Gənclərin xaricdə ali
təhsili
MƏQSƏD
GƏLƏCƏKDƏ ƏMƏK BAZARININ
TƏLƏBLƏRİNƏ CAVAB VERƏN
YÜKSƏKİXTİSASLI PEŞƏKAR KADRLARIN HAZIRLANMASIDIR
Bu günlərdə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"na ilk qəbul prosesinin nəticələri müəyyən olunub. Dövlət proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib. Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb. Müsabiqə üzrə digər nəticələrin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
Proqram
iştirakçılarının ən çox
müraciət etdiyi ixtisas
istiqamətləri mühəndislik, maliyyə, iqtisadiyyat, informasiya
texnologiyaları, təhsil olub. Təqaüd qazanan gənclərimiz dünyanın
"Bilkent University", "Koç University", "Middle East Technical
University", "University of Bonn", "University of
Freiburg", "Stanford University", "New York
University", "Texas A&M University", "George Washington
University (DC)", "Imperial College London", "University of
Cambridge", "King's College London", "London Business
School", "UCL", "University of Warwick",
"University of Strasbourg", "University of Tartu", "Sapienza University of Rome", "Politecnico di Milano",
"University of Toronto", "McGill University",
"University of British Columbia", "University of
Amsterdam", "Korea Advanced Institute of Science and Technology
(KAIST)", "Nanyang Technological
University, Singapore", "Monash
University", "University of Sydney", "KU Leuven" kimi nüfuzlu təhsil müəssisələrində
təhsillərini davam
etdirəcəklər.
Dövlət Proqramı İdarəetmə
Qrupunun rəhbəri Turan Topalovanın sözlərinə görə,
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə
bu ilin fevral
ayının 28-də təsdiq
edilən "Gənclərin
xarici ölkələrin
nüfuzlu ali
təhsil müəssisələrində
təhsil almalarına
dair 2022-2026-cı illər
üçün Dövlət
Proqramı"na ilk qəbul
yekunlaşıb və
nəticələr müəyyən
olunub. Dövlət Proqramına dünyanın
30 ölkəsinə aid 15 prioritet
ixtisas sahələri üzrə 673 nəfər
Azərbaycan vətəndaşı
müraciət edib:
"Müsabiqənin ilkin
nəticələrinə əsasən
80 nəfər namizəd
bakalavriat səviyyəsi,
149 nəfər namizəd
magistratura səviyyəsi
üzrə müvafiq
Seçim Qaydalarına
aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram
iştirakçısı adını
qazanıb. Proqram iştirakçılarının
ən çox müraciət etdiyi ixtisas istiqamətləri mühəndislik, maliyyə,
iqtisadiyyat, informasiya texnologiyaları, təhsil
olub".
Turan Topalova bildirib ki, müvafiq Sərəncamda da qeyd edildiyi kimi,
"Gənclərin xarici
ölkələrin nüfuzlu
ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər
üçün Dövlət
Proqramı"nın hədəf
göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək
Azərbaycan vətəndaşının
xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində
təhsili təmin edilib. Dövlət Proqramı çərçivəsində
xarici ali
təhsil müəssisələrində
təhsil yerlərinin
ən azı 80 faizi ali təhsilin
magistratura səviyyəsini
əhatə edir. Dövlət Proqramının
əsas məqsədi
gənclərə xarici
ölkələrin nüfuzlu
ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycanın gələcək
inkişafını təmin
edəcək və qlobal çağırışlara
cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən,
praktiki bilik və bacarıqlara yiyələnən, müasir
və gələcək
əmək bazarının
tələblərinə cavab
verən rəqabətqabiliyyətli
və yüksəkixtisaslı
peşəkar kadrlar kimi hazırlanmasını
təmin etməkdir.
Təhsil
nazirinin müşaviri
Nicat Məmmədli deyib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu
ali təhsil
"Gənclərin xarici
ölkələrin nüfuzlu
ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər
üçün Dövlət
Proqramı" çərçivəsində
2022-2023-cü tədris ilində
30 ölkənin 295 ali
təhsil müəssisəsində
təhsil almaq imkanı yaradılacaq.
Təhsil
eksperti Kamran Əsədovun dediyinə görə, "Gənclərin
xarici ölkələrin
nüfuzlu ali
təhsil müəssisələrində
təhsil almalarına
dair 2022-2026-cı illər
üçün Dövlət
Proqramı"nın təsdiq
edilməsi haqqında
sərəncama əsasən,
Dövlət Proqramında
nəzərdə tutulan
tədbirlərin icrasının
monitorinqini və qiymətləndirilməsini Təhsil
Nazirliyinin sifarişi əsasında İqtisadiyyat
Nazirliyi həyata keçirəcək. Dövlət Proqramının icrası
zamanı yeni dövrün prioritet ixtisas sahələrinə
üstünlük veriləcək.
Məsələn, informasiya
texnologiyaları, mühəndislik,
statistika və verilənlərin təhlili,
təhsil, dövlət
idarəetməsi, ictimai
səhiyyə, iqtisadiyyat
və s. Nəzərdə
tutulan müddətdə
hər il 400 nəfərdən çox
olmamaqla ümumilikdə
2000 nəfərədək Azərbaycan vətəndaşının
xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində
təhsili təmin ediləcək. Dövlət
Proqramı çərçivəsində
xarici ali
təhsil müəssisələrində
təhsil yerlərinin
ən azı 80 faizi ali təhsilin
magistratura səviyyəsini
əhatə edəcək:
"Qeyd edim ki, xaricdə təhsil alacaq gənclərin seçilməsi
meyarları və prosedurları üzrə qayda hazırlanacaq. Beynəlxalq fənn olimpiadalarının, beynəlxalq
müsabiqələrin və
yarışların qaliblərinə
nüfuzlu xarici ali təhsil
müəssisələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil almaq istiqamətində, bakalavriat səviyyəsini
yüksək nəticələrlə
başa vurmuş, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək
olan perspektivli gənclərə isə magistratura səviyyəsində
üstünlük veriləcək.
Sənəddə o da
qeyd olunub ki, xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi
qaydasında müəyyən
ediləcək maliyyələşdirmə
mexanizmləri qarşılıqlı
məsuliyyət və
etimad prinsipinə əsaslanacaq və tərəflərin öhdəlikləri
dəqiq müəyyən
ediləcək. Qaydada akademik
müvəffəqiyyətsizlik və ölkəyə qayıtmamaq riskləri düzgün qiymətləndiriləcək,
bu risklərin qarşısının alınması
məqsədilə qabaqlayıcı
şərtlər müəyyən
ediləcək. Hazırlanacaq
qayda gənclərin dövlət hesabına nüfuzlu xarici ali təhsil
müəssisələrində təhsil almalarına və məzun olduqdan sonra ölkəyə qayıdaraq
yüksəkixtisaslı kadr
kimi Azərbaycanın
dayanıqlı inkişafına
töhfə vermələrinə
imkan yaradacaq. Təsadüfi deyil ki, ötən illər ərzində respublikamızda
insan kapitalının
inkişafı ilə
bağlı bir sıra dövlət strategiyaları və proqramları reallaşdırılıb.
Prezident İlham Əliyevin 2007-ci il
16 aprel tarixli Sərəncamı ilə
təsdiqlənən "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı" çərçivəsində
Azərbaycan vətəndaşlarının
dünyanın 32 ölkəsinin
350-dən çox ən
nüfuzlu ali təhsil müəssisəsində
təhsil almaları məqsədilə, ümumilikdə,
3558 təqaüd verilib.
Bu Dövlət Proqramının
uğurlu icrası nəticəsində gənclərin
xaricdə təhsilə
cəlbi ölkənin
sosial-iqtisadi həyatına,
eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə,
təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan
Respublikası ali təhsil müəssisələrinin
akademik potensialının
güclənməsinə mühüm
təsir göstərib".
Ekspert qeyd edib ki,
Prezident İlham Əliyevin 11 noyabr 2018-ci il tarixli Sərəncamı
ilə təsdiqlənən
"2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə
Dövlət Proqramı"nın
əsas hədəfi də ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ
təlim-tədris texnologiyalarından
yararlanaraq, ölkədə
yeni nəsil mütəxəssislərin yetişdirilməsi,
ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq
ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Dövlət
Proqramı çərçivəsində
4 ikili diplom proqramının icrasına
başlanılıb. Hazırda
ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və
"ADA" Universiteti, Bakı
Mühəndislik Universiteti
ilə Koreya Respublikasının İnha
Universiteti, Türkiyənin
Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin ikili diplom proqramları həyata keçirilir. Bu proqramlar üzrə yerli ali
təhsil müəssisələrinin
akademik potensialının
gücləndirilməsi məqsədilə
127 nəfər Azərbaycan
vətəndaşının xaricdə ən nüfuzlu universitetlərdə
və elm mərkəzlərində
doktorantura səviyyəsində
təhsili maliyyələşdirilir.
Göründüyü kimi, Prezident
İlham Əliyev insan amilinə xüsusi önəm verir. Belə ki, yeni proqramın icrası ölkəmizdə daha keyfiyyətli insan kapitalının formalaşmasına
vəsilə olacaq.
Bu, peşəkar kadrların hazırlanmasına,
ümumilikdə, ölkəmizin
işıqlı gələcəyinə
töhfə verəcək
ən mühüm məsələlərdən biridir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 23 avqust.- S.7.