"Pesaro Madonna"
Görkəmli rəssam, universal alim Tisian Veçellio yaradıcılığı ilə
İtaliya intibahı dövründə öz möhürünü qoyub. Tisianın portret,
mənzərə fonları,
mifoloji əsərlərində
rəngin tətbiqi təkcə İtaliya intibahı rəssamlarının
deyil, Qərb rəssamlarının, gələcək
nəsillərin yaradıcılığına
böyük təsir göstərib. Tisianın yaradıcılıq
fəaliyyətinin çox
hissəsini boya ilə işlədiyi üçün Mikelancelonun
yaradıcılığına bərabər sayılırdı.
Onun yaradıcılığının
möhtəşəm silsilə
əsərləri bunlardır:
"Urbinalı Venera",
"Pesaro Madonna", "Qeyserin dinarları" və s.
Bu gün danışacağım
əsəri isə Tisianın "Pesaro Madonna" rəsmidir.
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Humay
İslamovadır.
- Humay xanım, söhbətimizə əsərin
mövzusundan başlayaq.
Mövzu
nədir?
- "Pesaro Madonna" - qədim rəsmləri xatırladan
əsər dini mövzudadır. Əsər on altıncı əsrdə
Venesiyada Frari Bazilikasında, Jacopo Pesaronun
sifarişi ilə çəkilib. Texnikası yağlı
boya olan rəsmdə material olaraq kətandan istifadə edilib. Əsər Manyerizm cərəyanının
dövr etdiyi vaxtlarda ərsəyə gəlib. Tisian bu işi ilə
yeni kompozisiya növünü yaratmağa
nail olub. Müqəddəslər
Pesaro ailəsinin kişi üzvləri
və Madonna ilə birlikdə kilsənin
monumental sütunlu eyvanında
yer alır.
- Əsərin texnikası
haqqında nə deyə bilərsiniz?
- Rəsm günəş işığı və
kölgələrlə zəngindir.
Ölçüsü 4.88 m x 2.69 m-dir. Xüsusilə qeyd etmək lazımdır ki, bu rəsm əsəri
innovativdir. Əsər iki
böyük sütunu
əhatə edib, memarlıq quruluşu şaqulidir. Rəssam izləyicinin
diqqətini Madonna və
uşağa çəkmək
üçün diaqonal
və üçbucaqlı
prinsiplərdən istifadə
edib.
2012-ci ilin mayında İtalyanın şimalında
baş verən zəlzələdən sonra qeyri-kommersiya təşkilatı
tərəfindən maliyyələşdirilərək
rəsmin uzun müddətli konservasiyasına
başlanılmışdı. Rəsm konservasiya olunarkən kilsədə onun surətinin fotoşəkili
nümayiş etdirilirdi.
2017-ci ilin 21 sentyabr
tarixində Tisianın
bərpa edilmiş qurbangahının yenidən
quraşdırılmasını qeyd edən zaman mərasimdə 400 nəfərdən çox
insan iştirak etmişdi.
- Əsərin koloriti
necədir?
- Rəssamın yaradıcılığının
xeyli hissəsini yağlı boya ilə işlənmiş əsərlər təşkil
edir. "Pesaro Madonna" da yağlı boya ilə işlənilib.
Fon açıq səma mavisi tonundadır. Geyimlər əsasən tünd mavi və qırmızı
tonlarında rənglənib.
Divarın boyaları açıq-boz
rəngə çalır.
İşıq və kölgələr
daha qabarıq nəzərə çarpır.
Daha çox yuxarı hissədə qara rəng tonunda kölgələrə rast
gəlirik. Bir sözlə,
mavi, qırmızı,
boz rəng tonlarından daha çox istifadə edilib.
- Bir qədər də rəsmdə verilən detallar və mesajlardan danışaq.
- Tisian himayədarını sədaqətli pozada Məryəmin qarşısında diz çökən şəkildə təsvir edib. Əsərdə Müqəddəs Pyotrun açarı da göstərilir. Yuxarıdakı buludda körpə mələklər görünür. Arxa görünüşdə bir nəfər xaç tutur. Mələyin kürəyi körpə Məsihlə yan-yana durur və o, Məryəmin qucağında oynaqcasına çevrilir. Su yollarından parıldayan Venesiya işığı, bu tablonu işıqlandırır.
- Bəs pilləkən?
- Pilləkən cənnətə aparan səmavi yola işarədir. Tisian bu rəsm əsərində Məryəm üçün model kimi doğuş zamanı ölən həyat yoldaşından istifadə edib. Sol tərəfdə böyük qırmızı bayraq təsvir olunub. Bu bayraq mərkəzdə Papanın qollarını, aşağıda isə Jacoponun qollarını göstərir. Əsər sanki qələbə simvoluna həsr olunub. Çünki qələbənin nişanəsi sayılan dəfinə budağı nümayiş aydın görünür.
Qeyd etdiyim kimi, əsər dini mövzuda çəkilib. Tisian bu qurbangahı çəkərkən rəsm və rəngli məkanın mərkəz nöqtəsində sədaqətli fiqurların yerləşdirilməsi ilə bağlı əsrlər boyu davam edən ənənəni pozub. Söhbət bakirə və uşaq fiqurlarından gedir. Bir sözlə, iyerarxiya yaranır. Əsərdə Pesaro ailəsinin dindar olduğu da nümayiş etdirilir.
- Sizcə, bu əsər bizə nə deyir?
- Görkəmli rəssam Tisian əsəri ilə bizə Barokko dövrünün mürəkkəb keçməsini çatdırır. Həmçinin, dini mövzu olaraq Müqəddəs Məryəm ana və oğlu İsa Məsihin ənənəvi mövzu və dini inanc olduğu nümayiş etdirilir. Rəssam işıq və kölgələri daha parlaq, kəskin şəkildə göstərir. Beləliklə, Tisian yaradıcılığının güclü boyakarlıq tərəfini bu rəsm vasitəsilə bir daha görmüş oluruq.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 27 avqust.- S.13.