Azərbaycanın ilk hərbi
naziri: Xosrov bəy Sultanov
(Əvvəli ötən sayımızda)
Xosrov bəy Sultanovun 1919-cu ilin fevralın 15, 16 və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə
müşavirəsində məlum
olurdu ki, indiyədək Zəngəzurda 166 kənd
dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdi. Qarabağda və Zəngəzurda erməni-daşnak quldur qüvvələri əmin-amanlığın
pozulması istiqamətində
ciddi-cəhdlə öz
fəaliyyətlərini davam etdirməsinə
baxmayaraq, Azərbaycan
hökumətinin və
Xosrov bəy Sultanovun rəhbərliyi ilə Qarabağ Qubernatorluğunun həyata
keçirdiyi əks tədbirlər nəticəsində
erməni-daşnak quldur
qüvvələrinin təcavüzkar
fəaliyyətlərinin qarşısını
almaq mümkün oldu. Lakin 1919-cu il martın
21-də quldur erməni-daşnak
hərbi dəstələri
Qarabağa yeganə keçid olan Əsgəran keçidini
ələ keçirə
bildilər. Amma Xosrov bəyin başçılıq etdiyi
Azərbaycan əsgərləri daşnak
generalı Dronun quldur dəstələrini
darmadağın edərək
Xankəndi və Şuşanı geri aldı.
Xosrov bəy Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda isə (1919-cu ilin iyununda) Şuşaya gizli yolla silah
aparan erməni milli şurasının üzvləri həbs edilərək Qarabağ ərazisindən
çıxarılmışdı. X.Sultanov Qarabağda daşnak Andronik başda olmaqla, erməni quldur dəstələrilə amansız
mübarizəyə başladı,
təhlükəli yerlərdə
milli ordunun əsgərlərindən ibarət
mühafızə dəstəsi
yaratdı, erməni milli şurası üzvlərinin
Azərbaycandan çıxarılmasına
nail oldu. Azərbaycan hökumətinin hərbi və diplomatik tədbirləri nəticəsində
martın axırlarında
- apreldə ermənilərin
Qarabağdakı düşmənçilik
fəaliyyətinin qarşısı
alındı.
Həmin
mübarizənin nəticələrindən
biri idi ki, 1919-cu il
iyunun 5-də erməni
milli şurasının
qatı irticaçı
üzvləri ingilis komandanlığı nümayəndəsinin
müşayiəti ilə
Şuşadan Tiflisə
sürgün edildi. Azərbaycan batalyonu iyunun 6-da Şuşanın ermənilər
yaşayan hissəsindəki
kazarmalarda yerləşdirildi.
Həyata keçirilmiş tədbirlər nəticəsində
avqustun 15-də ermənilər
Azərbaycan Hökuməti
ilə saziş imzaladılar və onlar ermənilər yaşayan ərazilərin
Azərbaycanın tərkib
hissəsi olduğunu qəbul etdilər. 2
sentyabr 1919-cu il tarixli "Azerbaydjan" qəzetində dərc olunmuş məlumatda qeyd edilirdi ki, Şuşikənddə
8 gün davam etmiş 7-ci erməni qurultayının nümayəndələri
Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun yanına gələrək Qarabağın
dağlıq hissəsinin
Azərbaycan hakimiyyətini
tanıması haqqında
indiyədək həll
olunmamış
məsələni sülh
yolu ilə həll etmək istədiklərini bildirdilər.
Xosrov bəy Sultanovun
yanına qurultay nümayəndələri ilə
birgə erməni ruhaniləri də gəlmişdilər. Danışıqlar
iki gün davam etmiş və nəhayət, danışıqların mətninin
aşağıdakı layihəsi
əldə
edilmişdir: mövcud
toqquşma cərəyanlarının Qarabağda məskunlaşmış xalqlar
üçün fəlakətli
olduğunu, Qarabağ
məsələsinin istənilən
həllində ermənilər
və müsəlmanların
birgə yaşamalı
olacaqlarını nəzərə
alaraq Qarabağ ermənilərinin VII
qurultayının 15 avqust
1919-cu il tarixli səhər iclasında Azərbaycan Respublikası hökuməti
ilə müvəqqəti
razılığın əldə
olunması haqqında
qərar qəbul edildi. İyirmi altı bənddən ibarət həmin müqavilədə o cümlədən
qeyd edilirdi: "Qarabağın, Şuşa,
Cavanşir və Cəbrayıl qəzalarının
dağlıq hissəsində
məskunlaşmış ermənilər
özlərinin Azərbaycan
Respublikası ərazisində
olduqlarını qəbul
edir. Qarabağ qubernatorluğu nəzdində
6 nəfərdən: üç
erməni və üç müsəlmandan
ibarət şura təsis edilir.
Millətlərarası xüsusiyyətlərə malik bütün prinsipial məsələlər əvvəlcə şurada müzakirə edilmədən həyata keçirilə bilməz. Qarabağ erməniləri mədəni muxtariyyat hüququndan istifadə edir, Azərbaycan Respublikası hökuməti erməni milli şurasının fəaliyyətinə müvəkkil edilmiş ermənilər vasitəsilə nəzarət edir. Azərbaycan Respublikası hökuməti dağıdılmış müsəlman və erməni kəndlərinin tezliklə bərpa edilməsi işinə yardım göstərir" və s. Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının Qarabağda suveren hüquqları bərpa edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi: "Qarabağ məsələsi adlandırılan məsələ qəti şəkildə həll edildi. VII erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq barədə general-qubernator Xosrov bəy Sultanovla saziş bağladılar". Azərbaycan Respublikası hökuməti Qarabağda normal həyatın bərpa olunması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı - diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır".
Qarabağda hadisələrin bu yöndə inkişafında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkarlıq planlarını həyata keçirməyə hazırlaşan Sovetlərin və bolşeviklərin ölkə daxilində apardığı pozuculuq-təxribatçılıq işləri də mühüm rol oynadı. Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundansonra Qarabağ general-qubernatorluğunun fəaliyyətinə də son qoyuldu. Həmin ilin sentyabrında Azərbaycan hökuməti burada yaşayan ermənilərə mədəni muxtariyyət verdi. Xosrov bəy Sultanov Aprel işğalından sonra mühacirətdə yaşamış, "İttihad" partiyasının liderlərindən biri kimi partiyanın xarici ölkələr bürosunu formalaşdırmağa və ittihadçıları bir təşkilat ətrafında cəmləşdirməyə çalışmışdır.
Xosrov bəy Sultanov 1920-ci ilin 27 aprelində
Azərbaycan Rusiya bolşevikləri tərəfindən
işğal edildikdən sonra
Türkiyəyə getmiş,
çətin mühacirət həyatı
yaşamışdır. O, Azərbaycanın
azadlığı mübarizəsini
Türkiyədən başqa, İranda, Fransada, Almaniyada davam etdirmişdir. O,
1926-cı ildə Parisdən İrana gedərək,
burada
İttihadın Tehran və Təbriz komitələrini
yaratmışdı. 1936-cı ildə Türkiyəyə
qayıtmış və Trabzonda, İstanbulda yaşamışdır.
1943-cü ildə, yanvar ayının 7-də
dünyasını dəyişmişdir. Məzarı İstanbulun "Fəriköy" qəbiristanlığındadır.
Milli-mənəvi dəyərlərimizin qoruyucusu
olan Milli Azərbaycan Tarixi
Muzeyinin Sənədli Mənbələr Fondunda Xosrov bəy Sultanovun
foto-şəkli qorunur. Qrup halında olan şəkildə
AXC qurucularının da şəkli əks
olunub. Bundan başqa, fondda AXC parlamenti bitərəflər
fraksiyasının bəyanatı
mühafizə olunur, hansı ki bu sənəddə Xosrov bəy Sultanovun da imzası var.
Lətafət BEYBUTOVA
Quba
şəhər "Soyqırımı Memorial Kompleksi"
Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin
müdiri
525-ci qəzet.- 2022.- 17 avqust.- S.7.