Dövlət idarəçiliyində qadınların mövqeyi: dünyaya Azərbaycan nümunəsi

Azərbaycanda son illər nazir müavini olan qadınların sayı 3-dən 8-ə yüksəlib. 2 qadın icra hakimiyyəti başçısı 72 qadın icra hakimiyyəti başçısının müavinidir. Hakim səlahiyyətlərini icra edən qadınları sayı 93, prokuror qadınların sayı isə 9-dur. 2 qadın səfir 1 qadın konsuldur. Bu barədə məlumat verən Dövlət Statistika Komitəsindən bildirildiyinə görə, əvvəlki illərlə müqayisədə dövlətin idarə olunmasında qərarların qəbul edilməsində qadınların təmsilçiliyində irəliləyişlər əldə olunub. 2000-ci ildə qadın millət vəkilləri 10,7 faiz təşkil edirdisə, 2020-ci ildə bu göstərici 18,3 faizə yüksəlib. İnzibati rəhbər vəzifələrində çalışan 3111 nəfər dövlət qulluqçularının 7,01 faizi qadınlardır. Qadınların 36,1 faizi, kişilərin isə 63,9 faizi ali - 3-cü təsnifatlar üzrə inzibati vəzifələri, qadınların 23,2 faizi, kişilərin isə 76,8 faizi 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələri, qadınların 40,1 faizi, kişilərin isə 59,9 faizi dövlət qulluğunun yardımçı vəzifələrini tutur. 8 qadın universitet rektoru, 15 qadın kollec, 9 qadın peşə təhsili, 1345 qadın isə ümumi təhsil müəssisələrinin direktorudur. Son illərdə bələdiyyə üzvü olan qadınların sayı 4 faizdən 39 faizə yüksəlib.

Azərbaycanda qadınlarla kişilər bərabər hüquqa malikdirlər. 2006-cı ildə ölkədə bununla bağlı qanun da qəbul olunub. Məhz "Gender bərabərliyinin təminatı haqqında" qanunun qəbulundan sonra bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi işlər görülüb. Qadınların müxtəlif dövlət qeyri-dövlət qurumlarında rəhbər vəzifələrə təyin olunması prosesinə başlanılıb. Bu gün Azərbaycan qadını parlamentdə, mərkəzi yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatı sektorunda, orduda, hüquq-mühafizə orqanlarında təmsil olunur. Rəhbər vəzifələr tutan qadınların da sayı az deyil. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Milli Məclisin sədri Ombudsman qadındır.

Millət vəkili Səbinə Xasıyevanın sözlərinə əsasən, Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Demokratik Respublikası qadın siyasətinə, cəmiyyətin qadına münasibətinə xüsusi önəm verən ilk dövlət kimi tarix yazdı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipi seçmək seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə Azərbaycan Şərqdə qadınlara seçmək seçilmək hüququ verən ilk ölkə oldu. Dünya gördü ki, Azərbaycan Demokratik Respublikası demokratik, hüquqi, dünyəvi dövlətdir.

Onun sözlərinə görə, Azərbaycanda qadınlara həmişə xüsusi ehtiram olub. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə qadınlar cəmiyyətin bütün strukturlarında təmsil olunurdu. Qadın yazıçılar, şairlər, rəssamlar, həkimlər, hüquqşünaslar, partiya dövlət xadimləri, Məhəmməd Hadinin təbirincə desək, Azərbaycanın imzasının beynəlxalq qurumlarda daha yaxından, böyük sayğı ehtiramla tanınmasının cəfakeşləri olublar. Ulu öndər deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq ülvilik məbədidir. İsmət, qeyrət, qüdrət rəmzidir". Bu kəlamlar qadınların cəmiyyətdə rolunun ona olan ehtiramın göstəricisidir.

Millət vəkili qeyd edib ki, tarix, o cümlədən, Azərbaycan tarixi təsdiqləyir ki, xalqımızda qadına hörmət mental dəyərlərdəndir: "Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra qadınların cəmiyyətdə rolu daha da yüksəldi. Prezident İlham Əliyev Ulu öndərin siyasi kursunu bu istiqamətdə uğurla davam etdirir, qadınların cəmiyyətdə roluna müstəsna əhəmiyyət verir. Bunun nəticəsidir ki, bu gün azərbaycanlı qadınlar təkcə ölkədə deyil, dünya miqyasında beynəlxalq qurumlarda Azərbaycanımızı layiqincə təmsil edirlər".

Səbina Xasayeva bildirib ki, regionda güclü dövlət olan Azərbaycanda gender siyasəti getdikcə güclənir, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi istiqamətində dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir. Ölkədə yaradılan Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edirlər. Bütün bunlar dövlətin qadın siyasətinin mahiyyətinin göstəricisidir: "Azərbaycanda Birinci vitse-prezident təsisatının yaradılması, bu vəzifəyə UNESCO-nun ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təyin edilməsi qadınlarımızın cəmiyyətdə rolunun kontekstləşdirilməsinin nəticəsidir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyir ki, bu gün Azərbaycan qadını Milli Məclisdə təmsil olunur. Geniş tribunadan fikir təkliflərini səsləndirir. Mühüm əhəmiyyət kəsb edən qanunların, qərarların qəbulunda iştirak edir. Dövlət əhəmiyyətli cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərdə fəal iştirak edir. Nazirlik icra hakimiyyəti orqanlarında məsul vəzifələrə təyin olunur: "Bir sözlə, dövlət tərəfindən həyata keçirilən gender siyasəti nəticəsində bu gün bütün sahələrdə qadınlar kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar. Bu gün Azərbaycan cəmiyyətində qadının özünəməxsus rolu yeri var. Azərbaycan qadını bu gün analıq missiyasını, vəzifəsini da ləyaqətlə, şərəflə yerinə yetirir. Cəmiyyət üçün, dövlət üçün layiqli vətəndaş, milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər övladlar yetişdirir".

Millət vəkili Hicran Hüseynovanın dediyinə görə, qadının cəmiyyətdə böyük rolu var. Bugünkü cəmiyyət məhz dünənki qadınların, anaların tərbiyəsinin məhsuludur. Qadınlar qədər vətənpərvər, iradəli, fədakar fəaldırsa, gələcəyimiz bir o qədər inkişaf etmiş olar. Bir məsələni unutmaq olmaz ki, hər bir dövlətin, xalqın inkişafı üçün hər zaman hərəkətverici qüvvəyə ehtiyacı var qadınlar belə bir məsuliyyəti öz üzərinə götürməyi həmişə bacarıblar.

Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin dövlət səviyyəsinə qaldırılmasının məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan H.Hüseynova bildirib ki, Ulu öndər istər Sovet hakimiyyəti, istərsə müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görüb: "Ulu öndər qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət verirdi. Qadınlarla bağlı heç bir yığıncaq, iclas, qurultay nəzərindən kənarda qalmırdı. Müstəqilliyimizin ən ağır zamanında belə "Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradıldı. Zaman keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb etməyə başladı. Bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu. Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Xüsusi qeyd etmək lazımdır ki, MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var. Dövlətin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkədə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni siyasiiqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Həmçinin, hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün "Gender bərabərliyinin təminatları haqqında" (2006-cı il), "Məişət zorakılığının qarşısının alınması haqqında" (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunub".

Millət vəkilinin sözlərinə əsasən, bu gün ölkədə həyatın bütün sahələrində qadınların sayı artmaqdadır, sahibkarlıqda, qərarqəbuletmə və idarəetmədə, hüquq-mühafizə orqanlarında, diplomatiyada, elm və təhsildə. Qadınlar ölkə əhalisinin ümumi sayının 50,1 faizini təşkil edir. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir: "Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev deyib: "Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər". Bəli, həqiqətən, bu gün Azərbaycan qadını - ənənələri, innovativliyi, intellektisosial aktivliyi özündə cəmləşdirir. Onlar, yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün peşə və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikamızın inkişafında fəal iştirak edirlər. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Bu, Azərbaycan qadının unikallığıdır! Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlarımız kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmiş, ailələrində də vəzifələrini layiqincə yerinə yetiriblər. Belə bir balansharmoniya mümkündür. Bu gün bizim qadınlarımız arasında belə nümunələr var".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 2 dekabr.- S.10.