Emin Sabitoğlunun 85 illik yubileyi Humanitar Kollecdə qeyd edilib
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin (ADMİU) nəzdində
Humanitar Kollecdə bəstəkar, XX əsr Azərbaycan musiqisi tarixində iz qoyan Emin Sabitoğlunun
85 illik yubileyinə həsr olunmuş "Keçdiyin bütün yollar..." adlı konsert keçirilib.
Konsertdə görkəmli bəstəkarın
yadigarı,
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, Humanitar Kollecin direktoru, dosent Nərmin Qaralova,
ADMİU-nun müəllimləri və tələbələri,
sənət adamları,
kollecin müəllim və tələbə kollektivi iştirak ediblər.
Əvvəlcə qonaqlar kollecin foyesində müəssisənin
kitabxana fondunda olan Emin Sabitoğlunun
yaradıcılığından bəhs edən kitablar, eləcə də kollecin Dekorativ tətbiqi sənət və Bədii xalça ixtisasları tələbələrinin
əl işləri ilə tanış
olublar.
Sonra konsert proqramında Emin Sabitoğlunun bəstələdiyi
bir sıra musiqi nömrələri səsləndirilib. Kollecin müəllim və tələbə heyətindən
təşkil olunmuş
xalq çalğı
ansamblının ifasında
bəstəkarın "Dağlar",
"Sən uzaq yaşıl ada", "Bizim Cəbiş müəllim" kinofilmindən
vals, "Sənsən,
yoxsa mən",
"Gözümdə Leylisən",
"Şeyda bülbülümsən",
"Bağışla" (“Gün keçdi” filmindən), "Payız
gəldi uçdu getdi quşlar", "Sevgi nəğməsi",
"Təkcə ümid
qalsın", "Dərələr",
"Şirin dil"
- Kərkük bayatıları,
"Aşığın arzuları"
səsləndirilib. Konsert proqramında
Emin Sabitoğlunun keçdiyi bütün yollara proyeksiya vasitəsilə səyahət
edilib. "Hicran"
tamaşasından kiçik
səhnəni canlandıran
kollecin "Bədii yaradıcılıq" ixtisasının
III kurs tələbələri
Kərimli Hidayət, Qurbanlı Pərviz, Səfərəliyev Tunay,
Qarayeva Aysu qonaqlara nostalji hisslər yaşadıblar.
Sonda bəstəkarın qızı
Ceyran Mahmudova çıxış edərək
kollecin direktoru, dosent Nərmin Qaralova başda olmaqla, kollecin kollektivinə, konsertdə
iştirak edən və əməyi olan hər kəsə
öz təşəkkürünü
bildirib, tələbələrin
zövqünü belə
gözəl musiqiylə
yetişdirməyin və
formalaşdırmağın ən öndər işlərdən olduğunu
vurğulayıb.
ŞAHANƏ
525-ci qəzet.- 2022.- 15 dekabr.- S.16.