Azərbaycanlı violin ifaçısı
İsveçrədə opera festivalında orkestrin konsertmeysteri seçilib
İlk dəfə olaraq azərbaycanlı violin ifaçısı,
Prezident təqaüdçüsü,
İsveçrə Konfederasiyasında
master-solist pilləsində
təhsil alan, beynəlxalq müsabiqələr
laureatı Cəmilə
Qarayusifli İsveçrə
konfederasiyasının Martini şəhərində yerləşən
qədim amfiteatrda təşkil edilən 5 konsert proqramından ibarət opera festivalının
"L'Opera Du Rhöne"
adlı layihəsinin orkestr konsertmeysteri seçilib.
AZƏRTAC xəbər verir ki, keçirilən
opera festivalının konsertlərindən
biri tamaşaçılar
tərəfindən alqışlarla
qarşılanıb. Avqustun
10, 13, 17 və 20-də isə
növbəti konsert proqramları təqdim olunacaq.
Layihədə dünyaşöhrətli vokal ifaçıları və opera teatrlarının
aparıcı solistləri
Brigitte Torney, Delphine Gillot, Marc Mazuir, Jeremie Schütz və dirijor Sebastian Bagnoud iştirak edirlər.
Qeyd edək
ki, bütün konsertlərə biletlər
artıq satılıb.
525-ci qəzet.- 2022.- 10 avqust.- S.8.