"Opera teatrında fasilə"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Humay
İslamovadır. Onunla Xalq rəssamı
Böyükağa Mirzəzadənin
"Opera teatrında fasilə"
əsəri haqqında
danışmışıq.
Azərbaycan təsviri sənətinin təşəkkülündə, inkişafında misilsiz rol oynayan, sənətinin
ustası olan görkəmli rəssam Böyükağa Mirzəzadə
gördüklərini öz
təxəyyülünün süzgəcindən keçirərək,
fırçası ilə
kağıza köçürürdü. Dolğun kolorit,
kompozisiya quruluşu məhz B.Mirzəzadə yaradıcılığının əsas meyarlardan biridir. Rəssam hələ tələbə
olarkən naturanı dərindən öyrənmiş,
natürmort mənzərə,
tematik tablo və bir sıra
başqa janrlarda əsərlər yaratmışdı.
Rəssamın ötən
əsrin 40-cı illərində
çəkdiyi "Bakı
monolit binası","Bakı
gecə vaxtı" kimi məşhur əsərləri var. Rəssamın
möhtəşəm koloritə
malik olan əsərlərindən biri
də 1939 -cu ildə çəkdiyi "Opera teatrında
fasilə" adlı
tematik tablodur.
- Humay xanım, əsərin yaranma tarixi haqqında nə bilirik?
- Təsviri sənətin inkişafında misilsiz rolu olan rəssam
Böyükağa Mirzəzadə
dolğun kompozisiyaya, zəngin rəng koloritinə malik silsilə əsərlər
yaradıb. Həmin əsərlərindən biri də "Opera teatrında fasilə"dir.
Əsər 1939-cu ildə
çəkilib. Material
olaraq kətan üzərində işlənilib
və yağlı boyadan istifadə olunub. O, tablonu rəssam Mikayıl Abdullayev ilə birlikdə işləyib. Əsər rəssama sifariş olunub. Təqdirəlayiq
ilk iş kimi bu tablo rəssamın
yaradıcılığına uğur gətirmişdi. Bu tablo Azərbaycan
təsviri sənətində
maraq doğuran rəsm nümunəsi sayılır. Əsərdə insanın hissləri, daxili aləmi, əhval-ruhiyyəsi, emosional
simaları təsvir olunub. Əsərdə olan hadisələr
Opera və Balet teatrında cərəyan edir.
- Tabloda teatrımızın
banisi Mirzə Fətəli Axundzadənin
portretini daha aydın görürəm.
Mənim
görə bilmədiyim
başqa hansı detallar var?
- Əsər tematik
tablodur. Foyenin sütunlarına diqqətlə nəzər
yetirsək, "Koroğlu"
operasının afişasına,
Azərbaycanın görkəmli,
maarifçi ziyalılarının
şəkillərinə rast
gələ bilərik.
Ümumiyyətlə, rəsm əsəri
zəngin və xırda detalları ilə diqqət çəkir.
- Tablo hazırda harada saxlanılır?
- Böyükağa Mirzəzadənin
əsərləri Azərbaycan
Milli İncəsənət
Muzeyində saxlanılır.
Bu tablo da
hazırda Azərbaycan
Milli İncəsənət
Muzeyindədir.
- Əsərin kompozisiyası
haqqında nə deyə bilərsiniz?
- Əsər irihəcmli və çoxşaxəlidir. Rəssamın bu əsəri çoxfiqurlu tematik tablodur. Əsərdəki obrazların daxili aləmi, hiss və duyğuları bir qədər səthi, əsərin qeyri-səlis şəkildə işlənilməsi gözdən yayınmır. Rəsmin kompozisiyası çoxşaxəlidir. Burada foyedə obrazlar canlandırılıb. Foyenin yuxarı eyvanında bir neçə obraz görünür. Pilləkəndə qonaqların yuxarıya tərəf üz tutması nəzərə çarpır. Ümumiyyətlə, mürəkkəb kompozisiyaya malik olan əsərdir. Diqqət mərkəzində olan qonaqların bəzilərinin əyləşməsini, bir neçə nəfərin isə afişanı müzakirə etməsini rəssam kətan üzərində ustalıqla təsvir edib. Sarı paltarlı qadın qonaqlara xidmət göstərir. Foyenin sütununda rəssam "Koroğlu" operasının afişasını təsvir etməklə sanki qonaqların operanı həyəcanla gözləmələrini əks etdirib.
- Əsər bizə nə deyir?
- Bu tablo Böyükağa Mirzəzadə yaradıcılığını öyrənməyə şərait və imkan yaradan möhtəşəm əsərlərdən biridir. "Opera teatrında fasilə" əsərində rəssam sanki Avropa rəngkarlığının xüsusiyyətlərinin təsirini hiss etdirmək istəyib. Əsərdə obrazların incəsənətə marağını, foyedə səbirsizliklə gözləmələrini ustalıqla göstərə bilib. Rəssamın yaradıcılığının 1930-1940-cı illərdə çiçəklənmə dövrü olduğunu bu əsər ilə öyrənirik. Bu tablo sayəsində Böyükağa Mirzəzadənin koloritin mahir bilicisi olduğunu da görürük.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 14 dekabr.- S.11.