“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

İsmayıl bəy Mirzə Allahqulu oğlu Axundov (Daruğə) təqribən 1837-ci ildə Şuşa şəhərində anadan olub. Onun Atası Mirzə Allahqulu Oruc oğlu Qarabağın sonuncu hakimi Mehdiqulu xanın şəxsi həkimi idi.

İsmayıl bəy ilk təhsilini Şuşada almış, fars, ərəb rus dillərini mükəmməl öyrənmişdi. Buna görə də, o, hələ erkən yaşlarından dövlət qulluğunda çalışmış və tezliklə Şuşa şəhərinin darğası vəzifəsinə qədər ucalmışdı. O, inzibati-siyasi səlahiyyəti olan bu vəzifədə ömrünün axırına qədər çalışıb. Şair vəzifəsinə uyğun olaraq "Daruğə" təxəllüsü götürüb. "Məclisi-üns"ün fəal üzvlərindən olmuş, klassik üslubda şeirlər yazmışdı. Şairin az sayda şeirləri AMEA ƏYİ-nin arxivində saxlanılan M-237/2991, D-288/7670, B-867/13920, B-1767/5402, B-724/3285 şifrli əlyazmalarında gəlib bizə çatıb. Şeir nümunələri həmin mənbələrdən götürülüb.

 

 Kərimov Raqub

Filologiya üzrə elmlər doktoru, professor

525-ci qəzet.- 2022.- 23 dekabr.- S.14.