Nədən "525-ci"?  

 

BU BARƏDƏ AZI 5 ARQUMENT

 

"525" - 30

 

 

İlk arqumentim, yəqin ki, "525-ci qəzet"in daimi oxucusu olmağımdır. Redaksiya kollektivi, yazarlar oxucular inciməsinlər, mənə doğma olan bu qəzetin adını yazı boyunca, sadəcə "525-ci" deyə çəkəcəyəm.

Bəli, "525-ci". İllər sonra bu gün mənimçün 1-ci. Bu qəzeti ilk nömrəsindən sevdiyimi desəm, mübaliğəyə yol vermiş olaram. Açığını desəm, onun ilk sayını nəinki oxuduğumu, hətta görüb-görmədiyimi düz-əməlli xatırlamıram. Ancaq bir nəsnəni - qəzetimi, kitabımı, hətta insanı sevmək üçün mənə qısa vaxt kifayət etmədiyi kimi, əslində, uzun bir zaman da lazım gəlməyib. Xasiyyətcə orta hədd ölçüsündən uzaq olsam da (doğru, yaxud yanlış, dostlarımın bəzi doğmalarımın qənaəti belədir), ağlım kəsəndən sevgi məsələsində orta həddi özümçün daha doğru meyar kimi qəbul etmişəm. Əslində, talenin mənimçün seçim şansı qoymadığı töhfələrindən biri qızıl ortanın sevgi ölçüsü kimi müəyyənləşməsi olub. Az-çox yazı-pozudan başı çıxan, özü qəzetçiliklə məşğul olan bir şəxs kimi ("Vətən səsi", "Xalq Ordusu", "Sərhəd" qəzetlərində işləmişdim) "525-ci" oxuduqca məni maraqlandırdı beləcə ona o qədər bağlandım ki, qəzetin hansı sayınısa əldə etmədiyim vaxtlarda narahatlıq keçirirdim. Əlbəttə, bu halı havasızlıq, susuzluq, ki, yuxusuzluqla müqayisə etməzdim, o, daha çox nəsə vacib bir şeyin çatışmadığı ovqatına bənzəyirdi. Belə qeyri-müəyyənliyin sadalananlar qədər olmasa da, insanı narahat qoyduğunu deməyə isə yəqin ki, ehtiyac yoxdur.

İllərin ünsiyyəti bizi "525-ci" ilə doğmalaşdırdı bir gün onun üçün yazmaq, onun müəllifləri arasında olmaq istəyinin qarşısını daha ala bilmədim. Nədən "525-ci" seçiminin ikinci arqument kimi zəif görünsə , qəzetlə bağlılığımda bu seçimin xüsusi yeri olduğuna inanmağınızı istərdim. Xidməti işin imkan verdiyi çərçivəyə sığışdırmaq məcburiyyətində qalsam da, bu, mənim üçün daxili rahatlıq, yalnız məhdud sayda dosta deyə biləcəklərimi virtual da olsa, sayını bilmədiyim oxucu adlı potensial dostlara da çatdırmaq şansı oldu. "525-ci" məni tərəddüdsüz öz "ailə"sinə qəbul etməklə ona olan doğmalığı bir köynək yaxınlaşdırdı.

Dediklərimin təsdiqi üçüncü arqument kimi, bu qəzetin həqiqətən, böyük olan yaradıcı oxucu "ailə"sindən bəhs etmək kifayətdir. Sirr deyil ki, bu gün Azərbaycanın ziyalı kəsiminin bütün zümrələrinin əhatə edildiyi hər hansı dövrü nəşr barədə düşünəndə ilk olaraq "525-ci" yada düşür. Onun səhifələri sahəsinə səlahiyyətinə fərq qoyulmadan bütün ziyalıların fikirlərini bölüşmələri, Vətənə, xalqa gərəkli mövzularda diskussiyalar aparmaları, hərdən böyük Füzuli demiş, "daşları dələn dərd"lərini açmaları, ürəklərini boşaltmaları üçün açıqdır. Bir sözlə, "525-ci" ziyalı tribunasıdır. Sözə dəyər verənlərin, sözün məsuliyyətini bilənlərin tribunası. qədər acı da olsa, bu sıraya aid edilənlərin sırası artmaq əvəzinə, seyrəlməkdə davam edir. Özümə gəlincə, hələ ki, ürəyini boşaldanların sırasında olmaq şansından yararlanmağa çalışıram. Bunu necə bacardığımı müəyyən etməksə, mənim verəcəyim qiymət deyil.

"525-ci"nin oxucu ailəsinin böyüklüyünə şahidlik etmək üçün xüsusi təhlilə, yaxud araşdırmaya ehtiyac yoxdur. Necə deyərlər, görünən dağdır. Qəzetlər üçün tiraj baxımından hazırkı çətin dördə belə onun hansı tirajla çıxmasına nəzər yetirmək kifayətdir. Ancaq bir məsələ yəqin hamımızın qəlbini sıxır. Tiraj, yəni daimi abunəçilərin sayı doğma "525-ci"ni digər qəzetlərimizi elektron oxuyanlarla müqayisədə həddindən artıq azdır. Virtual təmas bu sahədə canlı ünsiyyəti kölgədə qoyur. Əlbəttə, tərəqqinin nəticəsinə sevinir, ancaq mətbu nəşrlərin taleyindən narahatlığımızı da dilə gətirir, mətbuatımızın, ümumiyyətlə, nəşr sahəsinin yaralı yeri olan bu vəziyyəti üzgünlüklə, ürək ağrısı ilə qeyd edirik. qədər acı da olsa, günümüzdə qəzet kitab sevdalılarının sayı ürəkaçan deyil. Bizim az oxuyan xalqlar arasında olmağımıza da qəlbən təəssüflənirik.

Mənə "525-ci"ni sevdirən digər bir cəhət (oxu, arqument) qəzetin siyasətdən bacardıqca uzaq durmağı çalışmaqla (həyatımız hər sahəsinə sirayət etsə ), siyasi proseslərə ölkə gündəminə sırf peşəkar mövqedən obyektiv qiymət verməsidir. Bu qəzəet üçün Azərbaycan, onun xalqı, dövləti heç vəchlə vaz keçilməyəcək milli, dövləti maraqları var. Bu müqəddəs dəyərlər barədə yazmaq istedad peşəkarlıqla yanaşı, həm əsl Vətən, xalq üçün yanmağı bacaran ürək, dürüstü yanlışdan seçməyi məsələləri aydın şərh etməyi bacaran zəka tələb edir. Qəzet bu meyarlara uyğun müəlliflərlə əməkdaşlığa üstünlük verir desək, yanılmarıq. "525-ci" bu prinsipinə indiyədək sadiq qalıb gələcəkdə sadiq qalacağına şübhə yoxdur.

Sonuncu arqument, qədər qəribə olsa, qəzetin adında təkrarlanan "5" rəqəmi ilə bağlıdır. Hər bir rəqəmin öz yeri mənasının olduğu numerologiya (rəqəmşünaslıq) elmində "5" simvollaşmış koda malikdir. "5" - sərbəstlik, buxovu açmaq hərəkət rəmzidir. Dərk etmək, inkişaf, dəyişməyə meyillilik, eləcə qeyri-müəyyənlik risk "5"in əsas xüsusiyyətləri sayılır. O, həmçinin, ən xobəxt ən gözlənilməz yaradıcı rəqəm kimi qəbul edilir. Merkuri planeti ilə bağlı olan "5" hakimiyyəti, sərvəti, fəlsəfi məzmunca "inanc"ı ifadə edir. Bu rəqəm Kainatın mövcudluğunun əsas hərəkətverici qüvvəsi olan xaos (mübarizə mübahisələr) nizamın tərkib hissəsi, ən yaradıcı 2 rəqəmdən biridir. "5" insanın duyğu orqanlarının sayı, bir əlin barmaqları, tərsinə çevrilmiş "2", yəni ikinci yaradıcı rəqəmin tərsidir sair.

Zərdüştlüyə ("Avesta") görə, "5" - ölümsüzlüyün, əbədiliyin rəmzidir. Onun sakral funksiyası yer üzünün 4 istiqaməti, üstəgəl, dünyanın mərkəzi kimi yozulur. Xalqımızın mifoloji görüşlərində "5" dünyanın, yaranışın təməlində dayanan dörd ünsürün üzərinə daha birinin əlavə edilməsidir. Onun uğuru ziyanı əlavənin hansı elementə edilməsi ilə bağlıdır. Su ilə birləşmə balıqların, torpaqla birləşmə bitkilərin yaranması deməkdir.

"5" bizim üçün həm elm, təhsil, mədəniyyətlə bağlıdır. Bu rəqəm uzun illər bu gün təhsilimizdə ən yüksək qiymətləndirmə meyarı kimi müəyyən mənada dominantlıq təşkil edir. Test sisteminin təşkilinə qədər ali məktəblərə qəbul imtahanından "5" alan abituriyentlərin gözlərindəki sevinci, üzlərindəki işığı, doğmalarının çöhrəsindəki qüruru çoxlarımız xatırlayırıq. Belə anların orta məktəblərin buraxılış imtahanlarında yaşanmasının da az şahidi olmamışıq. "5 almışam" ifadəsi şagirdlərin, tələbələrin üzağlığı, valideynlərin rahatlığı, müəllimlərin yetirmələrinin gələcəyinə atdıqları möhkəm təməl kimi qəbul edilirdi.

"5"in ədəbiyyat tariximizdə əbədiliyini özəlliyini şərtləndirən ən başlıca hadisə dahi mütəfəkkir şairimiz Nizami Gəncəvinin "Xəmsə"sidir. Beşlik, beş poema anlamı daşıyan "Xəmsə" həm epik şeirimizin təkrarsız nümunəsi və zirvəsi, həm də dünya ədəbiyyatına Azərbaycanın bəxş etdiyi möhtəşəm poetik əsər, dərin biliklər xəzinəsidir. Mövzumuzla birbaşa bağlı olmadığından yalnız bədii təfəkkürümüzdə deyil, ümumən mifologiyamızda, baxış və inanc sistemimizdə, o cümlədən, folklorumuzda "5"in simvollaşdırılması, ifadə etdiyi gizli, magik mənalar barədə geniş söhbət açmırıq. Bu barədə Azərbaycanın numerologiya ilə məşğul olan alimləri maraqlı tədqiqatlar aparmış və dəyərli əsərlər yazmışlar.

 

Bəli, "525-ci" təsadüfi seçim, yaxud qismət, hətta başlanğıcı, sonu "5", aralarında ikinci yaradıcı rəqəm - "2" dayanan cazibədar və doğma ad da deyil. Mənə görə, bu, gizlimagik məna daşıyır. "525-ci"nin, sadəcə, adı olmaqla qalmayan bu "5"lər qəzetin çıxdığı yolun rəmzinə, başlanğıcdan sonadək eyni templə, dəyişməz qayə ilə gedəcəyinə, Yaradandan gələn "yaratmağa" bir işarədir. Bəlkə də yaranışında fərqinə o qədər də varılmayan bu tale yazısı illər ötdükcə daha dərindən üzə çıxır və çıxacaq, bu yolun qeyri-adiliyinin, bənzərsizliyinin təsdiqi olacaqdır. Yolsa, uzundur, çox uzunonu öz missiyasına xələl gətirmədən davam etdirmək şərəfli olduğu qədər də, çətin və məsuliyyətlidir.

 

Lətif BABAYEV

Tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 27 avqust.- S.12.