"Şuşada kitabxana və mətbuat"ın təqdimatı
keçirilib
AMEA Mərkəzi Elmi
Kitabxanasının (MEK) icraçı
direktoru, filologiya üzrə fəlsəfə
doktoru, dosent Şəhla Tahirqızının
"Şuşada kitabxana
və mətbuat" adlı məlumat kitabının təqdimatı
olub.
Öncə MEK-in baş direktoru,
professor Məmməd Əliyev
çıxış edərək
Azərbaycan Respublikasında
2022-ci il "Şuşa İli"nə
Mərkəzi Elmi Kitabxananın töhfələrindən
danışıb. Bildirilib
ki, bu ilin
çərçivəsində Şuşa şəhərinin
tarixinin və mədəniyyətinin tədqiqi
və təbliğinə
kömək məqsədilə
MEK-də "Şuşa
İli - Zəfər salnaməsi" adlı metodik vəsait,
"Şuşa-270" adlı biblioqrafik göstərici çap olunub, eləcə də kitabxana əməkdaşları
beynəlxalq konfranslarda
öz məqalələri
ilə çıxış
ediblər.
"Son olaraq icraçı
direktor Şəhla Tahirqızı öz imzasını ataraq çox dəyərli bir kitab ərsəyə
gətirib. Tarixi-mədəni
əhəmiyyəti və
Azərbaycan xalqı üçün müstəsna
dəyərə malik
Şuşa şəhərinin tarixinin,
mədəni əhəmiyyətinin
öyrənilməsi zəruridir.
Bu baxımdan təqdim
olunan kitab tarixçilər, geniş
oxucu kütləsi üçün əhəmiyyətli
mənbəyə çevriləcək",
- deyə baş direktor vurğulayıb.
AMEA-nın müxbir
üzvü Misir Mərdanov, öz növbəsində, bütün
qonaqları salamlayaraq
qarşıdan gələn
bayramlar münasibətilə
hər kəsi təbrik edib və MEK-in rəhbərliyinə
və kollektivinə uğurlar arzulayıb. Alim bu cür dəyərli kitabı yazmağın böyük zəhmətin
bəhrəsi olduğunu
bildirib, təqdim edilən mənbələri
bir araya toplamağı bir qəhrəmanlıq adlandırıb.
M.Mərdanov müəllifin bu
kitabla "Şuşa
İli" çərçivəsində
öz şəxsi töhfəsini verdiyini də qeyd edib
və bu münasibətlə Şəhla
Tahirqızını bir
daha təbrik edərək ona gələcək yaradıcılığında
uğurlar arzulayıb.
Daha sonra professor İmaməddin
Zəkiyev, "Şuşa"
qəzetinin baş redaktoru Vasif Quliyev, Tarix İnstitutunun şöbə
müdiri Hacı Həsənov, "Elm" nəşriyyatının
baş direktoru Səbuhi Qəhrəmanov,
jurnalist Bahəddin Həzi və digərləri çıxış
edərək kitabı
əhəmiyyətli mənbə
adlandırıblar. Qeyd olunub
ki, Şuşada kitabxana işi və mətbuat tarixinin hər biri ayrılıqda geniş tədqiqat tələb edən mövzulardır.
Həmçinin, təqdimat zamanı
Azərbaycan Qarabağ
Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri
İB-nin sədri Mehdi Mehdiyevin adından ölkə kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları
fondunun yaradılmasına
görə MEK-in baş
direktoru, professor Məmməd
Əliyev və "Zəfər tarixinin qəhrəmanları" layihəsi
çərçivəsində icraçı direktor, dosent Şəhla Tahirqızı Fəxri Diplomla təltif ediliblər.
Sonda kitabın müəllifi,
dosent Şəhla Tahirqızı
çıxış edərək səslənən hər bir fikri yüksək dəyərləndirdiyini
diqqətə çatdırıb və gələn qonaqlara öz minnətdarlığını
bildirib.
525-ci qəzet.- 2022.- 23 dekabr.- S.16.