Mədəniyyət naziri
Dünya Bankının Azərbaycan
üzrə ölkə meneceri ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimov
avqustun 25-də Dünya
Bankının Azərbaycan
üzrə ölkə
meneceri Sara Maykl ilə görüşüb.
525.az xəbər verir ki, Anar
Kərimov Azərbaycanla
Dünya Bankı arasında əlaqələrin
yüksək templə
inkişaf etdiyini və bütün istiqamətlərdə olduğu
kimi, mədəniyyət
sahəsində də
əməkdaşlığın vacibliyini vurğulayıb.
2020-ci ilin 44 günlük Vətən müharibəsində
Azərbaycan torpaqlarının
Ermənistanın otuzillik
işğalından azad
edildiyini qeyd edən Anar Kərimov Mədəniyyət
Nazirliyinin Qarabağ və Şərqi Zəngəzurun bərpası
və yenidən qurulmasında Dünya Bankı ilə birgə müştərək
layihələrin həyata
keçirilməsində maraqlı
olduğunu bildirib.
Nazir Mədəniyyət
Nazirliyi tərəfindən
irəli sürülən
“Mədəniyyət naminə
sülh” (Peace4Culture) qlobal
kampaniyası haqqında
məlumat verib.
O, Dünya Bankının
bu qlobal kampaniyaya dəstək verməsinin əhəmiyyətli
olacağını diqqətə
çatdırıb.
Dünya Bankının Azərbaycan
üzrə ölkə
meneceri Sara Maykl səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. Dünya Bankının mədəniyyətin
inkişafı istiqamətində
birgə layihələrin
həyata keçirilməsində
hər zaman hazır olduğunu qeyd edib.
Sara Maykl “Mədəniyyət
naminə sülh”
(Peace4Culture) qlobal kampaniyasının
həyata keçirilməsini
yüksək qiymətləndirib
və Dünya Bankının da bu təşəbbüsə
qoşulmaqda maraqlı
olduğunu vurğulayıb.
Görüş qarşılıqlı maraq
doğuran digər məsələlərin müzakirəsi
ilə davam edib.
525-ci qəzet.- 2022.- 27 avqust.- S.16.