Vandalizmin daha bir nümunəsi: ermənilər
Laçın meşələrini yandırır
İşğal
zamanı Laçının Zabux və Sus kəndlərində
qanunsuz məskunlaşdırılmış ermənilər
avqustun 25-nə qədər Laçın şəhərini və
ətraf kəndlərini boşaltmalıdırlar. Köç prosesi artıq başlanıb. Bu əsnada
ermənilərin yaşadıqları
evləri yandırmaları
diqqət çəkir.
Bu, vandalizmin növbəti
nümunəsi olmaqla yanaşı, həm də həmin evlərin ermənilərə
məxsus olmadığını
göstərir. Qarşı tərəf
hər nə qədər tarixi saxtalaşdırmağa çalışsa
da, fakt faktlığında qalır.
İnsan
öz evini, yurd-yuvasını necə
yandıra bilər ki? Azərbaycanlılar
30 il əvvəl
bu torpaqlardan çıxarkən bir dənə də olsun evə ziyan vurmamışdılar.
Çünki ora bizimdir.
Ermənilər isə bu əməlləri ilə özlərini ifşa edirlər.
Ermənilərin Laçın meşələrinə
od vurmaqla
heç bir beynəlxalq hüquqa əhəmiyyət vermədiklərini
göstərmiş olurlar.
Çünki meşələrin yandırılması birbaşa
insanlığa qarşı
qəsd, ekoloji terrordur. Görünür, şovinist düşüncəli
erməniləri özlərindən
başqa kimsə düşündürmür. Tarixən özgə torpaqlarında
məskunlaşmış ermənilər
üçün, bəlkə
də, bundan - terrorizmdən, vandallıqdan
daha asan nə isə yoxdur.
Əslində Azərbaycan ərazisində
məskunlaşmış ermənilərin
analoji hərəkətləri
artıq adi hal alıb. Onlar 44 günlük
Vətən müharibəsi
ərzində də işğaldan azad olunan ərazilərdə çoxlu sayda əmlaka ziyan vurublar.
Ekologiya
və təbii sərvətlər nazirinin
müavini Firdovsi Əliyev deyir ki, son günlər Laçın və Xocalı meşələrinə
ermənilər tərəfindən
od vurulmasını nümayiş etdirən görüntülərdə əks
olunanları qətiyyətlə
pisləyir və bu hərəkətləri
təbiətə qarşı
cinayət və ekoloji terror kimi qiymətləndiririk: "Ermənistanın
Azərbaycana qarşı
ekoloji terrorunun, təəssüf ki, bu gün də
davam etməsinin şahidiyik. Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış
ermənilər təkcə
xalqımıza qarşı
deyil, eyni zamanda təbiətimizə
və təbii sərvətlərimizə, bütövlükdə
isə bəşəriyyətə
qarşı ekoloji
terror aktını həyata
keçirməkdə davam
edirlər. İşğal
dövründə Cəbrayıl,
Zəngilan, Qubadlı,
Kəlbəcər, Şuşa
meşələrini yandırmaqla
kifayətlənməyən ermənilərin, indi də Xocalı və Laçın ərazisindəki meşə
ərazilərimizi yandıraraq
ətraf mühitə
qəsdən zərər
vurması, bu ərazilərin onlara məxsus olmadığını
göstərməklə bərabər,
təbiətə düşmən
münasibətin birbaşa
təsdiqidir. Bu hadisə tərəfimizdən
daha detallı araşdırılacaq və
mövcud faktlar beynəlxalq hüquqa müvafiq olaraq qiymətləndiriləcək".
Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib ki, 2020-ci il 10 noyabr tarixində üçtərəfli Bəyanatın
müvafiq bəndlərinə
uyğun olaraq Laçın rayonu və onun ətrafında
olan ərazilər Azərbaycan Respublikasına
təhvil verilməli idi. Bu proses hazırda yekunlaşmaq üzrədir və 2022-ci
ilin avqust ayının sonuna kimi həmin ərazidə qanunsuz məskunlaşmış insanlar
kimliyindən asılı
olmayaraq bölgədən
çıxarılmalıdır.
Laçın rayonu və ətraf kəndlərdə
30 ilə yaxın müddətdə qanunsuz yaşamış bu şəxslər ərazini
tərk edərkən
ətrafdakı uzun əsrlik meşələri
yandırır və ekoloji terror törədirlər. İşğal
dövründə Topxana
meşələrindən başlayaraq
Cəbrayıl, Zəngilan,
Qubadlı, Kəlbəcər,
Şuşa meşələrini
yandıran, üçtərəfli
Bəyanatdan sonra Kəlbəcər və digər ərazilərimizdən
çıxarkən meşələri,
evləri, tarixi-mədəni
abidələri məhv
etməklə kifayətlənməyən
ermənilər indi də Laçın ərazisindəki meşə
ərazilərimizi yandıraraq
ətraf mühitə
qəsdən zərər
vururlar: "Azərbaycan
ərazilərində qeyri-qanuni
məskunlaşmış ermənilərin
Laçın və ətraf ərazilərdə
ekoloji-terror törətməsi
hər birimizi narahat edir. Bu
konfliktin başlanğıcı
ötən əsrin
80-ci illərinin sonlarında
Topxana meşələrində
qoyulub. Topxana meşələrinə tutulan divan hər kəsin yadındadır.
Otuz il
ərzində isə vaxtilə işğalda olan torpaqlarda təbii ehtiyatlar vəhşicəsinə talan
edilib, flora və faunaya zərər vurulub, çaylar çirkləndirilib. Onlar bu torpaqları tərk edəcəklərini bildikləri
üçün hər
növ vandallığa
əl atıblar.
Son günlərdə baş verən hadisələr isə ermənilərin Azərbaycan
xalqına olan nifrətinin müxtəlif
üsullarla ifadəsidir".
Onun sözlərinə görə,
44 günlük Vətən
müharibəsindən sonra
Azərbaycan Ağdam,
Kəlbəcər, Laçın
ərazilərində qeyri-qanuni
məskunlaşan ermənilərin
həmin rayonları təhlükəsiz şəkildə
tərk etmələri
üçün vaxt verdi. Lakin onlar
humanist davranışın cavabı olaraq meşələri, evləri
yandırdı, minalar
basdırdılar. Bu da
onların xislətinin
bariz göstəricisidir:
"Son zamanlar Laçın
və ətraf ərazilərdə yandırılan
meşələr onu göstərir ki, ermənilər öz patoloji nifrətini müxtəlif yollarla ifadə edirlər. Hətta yeni istehsal edilən
minalar da basdırılıb. Kiçik bir
ərazidə 1000-ə yaxın
mina aşkarlanıb. Ən maraqlısı
odur ki, bütün bunlar 44 günlük Vətən müharibəsindən sonra
baş verib. Laçını tərk edənlər
evlərini də yandırıblar. Çox təəssüf
ki, beynəlxalq təşkilatlar yenə də susurlar".
Millət
vəkili Vüqar Bayramovun dediyinə görə, 1992-ci il Ermənistan işğalı
nəticəsində Laçın
rayonunda 13,8 min, o cümlədən,
Laçın şəhərində
1340, Zabux kəndində
isə 100 ev dağıdılaraq məhv
edilmişdi. İndi ermənilər Zabux kəndində 30 il
işğal altında
saxladıqları evləri
yandırırlar. Bu evlərin
bir qismi işğaldan əvvəl
Laçın sakinlərinin,
digər qismi isə azərbaycanlıların
dağıdılmış evlərinin yerində erməni lobbisinin 2013-cü
ildə inşa etdikləridir: "30 ilə
yaxın azərbaycanlı
evində qalan erməni ailələri avqustun 25-dək tərk etməli olduqları ərazilərdə evləri
yandırıb gedirlər.
Rayonun işğalı
nəticəsində 1 şəhər,
1 qəsəbə, 125 kənd,
13745 fərdi yaşayış
evi, 48 sənaye, 63 kənd təsərrüfatı
obyekti, 109 təhsil,
142 səhiyyə, 217 mədəni-maarif
müəssisəsi, 460 ticarət
obyekti, 30 rabitə qovşağı ermənilər
tərəfindən dağıdılaraq
yandırılıb".
Vüqar
Bayramov Laçın rayonu, o cümlədən,
Laçın şəhəri
və Zabux kəndinin yenidən qurulacağını qeyd edib: "Çox tezliklə həmin torpaqların əsl sahibləri öz ata-baba yurdlarına qayıdacaqlar".
Millət vəkili Aydın Hüseynovun sözlərinə
əsasən, Laçını
tərk edən ermənilər yenə də evləri yandırır, ekologiyaya, ətrafa ciddi ziyan vururlar. Bütün
bunlar ermənilərin
ümumən xislətidir:
"Biz dəfələrlə Qarabağda onların hansı vandanlıqları
törətdiklərinin şahidi
olduq. Ermənilərin bu əməllərini
dünya ictimaiyyəti
də gördü.
Nəticə etibarilə
ermənilər bir daha sübut etdilər ki, həqiqətən də nə 30 il
ərzində yaşadıqları
evlər, nə də üzərində yaşadıqları torpaq
onlara aiddir. Bu gün Azərbaycanın
gücü və qüdrəti var. Bu gün
dövlətimiz Qarabağda
bərpa-quruculuq işlərini
həyata keçirir və bundan sonra da keçirəcək.
Ancaq ermənilər unutmasınlar
ki, onlar oradan mütləq çıxacaqlar. Əgər öz
üzərlərinə götürdükləri
tələbləri yerinə
yetirməsələr, "dəmir yumruğu" yenidən görəcəklər. Azərbaycanın öz suveren
hüquqlarının qorumalıdır
və beynəlxalq hüquq da buna
imkan verir".
Baş Prokurorluq
ermənilərin Laçın
və Xocalıda meşələri yandırması
ilə bağlı cinayət işi açıb.
Prikurorluqdan verilən məlumatda vurğulanıb ki, bir sıra media və sosial şəbəkə səhifələrində Azərbaycanın Laçın, Xocalı və digər rayonlarında ekoloji mühiti çirkləndirməklə ekosistemə zərər vurmaq məqsədilə müxtəlif yandırıcı material və maddələrdən istifadə edilərək meşələrin, yaşayış evlərinin yandırılmasını əks etdirən videogörüntülər və fotolar yayılıb. Yayımlanan məlumatlarla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən dərhal araşdırmalara başlanaraq həmin cinayətlərin kimlər tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilib: "İlkin araşdırmalarla həmin yanğın hadisələrinin Azərbaycanın Laçın, Xocalı rayonlarının ərazisində törədilməsi və qısa müddətdə yanğınların lokallaşdırılaraq ətraf ərazilərə yayılmasının qarşısının alınması müəyyən edilib. Qeyd olunan faktlarla bağlı İstintaq idarəsində Cinayət Məcəlləsinin 282.1 (təxribat) və 186.2.2-ci (yandırmaqla və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla hazırda təxirəsalınmaz istintaq hərəkətlərinin icrası davam etdirilir. Azərbaycan Respublikasının ərazilərində "Canlı təbiətin və təbii mühitin qorunması haqqında" 1979-cu il tarixli Avropa konvensiyanın tələblərini kobud şəkildə pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə təbii sərvət hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ekoloji terrorçuluq törədənlərin müəyyən edilərək cinayət məsulliyətinə cəlb edilməsi istiqamətində qanunamüvafiq bütün tədbirlər görüləcəkdir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 19 avqust.- S.6.