Biz necə qayıdaq ötən
illərə,
Bu ağır günahda kim kimə şərik.
Xoşbəxtlik içində keçən günləri
Yüz il axtarsaq
da, tapa bilmərik.
Bir də o günlərə qayıda bilək,
Bir də əllərinə əllərim dəyə.
Bəlkə, günahları yarıya bölək,
Bəlkə, xatirələr gəldi köməyə.
Doğmadır, tanışdır - eh, kimə nə var,
Tüstüsü göz tökən bir ocaq üçün.
Arxamca minnətçi düşübdür yollar,
Məni qucağına qaytarmaq üçün.
Biz necə qayıdaq ötən illərə,
Bu ağır günahda kim kimə şərik.
Xoşbəxtlik içində keçən günləri
Yüz il axtarsaq
da, tapa bilmərik.
lll
Söhbətlər soğulub, sevinclər
solub,
Kəsilib arası görüşlərin
də.
Həsrətim tək qalmış
bir quzu olub,
Mələyir qəlbinin örüşlərində.
Yollar gözlərimə sancılan
bir ox,
Uzanan günləri
qəmə bükürəm.
Gecələr üstümə yorğan
deyil, yox,
Mən alov örtürəm, atəş
çəkirəm.
Sayrışır xatirən bir ocaq kimi,
Görən düşürəmmi yadına
mən də?
Sənsizəm... Yoxluğun yanacaq
kimi,
Tökülür eşqimin oduna gündə.
lll
Sırsıra bağlasa saçlarımda
qar,
Buludlar beləcə
dayana bilsə.
Yüz il bundan
əvvəl yatmış
arzular,
Bir səhər
yuxudan oyana bilsə.
Bilsən
ki, kürəyin söykənib dağa,
Bilsən
ki, sənin də söz deyənin var,
Bilsən
ki, arxanca boylanan, baxan,
Bilsən
ki, sənin də gözləyənin
var
Dözdüksə, yenə də günləri saydıq,
Şam kimi əridik hələ bir az da.
Desəm,
ana vətən, gözlərin aydın,
Daha sərhəd
boyu axmır Araz da.
Açılmır nə vaxtdır
qaşı-qabağı,
Bu göydə işvə
var, bu yerdə
naz var.
Sənə qurban olum, vətən torpağı,
Necə
ki dünyada Araz, Araz var...
lll
Boğa
bilməyirəm acı
qəhəri,
Solmuş ümidimi biçib gedirsən.
Mənə söz vermişdin
bir yaz səhəri,
İndi başqa evə köçüb gedirsən.
Kövrək duyğulardı qəlbimə dolan,
Könlümü sirdaş da ala bilməyir.
Niyə
ürəyimin sahibi olan,
Evimin sahibi ola
bilməyir?
Bir uşaq kimiydim, gücsüzdüm bayaq,
Bu necə qəzəbdi
sinəmdə dindi.
Gözünü qan tutmuş bir dəli sayaq,
Toyun qabağını
kəsimmi indi?
Kaş bütün sevənlər
mənimtək sevə,
Nisgil var ürəkdən çox
çətin köçür.
Sən gəlin köçürsən başqa bir evə,
Mənimsə ömrümə həsrətin köçür.
Tural ADIŞİRİN
525-ci qəzet.- 2022.- 22 dekabr.- S.15.