"Müəllim sertifikasiyadan
keçib biliyinin və
peşəsinin müasir tələblərinə
uyğunluğunu göstərməlidir"
Məlum olduğu kimi, avqust ayının 1-dən
etibarən təhsilverənlərin
sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlayıb.
Sertifikatlaşdırılma prosesinin keçirilməsində əsas
məqsəd ümumtəhsil
müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti
ilə məşğul
olan, ali
və orta ixtisas təhsilinə malik təhsilverənlərin
peşəkarlıq səviyyələrinin
yoxlanılmasıdır. Eyni zamanda,
sertifikatlaşdırma zamanı
müəllimlərin peşə
yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına
nail olmaq və təlim ehtiyaclarını
öyrənməkdir. Sertifikatlaşdırma prosesinə
birinci mərhələdə
ibtidai təhsil səviyyəsi üzrə
Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Abşeron-Xızı,
Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə
tabe olan, həmçinin, Təhsil
Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində
çalışan ibtidai
sinif müəllimləri
cəlb olunub.
Sertifikasiya zamanı müəllim müstəqil qiymətləndirilmədən
keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş
qaydalar əsasında
dəyərləndirilir və
konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində
onun pedaqoji yararlılığı müəyyənləşdirilir. Sertifikasiya diaqnostik
qiymətləndirməni tamamlamalıdır.
Bu baxımdan sertifikasiya müəllimin
bütün fəaliyyətini
qiymətləndirən mühüm
prosedurdur. Yəni
bu prosesə müəllimlərin təkmilləşmədən
keçmələri, dərslərinin
qiymətləndirilməsi, dərslərinin monitorinqi
və s. daxil ola bilər.
Sertifikatlaşdırma iki mərhələdən
- test və müsahibə
mərhələsindən ibarətdir. Test imtahanı
mərhələsində namizədlərə
120 dəqiqə müddətində
bloklar üzrə 60 sual təqdim olunacaq. Bunlar təlim strategiyası
və təlim metodikası olmaq üzrə iki yerə ayrılır.
Təlim strategiyası
üzrə: müasir
təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri
və ona verilən tələblər,
kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri
mövzularını əhatə
edir. Təlim metodikası üzrə isə: fənnin tədris metodikası sahəsində yeniliklər,
pedaqoji prosesin təşkili prinsipləri,
təlim fəaliyyətinin
planlaşdırılması, təlimin təşkilinə
verilən tələblər,
bilik və bacarıqların qiymətləndirilməsi
metodları, qiymətləndirmənin
növləri və məqsədləri mövzuları
daxildir. Hər bir düz cavab
bir bal kimi
müəyyən ediləcək.
Müəllimlər tərəfindən
cavablandırılmayan suallar
sıfır bal kimi qeyd olunacaq.
İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə
buraxılacaq. Həmin
mərhələdə 20 bal
toplayan namizədlər
sertifikatlaşdırılacaq. İlk dəfə işə qəbul olunanlar (5 il
müddətində), hamilə
qadınlar, uşağının
üç yaşınadək
sosial məzuniyyətdə
olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə
müvafiq vəzifədə
(peşədə) çalışan
qadınlar (uşağını
təkbaşına böyüdən
kişilər) bu prosesdə iştirak etməyəcəklər.
Təhsil
naziri Emin Əmrullayev deyir ki,
yaşından asılı
olmayaraq məktəbdə
dərs demək istəyən müəllim
sertifikasiyadan keçərək
öz biliyinin, peşəsinin müasir tələblərinə uyğunluğunu
göstərməlidir: "Hesab edirəm ki, bu imtahan
əksər müəllimlər,
eləcə də əməkdar müəllimlər
üçün heç
bir problem yaratmayacaq. Çünki son dövrlərdə fəxri adların verilməsi zamanı ədalət prinsipini qorumuşuq.
Sertifikasiya imtahanından
bir dəfə kəsilən şəxslərə
bir il
ərzində növbəti
şans veriləcək.
Bu, kifayət qədər ağlabatan və məntiqli yoldur. Bütün dünyada belə
təcrübələr var".
Nazirin sözlərinə
görə, sertifikatlaşdırmanın
nəticəsinə görə
müəllimlərin maaşlarına
əlavələr təsdiqlənib. Təhsilverənlərin sertifikatlaşdırılması prosesi mərhələli şəkildə həyata
keçirilir. Əməkhaqqında
əlavənin verilməsi
təhsilverənlərin sertifikatlaşdırılması
prosesindən keçmiş
şəxslərə aiddir:
"Məktəb direktorlarına
aylıq əlavələr
hər il yanvar ayından etibarən məktəbdə
nə qədər şagird qeydiyyatdadırsa,
ona uyğun olaraq hesablanacaq. aylıq əlavələr
təxminən 865 direktoru
və 2343 direktor müavinini əhatə edəcək. Əvvəl
şagird sayı 500 olan direktor da
650 manat vəzifə maaşı alırdı,
bütün vergiləri
çıxdıqdan sonra,
4000 şagird təhsil
alan məktəbin direktoru da. Bu artımlar direktorların iş yükünə görə düzgün qiymətləndirilmələrinə gətirib çıxaracaq.
Qeyd edim ki, hazırda
ölkə məktəblərində
11 mindən çox direktor və direktor müavini də dərs deyir. Onlar da gələcəkdə
sertifikasiyada iştirak
edəcəklər və
sertifikasiya nəticəsi
ilə bağlı əlavələr həmin
şəxslərə də
tətbiq olunacaq".
Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) direktoru
Rüfət Əzizov
bildirib ki, sertifikatlaşdırılma zamanı
əldə edilən nəticələr müəllimlərin
gələcək fəaliyyətinə
müəyyən mənada
təsir edə bilər. Belə ki, sertifikatlaşdırılma zamanı
uğur qazanan müəllimlər gələcəkdə
metodist kimi vəzifələrə yüksələ
bilərlər: "Sertifikatlaşdırmanın
nəticələri müəllimlərin
karyera inkişafında
və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq.
Üzrlü səbəblərdən
sertifikatlaşdırmada iştirak
etməyən və ya sertifikasiya üçün tələb
olunan minimum balı
toplamayan şəxslərə
1 il müddətində
iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak
etmək imkanı yaradılacaq".
Təhsil eksperti Elşən Qafarovun sözlərinə
əsasən, sertifikasiya
ayrı-ayrı müəllim
kateqoriyaları üçün
tərtib edilməyib,
o, peşə yararlılığının
yoxlanılması istiqamətinə
yönəlib. O, ayrı-ayrı
fənlər üzrə
keçiriləcək. Ona
görə də hansısa şəxslərin
sertifikasiyadan azad olunması müzakirə mövzusu deyil: "Sertifikasiya haqqında qaydalarda yazılıb ki, Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarına
əsasən, o cümlədən,
Təhsil Haqqında Qanunun 36.2, Ümumtəhsil
Haqqında Qanunun 28-ci
maddəsində yazılır
ki, ilk dəfə işə qəbul olunanlar 5 il sertifikasiyadan keçmirlər.
Bu o deməkdir ki, sertifikasiya olduqdan sonra yeni işə
qəbul olunanlar 5 il müddətində
bu prosesdən azaddırlar. 2017-2022-ci illərdə işə qəbul olunanların sertifikasiyadan azad deyillər. 2020-ci ildən müəllimlərin
işə qəbulu müsabiqəsinin formatı
dəyişib. 2022-ci ilə qədər işə qəbul olunan bütün müəllimlər sertifikasiyadan
keçməlidir. Sertifikasiyanın məqsədi ümumtəhsil
sistemində çalışan
daha peşəkar şəxslərin sistemdə
qalmasını təmin
etməkdir. Bu, gələcəkdə onların
peşəkarlığının artılrılması istiqamətində
tədbirlərin görülməsi
məqsədi daşıyır".
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sertifikasiyası çoxdan gözlənilirdi və olmalı idi. Bu, təhsil sisteminə müsbət təsirini göstərməlidir. Azərbaycan müəllimləri axırıncı dəfə 1994-cü ildə bilik və bacarıqlarının yoxlanılması üçün attestasiyadan keçmişdilər. Daha sonra 2013-2018-ci illərdə müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirildi.
Təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, təkrar sertifikasiyada iştirak etməyən şəxslər sertifikasiyadan keçməmiş hesab olunurlar. Sertifikasiya imtahanında yaşı 65-dək olan müəllimlər iştirak edəcəklər. Lakin "müəllimin yaşı 65-dən yuxarıdırsa və gələcəkdə fəaliyyətini davam etdirmək istəyirsə, sertifikasiyada iştirak edə bilər" kimi açıqlamalar da o anlama gəlməməlidir ki, böyük təcrübəyə malik yaşlı nəsli sıxışdırmaq yolu ilə kifayət qədər təcrübəyə malik olmayan gənclərə yol açmaq xarakteri daşısın və bundan süni istifadə hallarına yol verilsin. Müddətsiz müqavilə ilə işləyən, diplomu dövlət nümunəli olmayan müəllimlərin də sertifikasiya imtahanında iştirak etmələri yalnız müsbət hal kimi qiymətləndirilə bilər. Bütün bunlarla yanaşı, sertifikasiya nəticəsində hər şey saf-çürük olunacaq. Yəni bu prosedurun məqsədi kimlərisə işdən azad etmək yox, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir: "Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı var və orada sertifikasiyanın keçirilməsi qaydaları konkret yazılıb. Belə ki, 1-ci mərhələdən 50 faizdən aşağı bal toplayanlar ikinci mərhələyə keçmirlər, yaxud 2-ci mərhələdə 20 faizdən az bal toplayanlar yenə keçmirlər. Nəticə 1 il müddətinə iş yeri saxlanmaqla minimum dərs yükü ilə 6 saatla işdə qalacaqlar. Nazirlik 2-ci dəfə kimlər ki, iştirak edə bilməyib, yaxud 50 faizdən aşağı bal toplayıb, onlar üçün yenidən sertifikasiya keçiriləcək. Bu dəfə də keçə bilməyənlər Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən tutduğu vəzifəyə uyğun gəlməməsi ilə bağlı işinə xitam veriləcək. Müəllimlərin sertikasiyada topladığı ballara uyğun olaraq onlara kateqoriyalar verilməsi və həmin kateqoriyalara uyğun olaraq da əmək haqlarının artırılması gözlənilir. Bu məsələlərlə bağlı hər hansı bir proqnoz verməyin tərəfdarı deyiləm. İstənilən proqnoz hadisələrin qabaqlanmasına hesablanır və geniş ictimaiyyət arasında çaşqınlıq yaranmasını qaçılmaz edir. Hər şey zamana bağlıdır. Lakin hesab edirəm ki, sertifikasiya müəllimin daim öz üzərində işləməsi və peşə fəaliyyətinə məsuliyyətinin artırılmasına xidmət edir".
Sevinc
QARAYEVA
525-ci qəzet.- 2022.- 26 avqust.- S.6.