Azərbaycançılıq ideyasının təbliği: görülən işlər, əldə olunan nəticələr

 

Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini sosial hüquqlarının bərabərliyi ideyası dayanır.  Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ Sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışıb. Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.

Millət vəkili Hikmət Babaoğlu deyir ki, Azərbaycançılıq hər şeydən öncə, Azərbaycan xalqının bu günə qədər əldə etdiyi milli-mənəvi dəyərlərə sahib çıxmaq, Azərbaycan dilini, tarixini, mədəniyyətini bilmək, tarixən əldə etdiyimiz dəyərləri mühafizə etməklə, qloballaşan dünyada mövcud olan, yeni universal dəyərləri mənimsəməklə, bunları ümummilli mənafelərimizin qorunması istiqamətində səfərbər etmək deməkdir. Azərbaycançılıq ideologiyası Ümummilli lider Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir. Eyni zamanda Azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən həyat tərzinə çevrilən bir hadisədir: "Azərbaycançılıq ideologiyası ilə bağlı Ulu öndər bir neçə dəfə danışıb onu izah edərkən çox mühüm məsələlərə toxunub. Əgər biz bunu konkret olaraq siyasi, elmi nöqteyi-nəzərdən formalaşdırmağa çalışsaq, deyə bilərik ki, azərbaycançılıq ideologiyası Azərbaycanın milli neokonservatizmidir. Nekonservatizm - konservatizm liberalizmin birləşməsidir. Yəni mühafizəkarlıq, üstəgəl, müasirlik liberallıq azərbaycançılıq ideologiyasına bərabərdir. Ona görə bütün bunlar cəmiyyətimizin çox rəngli etno sosial palitrası tərəfindən qəbul olunur. Azərbaycanda yaşayan hər bir azərbaycanlı özünü xalqımızın bu vaxta qədər yaratdığı milli-mənəvi dəyərlər sisteminin varisi hesab etməklə həm onu zənginləşdirmək üçün fəaliyyət göstərir".

Hikmət Babaoğlunun sözlərinə görə, ölkədə mövcud olan multikultural tolerant mühit bu təbliğatı asanlaşdırır bu təbliğatın ümummilli konteksdə realizə olunmasını şərtləndirir: "Azərbaycançılıq ideologiyası bizim ümumi sosial identifikasiyamız ortaq dəyərlərimizi müəyyənləşdirir. Bu da çox vacib məsələdir. Amma hazırda hər bir cəmiyyətin milli ideoloji sisteminə xaricdən müəyyən impulslar ötürülməkdədir, postmodern cəmiyyətlərdə olan informasiya mühiti, informasiyanın yayılması mübadiləsi prosesində meydana çıxan yeni seqmentlər, sosial şəbəkələr, internet resursları digər vasitələr ümummilli identliyə, ümummilli bənzərliyə, ümummilli dəyərlərə müəyyən mənfi impulslar ötürə bilir. Burda azərbaycançılığın təbliğ olunması, azərbaycançılıq ideologiyasının milli fəaliyyətimizin yaxud ümumi ictimai fəaliyyətimizin leytmotivinə çevrilməsi zəruri hal alır. Çünki informasiya cəmiyyəti sadəcə informasiya mübadiləsi informasiyanın sürətlə əldə edilməsi hadisəsi deyil, həm cəmiyyət üzvlərinin düşüncələrinə təsir edən, onun keyfiyyətini təyin edən bir hadisədir".

Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəyliyinə, xalqın vahid bir ideya ətrafında mənəvi birliyinə nail olunmasında Prezident İlham Əliyevin xüsusi xidmətləri var. Məhz İlham Əliyev sayəsində milli-mənəvi bəşəri dəyərlər artıq azərbaycançılıq ideologiyasının özəyini, onun əsas təməl prinsiplərini təşkil etməkdədir. Azərbaycançılıq ümumbəşəri dəyərlərdən yetərincə bəhrələnməklə bərabər, öz milli mentallığını qoruyub saxlamaqdadır. Bu ideya həm Azərbaycanın sərhədləri daxilində, həm ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı üçün əsas baza mənbəyidir. Bizi uzun yüzilliklər boyu vahid bir əqidə bayrağı altında birləşdirən, ən çətin məqamlarda belə xalqımızın həmrəyliyinin təminatçısına çevrilən məhz azərbaycançılıq ideyası olub. Əgər xalqımız əsl azərbaycançılıq ideyası ilə silahlanmasaydı, öz istiqlalına qovuşa bilməz, həyatın bütün sahələrində bugünkü qədər ali zirvələri fəth edə bilməzdi. Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycançılıq fəlsəfəsi bizim mənəvi dayağımızdır. Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli qürur, milli dini tolerantlıq - budur bizim uğurlarımızın əsas şərtləri. Azərbaycanda bütün xalqlar qardaşlıq şəraitində yaşayırlar. Mən çox şadam ki, qısa bir zaman çərçivəsində bizim əsas ideoloji dayaqlarımız daha da möhkəmlənib. Azərbaycanda vətəndaş həmrəyliyi, sabitlik tam bərqərar olub. Bizim siyasətimizin əsas təməl prinsipləri Azərbaycan dövlətinin milli maraqlarının qorunmasıdır. Biz bu işdə böyük uğurlara nail olmuşuq. Bizim bütün siyasətimiz, bütün siyasi addımlarımız bir məqsəd güdür. Bu da Azərbaycanın azərbaycançılığın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşamasıdır".

Millət vəkili, professor Musa Qasımlı bildirib ki, azərbaycançılığın dərin kökləri təməlləri millətimizin tarixi keçmişi bu günü ilə sıx bağlıdır: "Xalqımız milli kimliyini dərk etdiyi zamandan bəri azərbaycançılıq müxtəlif enişli-yoxuşlu yollardan, tarixi dövrlərdən keçərək inkişaf edib, zənginləşib. Hansı etnik kökə mənsub olmasından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını tək vətən, tək dövlət, tək bayraq, tək millət ətrafında bərabər şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ilə dövlətimizin millətimizin bu günü gələcəyi sıx bağlıdır. Azərbaycanda etnik kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar Azərbaycan millətidir. Ona görə azərbaycançılıq ilk növbədə ailədən, uşaq bağçasından, məktəbdən cəmiyyətdən gəlməlidir. Rəhmətlik Mirzə Cəlil yazırdı ki, millətin gələcəyi anaların əlindədir. Azərbaycançılıq təkcə şüar olaraq deyil, məzmun mahiyyətinə görə dərsliklərimizdə hakim olmalıdır. Fikrimcə, azərbaycançılıq bu ya başqa səviyyədə təhsil müəssisələrində, KİV- təbliğ edilir. Lakin onun təkmilləşdirilməsinə ciddi ehtiyac olduğu qənaətindəyəm. Azərbaycançılığın daha geniş təbliğ edilməsinin hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyəti böyükdür. Hesab edirəm ki, azərbaycançılıq təkcə vətəni, dövləti sevmək deyil, hər bir şəxsin olduğu yerdə onun sabit davamlı inkişafı, dəyişən dünya reallıqlarına uyğun olaraq tərəqqisi təhlükəsizliyi üçün çalışması deməkdir. Vətəndaşlarımızı birləşdirən bu ideologiyanın inkişafı yolunda əngəl olan, xüsusən, millətimizin birliyi ölkəmizin bütövlüyünə qarşı yönəldimiş bütün, ən xırda cəhdlərin qarşısı amansızlıqla alınmalıdır".

Millət vəkilinin dediyinə görə, azərbaycançılıq ideyasının təbliği dövlətçilik vətənpərvərlik kimi təməl ideyalara söykənir: "Dövlətçilik təməl ideyasına əsasən Azərbaycan ərazisində yaşayan insanların vahid dövləti var. Həmin vahid dövlət Azərbaycan Respublikasıdır. Həmin dövlətin vətəndaşları irqindən, dinindən, siyasi baxışından asılı olmayaraq, vahid ideyaya - Azərbaycan dövlətinin qorunması, saxlanılması ideyasına qulluq etməlidir. Dövlətçilik təməl ideyasına da dəstək verən ikinci təməl ideya vətənpərvərlikdir. Azərbaycan ərazisində yaşayan hər bir kəs Azərbaycan Respublikasının bayrağına, gerbinə, himninə, konstitusiyasına hörmət etməlidir".

Millət vəkili Musa Quliyev deyir ki, Azərbaycançılıq ideyası milli kimliyimiz, milli birliyimizdir. Bu ideya tarix boyu xalqımızın əzab-əziyyəti, canı, qəhrəmanlığı bahasına nail olduğu ən böyük mənəvi sərvətidir. Azərbaycançılıq ideyasının təbliği milli həyatın ahəngdarlığı, dünya azərbaycanlıların ümumi maraqları, ölkənin ərazi bütövlüyünün qorunmasına xidmət edərək gələcək nəsillərə Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini sonsuz sevməyi yaşatmağı, azərbaycanlı olduğuna görə daim qürur hissi keçirməyi ərməğan edir.

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 20 avqust.- S.8.