Yoxluğun ölümdən betər olubdur,
Buludlar qaralıb,
yaman dolubdur.
Əkdiyin gül-çiçək, yanıb, solubdur
Ay məni tək qoyub, gedən qardaşım.
Barışa bilmirəm, özüm-özümlə,
Mən sənin
ruhunu gördüm gözümlə.
Sən axı dönərdin mənim sözümlə,
Ay məni tək qoyub, gedən qardaşım.
Adını qəlbimə yazmışam
sənin,
Taleyim tərsinə,
yazılıb mənim.
Sən idin can deyib, məni sevənim,
Ay məni tək qoyub, gedən qardaşım.
Mənası yoxdur heç sənsiz dünyanın,
Əgər yuxudursa, söylə oyanım.
Demə
ki, siz mənsiz
dözün, dayanın,
Ay məni tək qoyub, gedən qardaşım.
Şəhid anaları
Diz çökürəm qarşınızda
sizlərin,
Yalvarıram, ağlamayın, analar.
Haqqınız çox, boynumuzda
bizlərin
Haqqınızı halal edin analar.
O ağaran saçlarına
qurbanam,
Şəhidimin qəlbi yanan anası.
Şəhidlərin qeyrətinə heyranam,
Ağlatmasın heç ananı balası.
44 gündə nə yaman qocalmısan,
Lay-lay deyən şəhidimin
anası.
Dedi, oğul, zirvəyə ucalmısan,
Yoxdur sənsiz
yaşamağın mənası.
Bir gecədə saçlar oldu bəmbəyaz,
Baxammıram gözlərinə ananın.
Dedi
Allah, şəhidlərə tarix yaz,
Zirvəsinə qurban olum balanın.
Humay
MUSAYEVA
525-ci qəzet.- 2022.- 22 dekabr.- S.15.