“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan

 

Hacı Abbas Hacı Məhərrəm oğlu Ağəh təxminən 1836-cı ildə Şuşada anadan oluborada da mədrəsə təhsili alıb. "Məclisi-üns"ün ilk yaradıcılarından biridir. Məclis ilk dəfə onun evində təşkil edilərək fəaliyyətə başlayıb.

Əsas məşğuliyyəti sahibkarlıq olan Hacı Abbas şeirə də ciddi maraq göstərib, fars və Azərbaycan dillərində klassik üslubda şeirlər yazıb. Ağəh 1892-ci ildə vəfat edib.

Aşağıdakı şeir nümunələri AMEA Əlyazmalar İnstitutunun arxivində saxlanılan cünglərdən götürülüb.

 

Raqub KƏRİMOV

Filologiya üzrə elmlər doktoru, professor

 

525-ci qəzet.- 2022.- 2 dekabr.- S.15.