Lüdviqin sualı  

 esse

 

Bizlərdə az tanınan avstriyalı məntiqçi Ludviq Vingenşteyn çağdaş Avropada ən çox müraciət olunan, əsərlərindən tez-tez sitat gətirilən filosoflardandır. XX əsrin əvvəllərində yazıb-yaradan bu mütəfəkkirə öz dövründə ziddiyyətli münasibətlər bəslənsə , sonradan yeni fəlsəfi ənənənin, belə demək mümkünsə, "daim parlayan ulduzuna" çevrilmişdir.

Maraqlıdır ki, Ziqmund Freyidin yaxın dostu, Bertran Rasselin tələbəsi olan bu alim ali məktəbdə təhsil alarkən birinci semestri bağlayandan sonra, rəyi ilə qeyd-şərtsiz razılaşdığı müəllimini xəlvətdə tutub soruşur:

-Mən təpədən-dırnağa idiot deyiləm ki?

Rassel bu gözlənilməz sualı sualla qarşılayır:

-Bunu bilmək sizin nəyinizə gərəkdir?

İdiot olduğumu bilsəydim, gedib pilot məktəbinə girərdim.- deyə Vingenşteyn cavab verir.

Əlbəttə, şəxsən mən məşhur məntiqçinin bu fikri ilə əsla razı deyiləm. Deyə bilmərəm Ludviq avstriyalı şahinlər barədə niyə bu fikirdə olub? Bu məsələdə məntiq onu niyə səhv mülahizəyə sarı çəkib? Hərçənd ki o, bu sözü mütəfəkkir kimi püxtələşəndə deyil, gənc yaşlarında, birinci kurs tələbəsi olanda deyib. Hər necə olursa-olsun onun bu fikri kökündən yanlışdır. Ona qalsa, idiotlara həyatın bütün sahələrində, o cümlədən, məntiqçilərin arasında da rast gəlmək olar. Pilotların isə yeri gələndə ağıllı-kamallı adamlar olduqlarına böyük fransız yazıçısı De Sent Ekziuperi çox gözəl dəlalət edir.

isə, tələbəsi Ludviqin idiot olub-olmadığını müəyyənləşdirmək üçün Rassel ona yay tətillərində tapşırıq verir deyir, yaz gətir, oxuyub sənin kim olduğunu deyərəm.

L.Vingenşteyn müəlliminin tapşırığına son dərəcə ciddi yanaşır, yayda yazdıqlarını ilk payızda müəlliminə təqdim edir.

Rassel oxuyub, - idiotluqdan səndə əsər-əlamət yoxdur, - deyir.

Müasirlərinin dediyinə görə bu sıradan olan suallar Ludviq Vingenşteyn yenə ara-sıra narahat edərmiş, o, vaxtaşırı öz-özündən soruşarmış: hələ əməlli-başlı adam ola bilməmişəm, məndən məntiqçi olarmı?

Bax, bu cür sualları özünə özgələrə verən Ludviq Vingenşteyn atasının vəfatından sonra külli-miqdarda miras sahibi olur.

Öz şəxsiyyətinə mənəvi keyfiyyətlərinə şübhə aparan Ludviq atadan qalan həmin məbləği dörd yerə bölür. Bir hissəsini Avstriyanın yoxsullarına, bir qismini öz yaxınlarına, bir hissəsini isə imkansız qələm dostlarına verir. Həmin həmkarlarının sırasında görkəmli Avstriya şairlərindən RilkeTrakl da olub.

Deyilənə görə, Georq Traklın, öz payına düşən 20 000 qızıl frankı (bu, o zaman böyük məbləğ idi) bankdan çıxararkən keçirdiyi güclü sevinc həyəcanından ürəyi pis olur, işə təcili yardım həkimləri qarışmasa, bəlkə də, şairin əli dost ərmağanına çatmayacaqdı...

Humanitar sahə nə elmdə, nə də bədii ədəbiyyatda bir o qədər gəlir gətirən sahə deyil. Amma vaxtaşırı bu sahənin də zənginləri olub. Bəziləri çörəyini qələm dostlarıyla, elə yoxsullarla da bölüb. Fəqət səxavət və xəsislik ən çox bu sahədə çalışan insanın ürəyində bir-birinə meydan oxuyub...

Bütün bunlar barədə düşünərkən adamda bir sual yaranır: görəsən, bu nə təfəkkür, nə mentalitet, nə cür mənəvi durumdur ki, qəlbi daim ilahi mərhəmətlə çırpınan Ludviq Vingenşteyn özündən və özgələrdən soruşur: hələ də tam kamilləşə bilməmişəm, məndən məntiqçi olarmı?

 

İmir MƏMMƏDLİ

525-ci qəzet.- 2022.- 21 dekab.- S.13.