Bakıda Abay Günü münasibətilə xatirə tədbirləri
keçirilib
Avqustun 10-da Bakıda
Abay Kunanbayev küçəsində böyük
qazax şairi və mütəfəkkiri
Abay Kunanbayevin anadan olmasının 177 illiyi münasibətilə
tədbir keçirilib.
525.az xəbər verir ki, xatirə
tədbirdə yaradıcı
ziyalılar, abayşünas
alimlər və yazıçılar iştirak
ediblər.
Əvvəlcə tədbir iştirakçıları
Abayın xatirə lövhəsinin önünə
gül dəstələri
qoyub, onun xatirəsini ehtiramla anıblar.
Qazaxıstan Azərbaycandakı səfiri
Serjan Abdıkarimov qonaqları Abay Günü münasibətilə
təbrik edərək
bildirib ki, onun misilsiz yaradıcılıq
irsi qazax xalqının gələcək
nəsillər üçün
daim əhəmiyyəti
kəsb edən mənəvi sərvətidir. Səfir Abayın
mənəvi düsturu
olan “Adam bol!” (Adam ol!) fikrinin mahiyyəti, onun humanizmə, əməksevərliyə və
maarifçiliyə çağırışları
haqqında söz açıb. Qeyd edib ki, onun ən yaxşı
tələbələri sonradan
qazax əhalisinin öz torpağa sahib olma hüququ, özünüidarəetmə, dilin qorunması, milli mədəniyyəti və ənənələri
uğrunda mübarizə
aparan “Alaş” partiyasını və Alaş muxtariyyətını
yaradıblar.
Diplomat Abayın əsərlərinin
Azərbaycan dilinə
tərcümə edilməsi
ilə bağlı uzunmüddətli işə,
bütün türk dünyası və dünya ədəbiyyatı
üçün əhəmiyyət
kəsb edən onun irsinə qarşı hörmət və sevgiyə görə abayşünaslara
minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən
natiqlər diqqətə
çatdırıblar ki,
Abay xalqını xoşbəxtliyə və
rifaha aparan, onlara düzgün yol göstərən dahi övladdır, alimdir və qazaxların fəxridir, onun yaradıcılığı
isə bütün bəşəriyyətə, o cümlədən
qardaş Azərbaycan
xalqına da mənsubdur.
Aksiya geosiyasət,
din, ədəbiyyat və
incəsənət problemlərini
araşdıran məşhur
Azərbaycan tarixçisi,
publisisti və teoloqu Teymur Atayevin “Abayın dahiliyi və ya XXI əsrdə mütəfəkkir portretinin
yaratmaq cəhdi” kitabının təqdimatı
ilə davam edib. Bu nəşrdə Abayın məşhur “Qara söz” əsəri təhlil edilir. Müəllif qazax tarixinin
şanlı səhifələrinin
və Abayın tərcümeyi-halından gələn
mühüm epizodların
onun şəxsiyyətini
necə formalaşdırdığını
və bununla görkəmli maarifçinin
qazax düşüncəsinə
əvəzsiz töhfələr
verdiyini dərk etməyə çalışır.
Sözügedən kitabın təqdimatı Qazaxıstanla Azərbaycan
arasında diplomatik münasibətlərin qurulmasının
30 illiyinin qeyd edilməsi çərçivəsində
Bakıda Dənizkənarı
Bulvarda quraşdırılan
qazax yurtasında baş tutub.
Tədbir Abayın şeirləri və musiqisi əsasında yazılan məşhur mahnıların
və musiqi əsərlərinin ifası
ilə tamamlanıb. Qonaqlar
həmçinin ənənəvi qazax
xörəklərib, Qazaxıstanın müasir
inkişafı, mədəni və turizm cəhətdən
görməli yerləri haqqında videoçarxı izləyiblər.
525-ci qəzet.- 2022.- 11 avqust.- S.5.