"Qraf Orqasın dəfni"

 

El Qreko ispan intibahının görkəmli heykəltəraşı, memarı rəssamıdır.

O, üslubunu dövrünün tanınmış bir sıra böyük rəssamlarından, xüsusən Tinterettodan götürüb, Mannerizm Venesiya İntibahının elementləri ilə zənginləşdirib. Maraqlısı budur ki, El Qrekonun yaradıcılığı ölümündən 300 il sonra dünyada tanınmağa başlayıb.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Humay İslamovadır. Humay xanımla məşhur rəssam El Qrekonun "Qraf Orqasın dəfni" əsərindən danışacağıq.

  - Humay xanım, əsərin yaranma tarixçəsi haqqında nələr məlumdur?

- El Qrekonun yaradıcılığı zəngin irsə malikdir. Rəssamın "Qraf Orqasın dəfni" adlı tablosu müqavilə əsasında çəkilib. Rəsmin mövzusu on dördüncü əsrin əvvəllərinə aid bir əfsanəyə əsaslanır. Əsərdə bəhs olunan Orqas qrafı həm dindar, həm xeyriyyəçi idi. O digər xeyriyyəçilik fəaliyyətləri ilə yanaşı, dəfn olunmaq istədiyi San Tome kilsəsinin genişləndirilməsi bəzədilməsi üçün maddi yardım edib. Onun haqqında bir çox rəvayətlər var. Bir rəvayətə görə isə Qraf dəfn olunarkən, Müqəddəs Stefan Avqustin göydən enərək onu insanların qamaşmış gözləri qarşısında öz əlləri ilə dəfn ediblər. Tabloda Qreko kilsə arasında imzalanan müqavilə bütün detalları ilə təsvir edilib. Əsərdə baş vermiş möcüzə rəsmin altındakı divara qoyulmuş Latın epiqrafiya kitabəsində xatırlanır. Qreko müqavilənin şərtlərinə tam əməl etməsə , əfsanəni modernizmin bəzi elementləri vasitəsilə XVI əsrin adət-ənənəsinin dəfn mərasiminə aid bir neçə xüsusiyyətlərini, həmçinin, müqəddəslərin geyimini canlandırıb. Əsər Santo Tomenin kilsəsinin Yan kapellası üçün kilsənin keşişi Andres Nunez tərəfindən sifariş edilib. 1586-cı ildə imzalanmış müqavilədə xüsusi ikonoqrafik tələblər qoyulmuş, rəssamın materiallara görə pul ödəməsi nəzərdə tutulmuşdu. Əsər 1587-ci ildə Milad bayramına qədər hazırlanması əsas şərtlərdən biri idi. Kahinlər rəssam arasında bu rəsm əsəri haqqında uzun mübahisələr olub. Ancaq Qrafın ənənəvi şəkildə dəfni müqavilədə nəzərdə tutulduğu kimi təsvir edilib. Əsər 1588-ci ildə hazır olub.

- Əsərin kompozisiyası necədir?

- "Qraf Orqasın dəfni" tablosu haqqında imzalanmış müqavilədə göstərilən şərtlərə görə, rəsm kompozisiya olaraq iki yerə ayrılır. Rəsmdəki fiqurların yerlə səmavi dünyanın bağını göstərməsi kompozisiyanı daha da maraqlı edir. Əsərdə üst hissədə səmavi buludların "saleh adamı" cənnətdə qəbul etmək üçün ayrıldığı gözə çarpır. Ağa bürünmüş Məsih işığın parıltısıdır. Deesisin ənənəvi pravoslav kompozisiyasında Madonna Müqəddəs Yəhya fiqurlarının yaratdığı üçbucaq tac nöqtəsidir. Səmavi şöhrətin bu üç mərkəzi fiquru - həvarilər, şəhidlər, Bibliya fiqurları "Saleh" II Flip Avqustinin təsəvvür etdiyi kimi, Allahın şəhərində Məsihlə Səmavi varlıqların ruhən birləşməsi kompozisiyada əksini tapır. Kompozisiyanın mərkəzi hissəsində mələk yeni yaranan ruhu güclü şəkildə yuxarıya doğru itələyir. Həmin səhnə aşağı hissədə fiqurların ölçüsü nisbəti ilə düzgün şəkildə verilib.

- Bəs, solda olan oğlan kimdir?

- Solda olan gənc oğlan El Qrekonun oğlu Xorxe Manueldir. Cibindəki dəsmalın üzərində rəssamın imzası oğlanın anadan olduğu 1578-ci il tarixi yazılıb. Xorxe Manuelin daxil edilməsi rəsmin didaktik məqsədini vurğulayır. Oğlan tamaşaçının nəzərinə yaxın, görkəmli mövqe tutur, sonuncunu barmağı ilə istiqamətləndirir. Əsərdə rəssam öz təsvirini bu şəkildə yaradır.

- Əsərin rəng koloriti necədir?

- El Qrekonun yaradıcılığında möhtəşəm rəngkarlıq nümunələri İspan intibahını bəzəyir. "Qraf Orqasın dəfni" rəssamın belə əsərlərindəndir. Bu tabloda qara, qızılı rəng tonlarından istifadə edilib. Səmavi məkanda zərli oxularla uyğunlaşan iridessensiya boz rənglərin şəffaf harmoniyaları var. Madonnanın mantoyasında tünd-mavi parlaq qırmızı rənglə birləşir.

- Tablonun texnikası necədir?

- "Qraf Orqasın dəfni" əsərinin texnikası yağlı boyadır. Material olaraq kətandan istifadə olunub. Ölçüləri:480sm-360 sm-dir. Tablo hazırda "İglesia de Santo Tome" kilsəsində qorunub-saxlanılır.

- Sizcə, bu əsər bizə deyir?

- Bu əsər vasitəsilə İspan intibahının görkəmli nümayəndəsi El Qreko yaradıcılığının zəngin koloritə, təsirli kompozisiyasına daha da yaxından bələd oluruq. Tablo Qrekonun qeyri-adi sənətinin aspektlərini diqqətə çatdırır. Xarmotik harmoniya, parlaq zəngin koloritinin möhtəşəmliyi onun kolorist ustası kimi istedadını sübut edir. Əsər dini mövzudadır. Möcüzə səhnəsi rəssamın sənətinin qüdrətini bir daha təsdiqləyir.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2022.- 21 dekab.- S.13.