Tarix və mədəniyyət beşiyi İsmayıllı  

 

 

Qəhrəmanlıq tariximizin uyuduğu məkan...

 

Torpağa qan səpdin, torpaq oyandı,

Qanın çiçəklədi, bu necə qandı?

Yazdın ki, Qarabağ Azərbaycandı!

Sən elə vətənsən, vətən, şəhidim!

 

Şair Narıngül Nadirin bu kövrək misraları İsmayıllı rayon Şəhidlər xiyabanında uyuyan qəhrəman oğullarımızı ziyarət zamanı düşdü yadıma. Getdiyim hər yerdə ilk fürsətdə müqəddəs yolunu tutduğum bütün Şəhidlər xiyabanlarında olduğu kimi, burada da məzar daşından tanış simalar boylanırdı. Cəmil, Aqil, Ülvi, Kənan, Saməddin, Emin, Ruslan, Famil, Etibar, Nicat, Fərid, Cahan, Səməd daha neçəsi... 44 günlük Vətən müharibəmizdə cəsarətlə vuruşan, qəhrəmanlıqla şəhadətə yüksələn İsmayıllının bütün Azərbaycanın fəxr yeri, qürur yeri oğullarımız...

İsmayıllı Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərimiz öz sələflərinə qələbinin hesabatını verirmiş kimi 1990-cı illər I Qarabağ müharibəsi şəhidləriylə birgə uyuyurlar. Bütün şəhidlərimizin ruhuna dualarımızı oxuyub xiyabanı tərk edirik.

 

Sənətin ünvanı Lahıc

 

Lahıc İsmayıllının ən qədim, yerli xarici turistlərin daha çox diqqətini çəkən kəndlərindən biridir. Bu qədim kəndə aparan yol sıldırım dağların ətəyindən keçib gedir. Dar dolanbac yolların yaşatdığı adrenalin Lahıc səfərini iki qat unudulmaz edən amillərdəndir.

Lahıc deyəndə hər şeydən öncə sənətkarlıq, əl sənəti yada düşür. Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə digər yerlərdə tanınıb.

1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam inkişaf etdirilir.

Buradan axan Girdiman çayı təkcə gözəl mənzərə yaratmır, həm gur səsiylə insanın ruhuna dinclik bəxş edir.

Lahıcın ən möhtəşəm abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahıcın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunmuşdur. Binaya giriş iki tərəfdən mümkündür: Bədəvan məscidi (bu məscid xeyriyyəçi Hacı Paşanın şəxsi vəsaiti hesabına inşa olunub) tərəfdən, ikincisi Girdiman çayının sol sahili istiqamətdən.  Bu binanı Lahıc camaatı "Hacılar həyəti" adlandırırlar. Həmçinin, Lahıca aparan yolun üstündəki asma körpü Gəndov şəlaləsi buralara yolunuz düşsə, mütləq baş çəkiləsi gözəlliklərdəndir.

Lahıca gedib Lahıc İcma evi Sənətkarlıq evini ziyarət etməmək olmazdı. Mərkəzi küçələrdən birində yerləşən İcma evi 2017-ci ildə İkinci Azərbaycan Kəndinvestisiya layihəsi çərçivəsində istifadəyə verilib. Lahıcın sosial-mədəni, ideoloji-siyasi həyatında önəmli rol oynayan İcma evi Sənətkarlıq evindəki otaqlarda muzey fəaliyyət göstərir. 1985-ci ildə qurulmuş Lahıc Tarix-Diyarşünaslıq Muzeyi 1992-ci ildən dövlət statusu alıb. Muzeydə müxtəlif dövrlərə aid Lahıc ərazisindən tapılan eksponatlar - 2000 il əvvələ aid saxsı nümunələri, 18-ci əsrdə mis əritməsində istifadə edilən körüklər, heyvandarlıq ticarətlə əlaqəli digər parçalardan ibarət qədim sənətkarlıq nümunələr yeraltı su xətti haqqında məlumatlar nümayiş etdirilir.

 

Dağların gözəli Cülyan

 

İsmayıllının məşhur turizm məkanlarından biridir Cülyan kəndi. Dağətəyi ərazidə yerləşən bu kəndin adı Hun tayfa ittifaqına daxil olan Çullu türklərinin adından qaynaqlanır. Çullu etnonimi sonralar təhrif olunaraq Cülyan kimi formalaşıb. Kəndin adı latıncadakı Julian adından gəlir. Mənası "həmişə cavan" deməkdir.

Cülyan kəndi həm əsas turizm mərkəzlərindən biridir. Təkcə kənddə 10-dan yuxarı istirahət mərkəzləri kafelər var.

Cülyan yayın istisində belə sərin mehi, yaşıl meşələri, yolun kənarıyla axan arxları ilə diqqət cəlb edir. Bu təbiət möcüzəsinin seyrinə dalmaq bol oksigenlə ciyərlərinizə bayram yaşatmaq istəyirsinizsə, mütləq yolunuzu Cülyandan salın.

 

Ölkənin yeganə kolxozu - İvanovka

 

İsmayıllının İvanovka kəndi təkcə bu bölgə üçün deyil, eləcə bütün ölkəmiz üçün nadir yerlərdən biridir. Əsası 1847-ci ildə Çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulan kənd yaradıcısı olan kəndçi İvan Perşinin şərəfinə adlandırılıb.

Kənd əhalisi tez zamanda burada özlərinə yurd salıb, qonşuları olan azərbaycanlılarla yaxın dostluq münasibətləri qurublar. İndi əhalinin böyük hissəsi ruslardan ibarətdir.

1930-cı ildə İvanovkada o vaxtlar hər yerdə olduğu kimi "kolxoz" quruldu o bu günə kimi öz fəaliyyətini davam etdirir. Bu, hazırda ölkədə yeganə kolxozdur. Kolxoz bacarıqlı işçi uzaqgörənliyi ilə seçilən Nikolay Vasilyeviç Nikitinin adını daşıyır. O, kolxoza 1994-cü ilə kimi düz 41 il rəhbərlik edib bu dövr ərzində o, kəndi kənd sakinlərini çox yüksək səviyyəyə qaldırmağı bacarıb.

N.V.Nikitin Ümummilli lider Heydər Əliyevlə çox yaxın dost olub. H.Əliyev 1981-ci ildə İvanovka kəndinə gələrək burada kənd təsərrüfatı seminarı aparıb. Azərbaycan Rspublikasının Prezidenti İlham Əliyev 2005-ci 2009-cu illərdə İvanovka kəndində səfərdə olub. Ölkə başçısının hər iki səfərindən olan fotolar Kolxoz idarəsinin önündəki küçədə böyük lövhədə sərgilənir. Heydər Əliyev küçəsində Ulu öndərin abidəsi ucaldılıb.

Mədəniyyət sarayı onun önündə Nikitinin büstü, həmçinin, 1941-1945-ci il İkinci Dünya müharibəsinin şərəfinə ucaldılmış abidə kəndin həm qəhrəmanlıq tarixinin, həm zəngin mədəniyyətinin nümunəsidir. Abidədə həmin illərdə müharibədə iştirak etmiş sakinlərin adları qeyd olunub.

Burada yerli camaatın evləri küçələr önəməxsusdur. Səliqə-sahmanıyla göz oxşayan küçələr, qızmar günəşə meydan oxuyan sıx ağaclar, önündə ağaclar, gül-çiçək əkilmiş rus evləri insana xoş əhval bəxş edir.

İvanovka sakinləri Azərbaycan uğrunda canını-qanını əsirgəməyən qəhrəman insanlardır. Onun I Qarabağ müharibəsində iki (Vasili Nikolayeviç Belyakov, Arif Məhəmməd oğlu Əsgərov - itkin) Vətən müharibəsində isə bir şəhidi var. Bu, Zəngilan döyüşlərində canını fəda edən Etibar Şirinovdur. Onun şəkli Azərbaycan bayrağı kəndin girəcəyində asılıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kəşfiyyatçısı, Vətən müharibəsi şəhidi Etibar Şirinov 27 avqust 1993-cü ildə İsmayıllı rayonu, İvanovka kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbi bitirib. Bundan əlavə, Dini Hafizlik təhsili alıb. 2020-ci ilin avqust ayında ailə həyatı qurmuşdu.

Etibar Azərbaycan Ordusunda müddətli hərbi xidməti zamanı kəşfiyyatçı olub. Atası Şirinov FazilBirinci Qarabağ müharibəsinin qazisidir. Etibar Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. Zəngilan ərazisində Ziyarətgah dağı uğrunda gedən döyüşlərdə yaralanır və yenidən döyüşlərə qatılır. Hadrut, Füzuli, Cəbrayıl və Zəngilan uğrunda döyüşlərdə qəhrəmancasına iştirak edir. Etibar 9 noyabr 2020-ci ildə Zəngilan ərazisində azad olunmuş kəndlərin birində öz döyüşçü yoldaşları ilə nəzarət işini təşkil edərkən, orada gizlənmiş mənfur düşmənin gülləsinə tuş gəlib.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Etibar Fazil oğlu Şirinov şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Hər daşı, hər qayası, hər bucağı ilə tarix qoxan, mədəniyyət vəd edən İsmayıllının hələ danışmadığımız, kəşf etmədiyimiz çox sirli gözəllikləri var. Onlar da növbəti səfərlərimizə borc olsun!

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 24 avqust.- S.8.