Azərbaycanın ilk hərbi naziri: Xosrov bəy Sultanov

 

 

Rusiya İran arasında aparılmış  müharibələrin sonunda bağlanmış Gülüstan Türkmənçay müqavilələri Azərbaycan xalqının tarixində faciələrə Azərbaycan torpaqlarının parçalanmasına səbəb olmuşdur. Nəticədə Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə qatıldı. Türkmənçay müqaviləsindən dərhal sonra Rusiya  imperatoru I Nikolay 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan Naxçıvan xanlıqları ərazisində "Erməni vilayətinin" yaradılmasını elan etdi. Rus-türk müharibəsinin (1828-1829-cu illər) gedişində müharibədən sonra Azərbaycana yeni erməni axını başladı. Azərbaycan ərazilərinə ermənilərin yerləşdirilməsi XX əsrin əvvəllərində davam etdirildi. Təkcə 1904-1905-ci illərdə qonşu ölkələrdən 45 min erməni Cənubi Qafqaza gətirilərək məskunlaşdırıldı. 1915-ci ilin martında keçirilən Eçmiadzin kilsə qurultayında Türkiyə İrandan köçürülərək Cənubi Qafqaza yerləşdirilən  ermənilərin sayının 60 min nəfər olduğu vurğulanırdı.

Təkcə 1915-ci ilin iyul ayında Qafqaz canişininin sərəncamına əsasən, Cavanşir Şuşa qəzalarına 24 min erməni yerləşdirildi. Azərbaycan torpaqlarında məskunlaşdığı  gündən etibarən bu ərazilərdə "böyük Ermənistan" dövləti yaratmaq planını gerçəkləşdirməyi qarşılarına məqsəd qoyan ermənilər fevral oktyabr inqilablarından sonra Rusiyadakı siyasi vəziyyətdən öz mənafeləri üçün istifadə edərək, bolşevizm bayrağından bəhrələnməyə başladılar. Bakı Kommunası əksinqilabçılara qarşı mübarizə  şüarı altında 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda digər ərazilərdə azərbaycanlıların tamamilə məhv edilməsi  kimi cinayətkar planın icrasına həyata  keçirirdilər. Həmin günlərdə ermənilərin  törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına həkk olunmuşdur. Milli mənsubiyyətinə görə minlərlə azərbaycanlı qətlə yetirilmiş, evlər yandırılmış, insanlara diri-diri od vurulmuşdur. Milli arxitektura abidələri, məktəblər, xəstəxanalar, məscidlər digər tikililər dağıdılmış, xarabalığa çevrilmişdir.

Təxminən 120 ilədək davam edən Rusiya əsarətindən xilas olan Azərbaycan xalqı 1918-ci il mayın 28-də Şimali Azərbaycanda  yeni müstəqil dövlət yaratmağa müvəffəq oldu. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bütün tarixi ərazisində öz siyasi hakimiyyətinin bərqərar edilməsinə çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin sülhsevər siyasətinə baxmayaraq, ermənilər Qarabağda hakimiyyətə nail olmaq üçün əvvəllər başladıqları soyqırımı siyasətini davam etdirirdilər. 1918-ci ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronun quldur dəstələri vasitəsilə dövlət səviyyəsində dinc əhali kütləvi şəkildə  məhv edilmiş, kəndlər yandırılmış, tikililər  milli-dini abidələr dağıdılmışdır.  Cümhuriyyət hökuməti yaranmış vəziyyəti nəzərə alaraq, 1919-cu il yanvarın 13-də "Cavanşir, Şuşa, Cəbrayıl Zəngəzur  qəzalarına general-qubernator təyin edilməsi haqqında" qərar qəbul etmişlər. Yanvarın 15-də Milli Şuranın iclasında qəzalara  müvəqqəti general-qubernatoru vəzifəsinə əslən Qarabağdan olan, bu əraziyə onun əhalisinə yaxşı bələd olan Azərbaycan Cümhuriyyətinin ilk yaradıcılarından onun birinci hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanov təyin edilmişdir.

Xosrov bəy Sultanov 1879-cu ilin may ayında Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin, Qasımuşağı obasının Qurddağı kəndində (Laçın rayonu) anadan olmuşdur. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almış Xosrov bəy 1918-ci ilin 28 mayında Müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan  ərazisində demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından İstiqlal bəyannaməsinə imza atan 26 ictimai-siyasi xadimdən biri  olmuşdur. O, Xalq Cümhuriyyətinin həmin gün təşkil edilmiş birincihökumət kabinetində hərbi nazir postunu tutmuş   Zaqafqaziya Seyminin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü  olmuşdur.

1918-ci ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronun  quldur dəstələri  vasitəsilə dövlət səviyyəsində azərbaycanlılara qarşı  soyqırımı siyasətini həyata keçirməyə başlamışdır. Azərbaycan Xalq  Cümhuriyyəti hökumətinin 29 yanvar 1919-cu il tarixli qərarı ilə Şuşa, Zəngəzur,  Cəbrayıl Cavanşir qəzalarında Qarabağ  general-qubernatorluğunun təsis edilməsi Xosrov bəy Sultanovun general-qubernatoru vəzifəsinə təyinatını Ermənistan hökuməti tərəfindən narazılıqla qarşılanmışdır. Çünki  Zəngəzur Qarabağın erməni-daşnak quldur qüvvələrindəntəmizlənməsində  həmin bölgələrdə əmin-amanlığın  yaradılmasında Xosrov bəy onun qardaşı Sultan bəyin müstəsna xidmətləri olmuşdur. Bu qardaşların ermənilərə qarşı mübarizə apardığını yaxşı bilən ermənilər, erməni mətbuatı Xarici İşlər Nazirliyi bir çox  dövlətlərə müraciət edərək öz narahatlıqlarını bildirmiş, hətta onlar  Qarabağ general-qubernatorluğunun ləğv  olunması üçün xarici havadarlarından kömək istəmişlər. Buna cavab olaraq 1919-cu il iyunun 18-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan hökumətinin Qarabağdakı fəaliyyətinə erməni hökumətinin müdaxilə etməsinin yolverilməz olduğunu bildirən təcili diplomatik məlumatı Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi  M.X.Təkinskiyə ünvanlamışdır. Həmin  təcili diplomatik məlumatda qeyd edilirdi: "Ermənistan hökumətinə bildirin ki, Sultanov 1919-cu il yanvarın 15-də Azərbaycan hökumətinin qərarı ilə təyin edilmişdir. X.Sultanov Azərbaycanın  şübhəsiz ayrılmaz hissəsi olan Şuşa, Zəngəzur, Cəbrayıl Cavanşirqəzalarının general-qubernatoru kimi müttəfiqlərin komandanlığı tərəfindən aprelin 3-də rəsmi olaraq tanınmışdır. Bu səbəbdən erməni  hökumətinin Sultanovun fəaliyyətinə yaxud Azərbaycan qoşun hissələrinin Qarabağda olmasına dair etirazları Azərbaycan Respublikasının daxili işlərinə  müdaxilə kimi qiymətləndirilir bunun müzakirəsinə yol verilmir. Şuşa rayonunda baş vermiş iğtişaşlara gəldikdə isə qeyd edirik ki, general-qubernatorun gördüyü ciddi tədbirlər nəticəsində nizam-intizam bərpa edilmiş həyat məcrasına  düşmüşdür".

X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən ünvanladığı müraciətdə başçılıq edəcəyi qurumun  fəaliyyəti haqqında xalqı bilgiləndirdiyi 1919-cu ilin 11 fevralında "Azərbaycan"  qəzetində çap olunan yazı belə adlanırdı: "Müvəqqəti general-qubernator Xosrov bəy Sultanovun Zəngəzur, Şuşa, Cavanşir Cəbrayıl qəzalarının əhalisinə müraciətində yazılırdı: "Azərbaycan hökumətinin yanvar  ayı qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə  tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi - 4 qəza - artıq bir ilə  yaxındır ki, anarxiya ucbatından dağılır.  Şəxsi firavanlığı yüksək ideal sayan  məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar".

Xosrov bəy Sultanov general-qubernator  vəzifəsinə başlayanda bölgədə acınacaqlı  durum var idi. O, 1919-cu ilin fevralında Şuşaya gələrək, vəzifəsinin icrasına başladı. Azərbaycan hökumətinin qəti addımlarından narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. Ermənistan Respublikasının etirazına,  ingilis amerikanlarla gərgin  münasibətlərə baxmayaraq, Qarabağda  qarşıya qoyulan vəzifələrin həlli sahəsində mühüm işlər görüldü.Ermənilər isə  Qarabağda etnik təmizləmə siyasətini  davam etdirməyə cəhd göstərir, Cavanşir, Şuşa, Cəbrayıl Zəngəzur qəzalarında  azərbaycanlılara qarşı aramsız olaraq qırğınlar törədirdilər. General-qubernator  X.Sultanov separatçılara qarşı qətiyyətlə  mübarizə aparırdı.

 

(Ardı var)

Lətafət BEYBUTOVA

 

525-ci qəzet.- 2022.- 16 avqust.- S.7.