni nümayəndənin)
şəxsi kabinetinə
məlumat göndərilir.
Övladını digər məktəbə
dəyişmək istəyən
valideyn (digər qanuni nümayəndə),
ilk növbədə, www.sy.edu.az portalına daxil olaraq elektron sistemdə şəxsi kabinet yaratmalı və övladını qeydiyyatdan keçirməlidir. Vətəndaş şəxsiyyət vəsiqəsinin
FİN kodunu (xarici ölkənin vətəndaşları
miqrasiya sənədinin
seriya nömrəsini)
daxil etdikdən sonra əldə olunmuş məlumatları
təsdiq edir, daha sonra istifadə
etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə
daxil olan SMS-də göstərilmiş
təsdiq kodunu müvafiq açılan pəncərəyə daxil
edir və qeydiyyat tamamlanır.
Valideyn
FİN və ya
UTİS kodu ilə övladının qeydiyyatını
tamamlayır.
Nazirlikdən bildirilib ki, yerdəyişmə sorğusuna
imtina verilə bilər. Sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu
halda valideyn tərəfindən həmin
siniflərə seçim
mümkün olmur.
Xarici dil, təmayül istiqaməti uyğun gəlmədikdə imtina verilə bilər. İstisna hallar olduqda sorğu şəhər (rayon) təhsil
şöbələri tərəfindən
təsdiq edilə bilər.
X-XI sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsinə
I-IX sinif şagirdlərinin
bir məktəbdən
digərinə yerdəyişməsi
zamanı olan prosedur əsasında ailəsi ilə birlikdə yaşayış
yerini (rayonu, şəhəri) dəyişdiyi
halda (yerdəyişmənin
məqsədəuyğunluğu müvafiq sənədlər
əsasında elektron
sistemdə və ya R(Ş)TŞ(İ) tərəfindən təsdiq
edildikdə) yol verilir.
Şagirdlərin ölkədən xaricə
və ya xarici ölkələrdən
Azərbaycanın məktəblərinə
yerdəyişməsi valideynlərin
(digər qanuni nümayəndələrin) ərizələrinin
qeydiyyatı aparılmaqla
sistem vasitəsilə
həyata keçirilir. Valideyn
ilk əvvəl yerdəyişmə
etmək istədiyi məktəbə yaxınlaşaraq
övladının "Ümumi
təhsil informasiya"
alt sisteminə daxil
edilməsi üçün
müraciət etməlidir.
Məktəb həmin uşağı
bazaya daxil etdikdən sonra valideynə övladının
UTİS kodunu təqdim
edir. Daha sonra valideyn
adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində
qeydiyyatdan keçərək
sorğu yerləşdirir.
Valideyn (digər
qanuni nümayəndə)
övladının işğal
olunmuş ərazilərin
yerli təhsili idarəetmə orqanlarının
tabeliyində olan məktəbə (bundan sonra - məcburi köçkün məktəbi)
yerdəyişməsi üçün
sorğu yerləşdirərkən
onun məcburi köçkün olması
elektron sistem vasitəsilə yoxlanır.
Valideynin məcburi köçkün
olmasını təsdiq
edən sənəd elektron sistemdə müəyyən edilməzsə,
bu barədə müvafiq sənəd skan olunmuş şəkildə sistemə
yerləşdirilir.
Məcburi köçkün ailəsindən
olmayan uşaqların
məcburi köçkün
məktəblərinə yerdəyişməsinə
yol verilmir. Vaxtilə məcburi
köçkün məktəblərinə
qəbul edilmiş məcburi köçkün
ailəsindən olmayan
şagirdlər bu və ya digər
səbəblərdən məktəbi
dəyişmək istədikdə
onlar təhsillərini
yalnız yerli məktəbdə davam etdirə bilərlər.
Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə
yerdəyişməsinə yalnız həmin köçkün məktəbindən
ən azı 2 kilometr məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi
halda razılıq verilir.
Təhsil eksperti Nadir İsrafilov deyir ki, şagird yerdəyişmələrinin elektronlaşdırılması müsbət haldır: "II və XI sinif şagirdlərinin bir məktəbdən digər məktəbə keçirilməsinin elektronlaşdırılması bu sahədə olan qeyri-şəffaflığın qarşısını alıb. 2019-2020-ci tədris ilindən həyata keçirilən bu prosesin yalnız müsbət tərəfləri var. Bir sıra hallarda şagird köçürmələri ciddi problemlərlə, bəzi məktəb direktorlarının yaratdığı süni əngəllərlə müşayiət olunurdu. Yəni valideyn müraciətlərinə onlar "yer yoxdur" cavabını verir, valideyn və şagirdlərə qarşı haqsızlıq edirdi, onları get-gələ salırdı. Bu problemlər vardı. Əlbəttə, bu da müəyyən hallarda şagirdin təhsildən yayınmasına səbəb olurdu. Yəni şagird sənədlərini məktəbdən alıb gedirdi və yenidən məktəbə qayıtmırdı. Ancaq indi bu proses elektronlaşdırma vasitəsilə mərkəzləşdirilmiş qaydada həyata keçirilməyə başlayıb. Bu problem də aradan qalxıb".
Nadir İsrafilov qeyd edib ki, şagirdlərin ümumi təhsil müəssisələrinə elektron qaydada yerdəyişməsinin tətbiq edilməsində əsas prinsiplər - şəffaflıq, səmərəlilik, keyfiyyətlilik və hesabatlılıqdır.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə əsasən, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir. Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradır.
Professor bildirib ki, şagirdlərin ümumi təhsil müəssisələrinə elektron qaydada yerdəyişməsi təhsilin inkişafı üzrə dövlət strategiyası çərçivəsində həyata keçirilən işlərin tərkib hissəsidir: "Elektron xidmət ölkənin bütün ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin bir məktəbdən digər məktəbə yerdəyişməsini və ya eyni məktəb daxilində sinfinin dəyişdirilməsi məqsədilə müraciətlərini qeydə alan, bu müraciətlərin elektron qaydada baxılmasını və icra edilməsini təmin edən elektron xidmətdir. Bu elektron xidmətin yaradılmasında başlıca məqsəd şagirdlərin hərəkəti prosesinin elektron qaydada avtomatlaşdırılması və nəticədə mümkün qədər insan faktorunun azaldılması, prosesin sadələşdirilməsi və vətəndaş məmnuniyyətinin təmin edilməsidir. Sistem məktəb məlumatlarının əldə olunması, yerli idarəetmə orqanları üçün nəzərdə tutulan interfeys, valideyn interfeysi, qeydiyyat, uşağın qeydiyyatı, yeni sorğunun yerləşdirilməsi, özəl məktəblərə keçid halı, gözləmə menyusu, sorğunun cari statusunu görmək imkanı, onlayn dəstək kimi funksionallıqlardan ibarətdir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 6 avqust.- S.11.