Nizami irsinin tədqiqi
və beynəlxalq miqyasda təbliği ilə
bağlı Gəncədə görüşlər
"Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsinin müasir elmin və beynəlxalq münasibətlərin tələbləri baxımından daha geniş və çoxşaxəli öyrənilməsi istər bu sahədə çalışan tədqiqatçılarımızın, istər də ictimaiyyətimizin qarşısında yeni tələblər qoyur".
Bu fikirlər Nizami
Gəncəvinin irsinin
dünyada daha geniş tanıdılması
və təbliği ilə bağlı AMEA-nın Gəncə Bölməsində təşkil
olunan görüşdə
səsləndirilib.
Görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının nümayəndəsi
Elmar Məmmədov, Gəncə Şəhər
İcra Hakimiyyəti başçısının birinci
müavini Səməd
Tomuyev, AMEA-nın Gəncə Bölməsinin
sədri, akademik Fuad Əliyev, millət vəkili Pərvin Kərimzadə, şəhərdəki ali
təhsil müəssisələrinin
rəhbərləri, nizamişünas
alimlər və ədəbiyyatçılar iştirak
ediblər.
AMEA Gəncə Bölməsinin
sədri, akademik Fuad Əliyev qonaqları və görüşə qatılan
alim və tədqiqatçıları salamlayaraq,
dahi Nizaminin neçə-neçə əsrlərdir
ki, Azərbaycan milli və mənəvi
ruhunun simvolu kimi dərk edildiyini vurğulayıb. O, dahi şair və mütəfəkkirin doğma
yurdu Gəncədə
çalışan elm adamlarının
daim Nizami irsinin öyrənilməsi
və təbliğinə
töhfələr verdiklərini
qeyd edərək, AMEA
Gəncə Bölməsində
bu sahədə aparılan geniş tədqiqatlar və nəşr edilmiş kitablar haqda da danışıb.
Çıxışlarda qeyd olunub ki, Nizaminin
bütün həyatı
və zəngin yaradıcılıq fəaliyyəti
Yaxın və Orta Şərqin mühüm mədəniyyət
mərkəzlərindən olan Gəncə ilə bağlıdır və Nizami Gəncəvi irsinin öyrənilməsi və
təbliği geniş
təbliği Azərbaycanın
zəngin mədəniyyətinin
dünya ictimaiyyətinə
nümayiş etdirilməsi
dahi şairin doğma şəhərində
çalışan alimlərimizin
də üzərinə
böyük məsuliyyət
qoyur.
Görüşdə Nizami Gəncəvi irsinin daha geniş
araşdırılması, dünyada tanıdılması
və təbliği ilə bağlı bir sıra təkliflər
verilib. O cümlədən,
AMEA Gəncə Bölməsinin
verdiyi təkliflər
sırasında dahi şairin şəcərə
tarixinin araşdırılması,
Nizaminin sələfləri
və xələfləri
olan fikir adamlarının, yəni Nizamidən əvvəl və sonra Gəncədə
yaşamış şair
və filosofların yaradıcılığının təbliği, Avropa, Şərq ölkələri
və Amerikada Nizami yaradıcılığı
nümunələrinin nəşri,
Nizami fəlsəfəsinin
bu günümüzdəki
proseslərlə səsləşməsini
əks etdirən tədqiqatların aparılması,
müvafiq mövzular üzrə hər il beynəlxalq elmi konfransların keçirilməsi və dahi mütəfəkkirin irsinin beynəlxalq miqyasda tanıdılmasına
aid digər məsələlər
yer alıb.
İşgüzar görüş Gəncə Dövlər Universitetində də təşkil edilib. Burada yuxarıda haqqında bəhs olunan mövzularla yanaşı, Nizami Gəncəvi Məqbərəsi ətrafındakı meşə zolağının genişləndirilməsi, bu istiqamətdə görülə biləcək işlər və digər məsələlər ətrafında danışılıb, bu yöndə görüşdə iştirak edən torpaqşünaslar, ekoloq və digər müvafiq sahələr üzrə mütəxəssislərin təklif və fikirləri dinlənilib.
Nizami irsinin tədqiqi və təbliği ilə bağlı işgüzar görüşlər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə dahi şairin məqbərəsinin ərazisində iməçilik də keçirilib. Təmizlik aksiyasına şəhərin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Kəpəz Bələdiyyəsinin canlı qüvvə və texnikaları cəlb olunub.
Zakir MURADOV,
Gəncə
525-ci qəzet.- 2022.- 23 avqust.- S.6.