İnkişaf və innovasiya layihələri: təhsildə
yüksəlişə mühüm təkan
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin
(BŞTİ) İnkişaf layihələri sektorunun əsas işi ümumi təhsil müəssisələrində aparılan təhlil nəticələrinə əsasən
ehtiyaclara uyğun inkişafyönümlü və
innovativ yanaşmaları
əks etdirən layihələrin hazırlanmasıdır. Eyni zamanda, istedadlı uşaqlarla işin təşkili, Dövlət
Proqramlarının icrası
istiqamətində, müəllim,
valideyn, şagird münasibətlərinin və
məktəb mühitinin
inkişafını əhatə
edən layihələrin
hazırlanması, bu sahədə əlaqələndirmə
işinin təşkili,
təhsil müəssisələrində
nəticəyönümlü, şəffaf idarəetmə
modelinin yaradılması
istiqamətində təkliflərin
verilməsi və sairdir.
İnkişaf layihələri sektoru
tərəfindən bu
il ümumi
təhsil məktəblərində
həyata keçirilən
layihələrin koordinasiya
edilməsi, ehtiyaclara uyğun inkişaf layihələrinin hazırlanması
və tətbiqi istiqamətində mühüm
işlər görülüb.
BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova deyir ki, Prezidentin müvafiq Sərəncamı
ilə təsdiq edilən "Azərbaycan
Respublikasında informasiya
cəmiyyətinin inkişafına
dair Milli Strategiyanın həyata keçirilməsi üzrə
2016-2020-ci illər üçün
Dövlət Proqramı"ndan
irəli gələn vəzifələrə uyğun
olaraq təhsilalanların
İKT bacarıqlarına dərindən
yiyələnməsi, onların
informasiya məkanında
sərbəst və məqsədyönlü fəaliyyətinə
nail olunması, rəqabətqabiliyyətli,
məntiqi və qeyri-standart düşüncə
tərzinə malik şəxslər kimi formalaşmasını təmin
etmək məqsədilə
Elm və Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı
çərçivəsində ümumi təhsil məktəblərində 2017-2018-ci tədris ilindən "Rəqəmsal bacarıqlar"
pilot layihəsi həyata
keçirilir. Cari ildə Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin
(BŞTİ) tabeliyində olan
176 ümumi təhsil məktəbində "Rəqəmsal
bacarıqlar" layihəsi
icra olunub. 2022-2023-cü tədris ilində 51 ümumi təhsil məktəbi də "Rəqəmsal bacarıqlar" layihəsinə
qoşulub. Layihə çərçivəsində
897 müəllim müvafiq
təlimlərdən keçərək
sertifikat əldə edib. 2022-ci ildə
ümumi təhsil müəssisələrinə aylıq
hesabatların göndərilməsi
davam edib. Hesabatlara məktəblər üzrə
"Dinamika" adlı
göstərici də
əlavə edilib.
Bu göstərici həftələr arasında
şagirdlərin fəaliyyəti
üzrə artımı
əks etdirirdi. Hesabatlar layihə çərçivəsində
keçirilən dərslərdə
şagirdlərin daha da fəal iştirak
etməsinin təmin edilməsində əhəmiyyətli
təsir göstərib.
16-30 iyun tarixlərində
ümumi təhsil məktəblərdə təşkil
olunan "Yay məktəbi" çərçivəsində
şagirdlərin rəqəmsal
bacarıqlarının inkişafı
istiqamətində ustad
dərsləri keçirilib.
Təhsil Nazirliyi və
"Alqoritmika" beynəlxalq
proqramlaşdırma və
riyaziyyat məktəbi
ilə əməkdaşlıq
çərçivəsində
2022-2023-cü tədris ilində
yeni "Rəqəmsal
bacarıqlar" təmayüllü
10-cu siniflər yaradılıb.
2021-2022-ci tədris ilində
BŞTİ-nin tabeliyində
fəaliyyət göstərən
178 ümumi təhsil məktəbində STEAM layihəsi
tətbiq edilib. Layihədə
VI, VII və VIII sinif şagirdləri iştirak
edib.
Müvafiq dövr ərzində STEAM
layihəsinin ümumi
təhsil məktəblərində
icrası ilə əlaqədar koordinasiya işi aparılıb, layihə icraçısına
müvafiq köməklik
göstərilib. STEAM layihəsi
tətbiq olunan ümumi təhsil məktəblərində STEAM tədris
prosesinə cəlb olunmuş müəllim və şagird fəaliyyətinin izlənməsi
və müxtəlif modullar üzrə STEAM tədris materiallarının
toplandığı Vahid
Elektron Sistem (VES) yaradılıb. Layihənin tətbiq
olunduğu ümumi təhsil müəssisələrinin
sistemdən qeydiyyat keçmələri təmin
edilib. STEAM layihəsinin əməkdaşları
tərəfindən layihənin
tətbiq olunduğu ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilib. Bakı
məktəbliləri müvafiq
dövr ərzində
"Texnofest Azərbaycan"
festivalında STEAM layihəsinin
təşkilatçılığı ilə keçirilən
"Baku Skills" müsabiqəsində,
eləcə də
"Makerthon 2022" yarışında,
"Məktəblinin dostu"
layihəsi ilə birgə təşkil olunan "Breyn-rinq" intellektual bilik yarışında uğurla
iştirak ediblər.
STEAM layihəsi çərçivəsində
keçirilən mühəndislik
və robotexnika müsabiqələrindən seçilən
istedadlı şagirdlərdən
ibarət komandamız
Amerikada təşkil edilən və dünyanın ən böyük robotexnika yarışması olan
"VEX Robotics World Championship 2022"də "Energy Team"
kubokunu qazanıb. 50-ə yaxın ölkədən
4800 komanda və 15000-ə
yaxın şagirdin iştirak etdiyi yarışda komandamız
ən yaxşı iyirmiliyə daxil olaraq final oyunlarında
6-cı yeri əldə
edib. Komandanın tərkibində BŞTİ-nin tabeliyindəki 20 və 153 nömrəli təhsil müəssisələrinin
şagirdləri də
yer alıb.
Günay
Qurbanovanın sözlərinə
görə, Elm və
Təhsil Nazirliyi tərəfindən reallaşdırılan
"eTwinning Plus" layihəsində
BŞTİ-nin tabeliyində
fəaliyyət göstərən
ümumi təhsil məktəblərinin müəllimləri
fəal iştirak ediblər. Mütəmadi olaraq layihəyə
yeni məktəblər
və müəllimlərin
cəlbi istiqamətində
işlər görülür.
300-dən artıq müəllimin məlumatları
layihəyə qoşulmaq
məqsədilə Təhsil
Sisteminin İnformasiyalaşdırılması
İdarəsinə göndərilib.
"Dövlət ümumi təhsil müəssisələri və
bu müəssisələrdə
çalışan pedaqoji
işçilər üçün
Elm və Təhsil Nazirliyi tərəfindən
Təhsildə inkişaf
və innovasiyalar üzrə VI qrant müsabiqəsi elan edilib. Müsabiqə haqqında məlumat
BŞTİ-nin tabeliyində
fəaliyyət göstərən
bütün ümumi təhsil məktəblərinə
göndərilib. Bununla bağlı
mütəmadi olaraq məktəblərlə əlaqə
saxlanılıb və
yaranan suallar cavablandırılıb.
İstedadlı şagirdlərin üzə
çıxarılması istiqamətində
sektor tərəfindən
görülən işlərdən
söz açan G.Qurbanova bildirib ki, "Kiçik Akademiya"lar daxilində fəaliyyətlərin
gücləndirilməsi və
genişləndirilməsi davam
etdirilib. Bakı şəhərinin hər
inzibati rayonunda mərkəz olaraq müəyyənləşdirilən məktəblərin təşkilatçılığı
ilə rayonun digər məktəbləri
də cəlb olunmaqla müxtəlif tədbirlər, konfranslar,
intellektual yarışlar
və s. fəaliyyətlər
həyata keçirilib.
Eyni zamanda ümumi təhsil məktəblərində
fəaliyyət göstərən
"Kiçik Akademiya"
üzvləri müxtəlif
yerli və beynəlxalq yarışlarda,
olimpiadalarda qalib olub. "Kiçik
Akademiya" üzrə
mərkəz məktəblərin
rəhbərliyi ilə
konfranslar keçirilib.
Eyni zamanda, "Kiçik Akademiya"ların Bakı
üzrə yaradılan
saytı (bakuka.az) fəaliyyətə
başlayıb. 12 inzibati rayonun hər birinin Mərkəz məktəb
direktorları və Akademiya rəhbərlərindən
ibarət votsap qrupu yaradılıb.
Həmin
qrup vasitəsilə mərkəz məktəblərlə
mütəmadi olaraq əlaqə saxlanılmaqdadır.
İl ərzində Bakı şəhəri üzrə "Kiçik
Akademiya"lara 10000-dən
artıq şagird cəlb olunub, 2000-dən artıq tədbir keçirilib, tədbirlərdə
15000-dən artıq şagird
iştirak edib, 1500-dən
artıq mövzu şagirdlər tərəfindən
tədqiq olunub.
Günay Qurbanovanın dediyinə görə, BŞTİ tərəfindən "Onlayn kitab klubu" sosial layihəsinin həyata keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə istiqamətləndirilməsi işində səmərəliliyin, onlarda oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, nitq vərdişlərinin təkmilləşdirilməsi, fikirlərini tam və sərbəst şəkildə ifadə edə bilmək imkanlarının formalaşdırılmasından ibarətdir. İKT-dən istifadə bacarıqlarının mütaliə ilə vəhdətdə inkişafını hədəfləyən layihə üçün feysbuk sosial şəbəkəsində yaradılan "Onlayn kitab klubu" səhifəsində elektron və audio kitabların paylaşımı, müxtəlif kitabların müzakirələri, kiçik rubrikalar əsasında müsabiqələrin təşkili, şagird və müəllimlərin təşəbbüsü ilə kitablarla bağlı fikirlərin paylaşılması təşkil olunub. Səhifədə "İstedadlı şagirdlərimizi tanıyaq", "Şagirdlərdən kitab tövsiyələri", "Müəllimlərdən kitab tövsiyələri", "Müəllimlər üçün tövsiyələr", "Məktəb kitabxanaçılarından tövsiyələr" adlı rubrikalar elan olunub. Həmçinin, "Məktəbli yazarlar", "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü", "Kiçik Akademiya", "Mənim gündəliyim" , "Bahar çələngi", "Elektron kitabxanalar", "Beynəlxalq Ana dili Günü" və digər mövzularda şagirdlərin təqdimatında videosujetlər paylaşılıb: "Təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsi məqsədilə həyata keçirilən "Mənim gündəliyim" oxu və yaradıcılıq müsabiqəsi şagirdlər arasında böyük marağa səbəb olub. İki mərhələdən ibarət müsabiqədə Bakı şəhəri ümumi təhsil müəssisələrinin aşağı yaş qrupları və yuxarı yaş qrupları üzrə şagirdlər iştirak ediblər. BŞTİ tərəfindən keçirilən "Hekayəni paylaş" videotəqdimat müsabiqəsi xüsusi maraqla qarşılanıb. Videotəqdimat müsabiqəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin Vlll-Xl sinif şagirdləri iştirak edirlər. Müsabiqə şagirdlərin ingilis dilində özünüifadə bacarığının təkmilləşdirilməsi, danışıq səriştəsinin artırılması, ingilis dilinin öyrənməklə beynəlxalq olimpiadalar və müsabiqələrdə iştirak imkanlarının genişləndirilməsi, xarici dildə kommunikasiya kompleksinin aradan qaldırılması, səlis və düzgün danışıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə keçirilir.
Sektor müdiri qeyd edib ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində mühüm işlər görülüb. BŞTİ tərəfindən "Yaradıcı müəllim: inkişaf edək, etdirək" mövzusunda təqdimat müsabiqəsi və iki mərhələdən ibarət "Biliyini paylaş" layihəsi həyata keçirilib: "Qeyd edim ki, bu il BŞTİ tərəfindən "Oxu günü", "Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihə, "Yay məktəbi" , "Düşünən oxucu" müsabiqəsi, metodiki seminarlar, təlimlər təşkil olunub. Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədilə "Ailəm və məktəbim" layihəsi həyata keçirilib. Layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün təlim və seminarlar, "Hər şey övladımız üçün" başlığı altında tədbirlər keçirilmiş, valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, məktəbin tədris resursları və məktəbdə həyata keçirilən layihələr barədə məlumatlandırılması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədilə keçirilən "Valideynin məktəbdə bir günü" layihəsi davam etdirilib. İxtisaslarına, iş sahələrinə uyğun olaraq valideynlərin həmin sahələrə maraq göstərən şagirdlərlə görüşləri təşkil edilib, valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün müxtəlif görüşlər və sorğular keçirilib, valideyn və şagirdlər birgə fəaliyyətlərə cəlb edilib. Valideynlərin iştirakı ilə panel formatında görüşlər və s. təşkil olunub. Qeyd edək ki, "Ailəm və məktəbim" layihəsinin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 14 dekabr.- S.15.