Azərbaycanda hava keyfiyyətinə
dair monitorinq şəbəkəsi modernləşdirilir
Atmosfer havasının
çirklənməsinin monitorinqi
Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları
haqqında" Əsasnaməyə
uyğun olaraq həyata keçirilir. Atmosfer havasının
çirklənməsi üzərində
müşahidələr stasionar
və səyyar məntəqələrdə aparılır.
Stasionar və səyyar məntəqələr hər
bir şəhərin,
yaşayış məntəqəsinin
sahəsi, relyefi, sənayenin inkişafı,
səyyar tullantı mənbələri və əhalinin sayı nəzərə alınmaqla
təşkil edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Xidmətindən verilən
məlumata görə,
ölkədə mövcud
olan hava keyfiyyətinin monitorinq şəbəkəsi bir çox amillər baxımından müasir standartlara, beynəlxalq meyarlara cavab vermirdi. Ölçülən çirkləndiricilərin seçimi ictimai səhiyyənin tələblərinə
uyğun deyildi, monitorinq ləng və zəhmət tələb edirdi. Buna görə də
hava keyfiyyətinə
dair cari monitorinq şəbəkəsinin
modernizasiyası işlərinə
başlanılıb. Belə ki,
son dövrlər bu sahənin gücləndirilməsi
istiqamətində işlər
davam etdirilir.
Azərbaycanın Avropa İttifaqı ilə mövcud olan Fəaliyyət Planında atmosfer havasının monitorinqi sisteminin Aİ Direktivlərinə
uyğun fəaliyyətinin
mərhələlərlə təmin olunması nəzərdə tutulub. Öhdəlikdə fasiləsiz fəaliyyət
göstərən üçüncü
nəsil avtomatik məntəqələrin quraşdırılması
tələb olunur.
Bununla əlaqədar İsveçin
OPSİS AB şirkətindən 1 ədəd onlayn rejimdə çalışan
müşahidə məntəqəsi
alınıb. Məntəqənin
2016-cı ilin may ayından
etibarən fəaliyyəti
təmin edilib. Hazırda hər gün bu məntəqədən
atmosfer havasında
PM10 (asılı hissəciklər),
NO2, SO2, benzol, toluol, kselol kimi qaz
birləşmələri və
ozonun səviyyəsi üzrə monitorinq nəticələri alınır.
Atmosfer havasının
çirklənməsinin monitorinqi
üzrə iri şəhərlərdə yerləşən
müşahidə məntəqələrinin
onlayn rejimdə çalışan müşahidə
məntəqələri ilə
əvəz olunması
ETSN-nin qarşısında
duran prioritet məsələlərdən biridir. Belə
ki, 2019-cu il
üçün nəzərdə
tutulan İnkişaf Konsepsiyasına uyğun olaraq bir səyyar
laboratoriya və atmosfer havasının monitorinqi üzrə 5 stasionar avtomatik stansiya alınıb. Bu stansiyaların 3 ədədi Bakı şəhərində, Gəncə
və Sumqayıt şəhərlərində isə
1 ədəd olmaqla quraşdırılıb. Stansiyalar dünyada ətraf mühit üzrə analizator istehsalına görə öndə gedən "Thermo" (ABŞ) şirkətinin cihaz və avandanlıqları ilə komplektləşdirilib.
Stansiyalar şəhər fonu,
nəqliyyat, sənaye
profilli olaraq 3 istiqamət üzrə quraşdırılıb və
hər stansiyanın profilinə uyğun analizatorlarla təchiz edilib. Stansiyalardan fasiləsiz olaraq atmosfer havasından PM 2.5,
PM 10, azot 4-oksid (NO2), azot
2-oksid, NOx, kükürd
qazı (SO2), dəm qazı (CO), hidrogen sulfid (H2S), BTEX kimi qaz qarışıqları
və ozonun yer səthində səviyyəsi üzrə
nəticələri əldə
olunur. Stasionar stansiyalardan daxil
olan məlumatlar mərkəzi məlumat bazasında toplanılır,
hava keyfiyyətinin qiymətləndirilməsi və
digər məqsədlər
üçün bazadan
aidiyyəti üzrə
istifadə edilir.
Altıağac Milli Parkının
ərazisində Xızı
fon stansiyası
Azərbaycan tərəfindən
2002-ci ildə ratifikasiya
edilmiş BMT-nin Avropa İqtisadi Komissiyasının "Böyük
məsafələrdə havanın
transsərhəd çirkləndirilməsi
haqqında Konvensiya"nın
tələblərinə uyğun
olaraq 2012-ci ildən fəaliyyət göstərir.
Məntəqədə mütəmadi
olaraq yağış
və anion-kationların
(Cl-, SO4 2-, NO3-,Na+, K+, Mg2+, Ca2+, NH4+) təyini məqsədilə
nümunələr götrülür,
müvafiq analizlər
aparılır. Hazırda məntəqədə
yer səthində ozonun səviyyəsi və PM2.5 - dirsper hissəciklərinin monitorinqi
həyata keçirilir.
"Avropa İttifaqının
nümunəvi təcrübələri
əsasında Azərbaycanda
milli ekoloji monitorinq sisteminin təkmilləşdirilməsi" Tvinninq layihəsinin dəstəyi ilə
2018-ci ilin may ayında
atmosfer havasında
mövcud olan qazların və dispers hissəciklərin ölçülməsi məqsədi
ilə hava keyfiyyət ötürücüsü
əldə edildi. Hazırda cihazdan qaz birləşmələri
(NO2, SO2, CO, O3 ) və dispers hissəciklər (PM
2,5 və PM10) üzrə
monitorinq məlumatları
əldə edilir.
Atmosfer axını ilə çirkləndirici maddələrin
ölkə ərazisinə
transsərhəd daşınmalarına
nəzarət edilməsi
və atmosfer yağıntılarının fon
tərkibinin öyrənilməsi
məqsədi ilə ölkənin 6 bölgəsində
- Abşeron yarımadası,
Kür-Araz ovalığı,
Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub
yamacı və Lənkəran-Astara olmaqla
26 məntəqədə 11 göstərici üzrə
- sulfat, nitrat, fosfat, ammonium, xlorid, hidrokarbonat, maqnezium, kalsium ionları, elektirik keçiriciliyi, codluq, və pH aparılır. Monitorinq planına əsasən ildə 2 dəfə, qış fəslində Qırız, Damarçın,
Daşkəsən, Şahdağ
və Kəlvəz müşahidə məntəqələrindən
dayanıqlı qar nümunələri götürülür
və həmin nümunələrdə fiziki-kimyəvi
analizlər aparılır.
Milli Hidrometeorologiya Xidmətinin
rəisi Umayra Tağıyeva deyir ki, Abşeron yarımadasında il ərzində müxtəlif fəsillərdə
bir neçə qəsəbədə atmosfer
havasının çirklənməsi
ilə əlaqədar
monitorinqlərin keçirilməsi
nəzərdə tutulub.
Monitorinqlər aprel-may
aylarında həyata keçiriləcək və
nəticələri barədə
də ictimaiyyətə
geniş məlumat veriləcək: "Hazırda
ölkədə atmosfer
havasının keyfiyyəti
norma daxilindədir.
Bu da yağışlı
hava dövrünün
davam etməsi ilə bağlıdır".
U.Tağıyevanın sözlərinə
görə, qış
dövründə monitorinqlər
bitib: "Buzovna, Mərdəkan, Şüvəlan,
Bilgəh, Nardaran, Fatmayi, Mehdiabad, Novxanı, Şıxovda çirklənmə yol verilən qatılıq həddindən yüksək
olmayıb. Ən az dəm
qazı çirklənməsi
Şüvəlanda, Bilgəhdə
və Nardaranda müşahidə olunub. Tozun miqdarı ən az
Buzovna, Şüvəlan
və Mehdiabadda qeydə alınıb".
Xidmət
rəisinin dediyinə
görə, gündəlik
olaraq atmosfer havasına müxtəlif mənbələrdən-sənayedən, nəqliyyatdan və sair birbaşa azot 4-oksid, azot 2-oksid, kükürd qazı, dəm qazı, hidrogen sulfid, dispers toz hissəcikləri,
benzol, etil benzol, toluol, kselol kimi qaz
birləşmələri atılır:
"Bu ildən Dövlət
İnvestisiya Layihəsi
çərçivəsində alınmış avtomatik rejimdə çalışan
5 stansiya və 1 ədəd Səyyar Laboratoriyanın imkanları
hesabına havaya atılan qaz qarışıqları və
toz hissəcikləri üzrə fasiləsiz monitorinq sistemi yaradılıb.
Stansiyadan əldə olunan məlumatlara əsasən,
ilin isti dövründə qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin
qatılıqlarının nisbətən yüksək
olduğu müəyyən
edilib. Həmin dövrlərdə temperaturun yüksəlməsi,
dayanıqlı hava şəraitinin tez-tez müşahidə olunması
və digər meteoroloji parametrlər avtonəqliyyatdan və sənaye müəssisələrindən
atılan tullantıların
havada uzun müddət qalmasına şərait yaradıb və atmosfer havasının keyfiyyət
göstəricilərin aşağı
düşməsinə səbəb
olub".
O bildirib ki, əgər
70-80-ci illərdə şəhərlərdə
atmosferi çirkləndirən
mənbələr sırasında
əsasən sənaye
müəssisələri 70-80 faiz ilə üstünlük
təşkil edirdisə,
son onillikdə vəziyyət
dəyişib və nəqliyyat sektoru Bakıda artıq əsas çirkləndiriciyə
çevrilib:
"2005-ci ildə sənayedən olan tullantılar 53, nəqliyyatdan isə 47 faiz təşkil edirdisə, son illər vəziyyət tədricən dəyişib, hazırda nəqliyyatın payına 80 faizə yaxın tullantı düşür. Bu çirkləndiricilər əsasən azot oksidləri (NOx), dəm qazı (CO)kükürd qazı (SO2) karbohidrogenlər və digər maddələrdir. Nəqliyyatdan fərqli olaraq əksər sənaye müəssisələrindən atmosfer havasına atılan tullantılar texnoloji, ekoloji qaydalara uyğun olaraq borular vasitəsilə müəyyən hündürlükdə atılırlar ki, bu da onların atmosferdə daha tez səpələnməsinə, bununla da konsentrasiyalarının nisbətən azalmasına imkan yaradır və belə müəssisələrin çoxu şəhərin kənarındadılar. Nəqliyyatdan olan tullantıların spesifik bir tərəfi isə odur ki, onlar insanın birbaşa nəfəs aldığı təbəqəyə atılır. Buna görə də insanlara mənfi təsir effekti özünü daha qabarıq göstərir".
U.Tağıyevanın sözlərinə əsasən,
atmosfer havasının çirklənmə
mənbələrindən biri də transsərhəd
gətirmələrdir. Son on ildə bu proseslər daha tez-tez müşahidə
edilir. Transsərhəd
çirklənmə zamanı
əsasən dispers toz hiccəciklərinin
(PM10, PM 2.5) miqdarının normadan dəfələrlə
artıq olduğu müəyyən edilib:
"Xüsusi narahatlıq
avtonəqliyyat vasitələrinin
sıxlığı, eyni
zamanda, ölkəyə
gətirilən istismar
müddəti keçmiş
avtomobillərin istifadəsi
ilə bağlıdır.
Nazirlik tərəfindən aidiyyəti
təşkilatlarla bəzi
nəqliyyat növlərinin
şəhərə daxil
olmasına məhdudiyyətlərin
tətbiq edilməsi istiqamətində işlər
aparılır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 8 dekabr.- S.14.